Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-512/2021 01.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə 01 dekabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 025R********** saylı kredit razılaşması üzrə 159,9 ABŞ dolları məbləğində kredit borcu, 212,38 ABŞ dolları məbləğində faiz borcu və 89,55 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 461,83 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.05.2014-cü il tarixli 25L000001797 saylı uzunmüddətli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.10.2015-ci il tarixli 025R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 27.05.2016-cı il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.04.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 340,1 ABŞ dolları ödəmiş, onun 159,9 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.10.2020-ci il tarixə 554 gün üçün hesablanmış faiz borcu 212,38 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 06.10.2020-ci il tarixə 554 gün üçün hesablanmış cərimə 89,55 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bərdə Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6447 saylı 07 oktyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları, kassa mədaxil qəbzləri, tərəflər arasında 29 oktyabr 2015-ci il tarixli 025R********** kredit razılaşmasına əsasən iddia tələbi üzrə Cavabdeh1 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə borcu cəmi 372,28 ABŞ dolları məbləğində müəyyən edilir o cümlədən; əsas borc üzrə 159,9 ABŞ dolları, faiz borcu üzrə 212,38 ABŞ dolları. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Aidə Osmanlı məhkəməyə teleqram göndərərək məhkəmə iclasda üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini nəzərə alıb, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, 2014-cü ildə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit borcunu ödəmiş, onun banka borcu qalmamışdır. Hətta kredit borcu restrukturizasiya edilərək ona əlavə pul ödənilmişdir. Banka heç bir borcu qalmadığından iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, qardaşı Cavabdeh1 2014-cü ildə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Özü də kreditin təminatı olaraq qardaşına zamin olmuşdur. Qardaşı Cavabdeh1 Kredit borcunu ödəmiş, banka borcu qalmamışdır. Hətta kredit borcu restrukturizasiya edilərək Cavabdeh1 əlavə pul ödənilmişdir. Banka heç bir borcları qalmadığından iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 may 2014-cü il tarixli 25L000001797 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 025R********** nömrəli 29 oktyabr 2015-ci il tarixli kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 500.00 (beş yüz) ABŞ dolları olan krediti (bundan sonra «Kredit» adlandırılacaq) aylıq faiz dərəcəsi 1.8333 % olmaqla 18 ay müddətinə Kredit Alana-Cavabdeh1 verir. -Kredit Alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan 025R**********S saylı 27 may 2016-cı il tarixli sazişdən müəyyən olunur ki, Bank ilə Kredit Alan arasında 29 may 2014-cü il tarixli 25LOOOOO1797 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 29 oktyabr 2015-ci il tarixdə bağlanmış 025R********** Kredit Razılaşması (“Kredit Razılaşması") əsasında verilmiş kreditin qalıq məbləğinə 27.05.2016-cı il tarixdən aylıq 1.3333% dərəcəsi ilə faizlər hesablanır. -Kredit Alan bu Sazişə əlavə olunan 27 may 2016-cı İİ tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəyir. -Kredit Alan Ödəniş Planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğinə bu Sazişdən əvvəl Kredit Razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və Kredit Alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda Kredit Alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. - Kredit Alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. -Kredit Alan Ödəniş Planı üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. -Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olamayaraq həmin xarici valyutada da Banka etməlidir. -X3 valyutada verilmiş kreditlər ilə bağlı hər hansı bir güzəşt tətbiq edildiyi təqdirdə həmin güzəştin bu kreditə də şamil olunması üçün heç bir məhdudiyyət yaratmır. -Müştəri Bank qarşısında iştənilən öhdəliyi üzrə vaxtı çatmış ödənişi icra edə bilmədikdə, Bank Müştərinin ödəməli olduğu məbləği Müştərinin Bankda olan bank hesablarından birtərəfli qaydada şərtsiz öz xeyrinə silmək hüququna malikdir. Bu bənd üzrə bank hesabından silinən vəsaitin valyutası Müştərinin icra edilməli öhdəliyinin valyutasından fərqli olduqda, müvafiq mübadilə silinmənin icra edildiyi tarixdə Bankın elan etdiyi mübadilə məzənnəsi əsasında həyata keçiriləcək. İş materiallarında olan 29 oktyabr 2015-ci il tarixli 025S**********01 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 29 may 2014-cü il tarixli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 30.11.2020-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 025R********** saylı 29.10.2015-ci il tarixli kredit razılaşması üzrə iddiaçıya 06.10.2020-ci il tarixə 159,9 ABŞ dolları məbləğində əsas kredit borcu, 212,38 ABŞ dolları faiz borcu, 89,55 ABŞ dolları cərimə borcu, cəmi 461,83 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan 05 oktyabr 2020-ci il tarixli xəbərdarlıqların surətlərindən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2 15.10.2020-ci il tarixinədək hesablanmış məbləği banka qaytarmasa banka borclu olduğu məbləğin, həmçinin hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda təkcə banaka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı xərcləri ödəyəcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan 27.11.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 500 ABŞ dolları məbləğində kredit alması və həmin kredit üzrə 159,9 ABŞ dolları məbləğində əsas kredit borcu, 212,38 ABŞ dolları faiz borcu, 89,55 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 461,83 ABŞ dolları məbləğində borcu yaranması işdə olan sənədlərlə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6447 saylı 07 oktyabr 2021-ci il tarixli rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 29 oktyabr 2015-ci il tarixli kredit razılaşması üzrə 159,9 ABŞ dolları məbləğində əsas kredit borcu, 212,38 ABŞ dolları faiz borcu, 89,55 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 461,83 ABŞ dolları məbləğində borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 29 oktyabr 2014-cü il tarixli kredit razılaşması üzrə 159,9 ABŞ dolları məbləğində əsas kredit borcu, 212,38 ABŞ dolları faiz borcu, 89,55 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 461,83 ABŞ dolları məbləğində borcunun ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin Cavabdeh2 kreditor İddiaçı QSC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 29 oktyabr 2015-ci il tarixli kredit razılaşması üzrə 159,9 ABŞ dolları məbləğində əsas kredit borcu, 212,38 ABŞ dolları faiz borcu, 89,55 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 461,83 ABŞ dolları məbləğində borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 07 oktyabr 2021-ci il tarixli 9/6447 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 159,9 ABŞ dolları məbləğində əsas kredit borcu, 212,38 ABŞ dolları faiz borcu, 89,55 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 461,83 ABŞ dolları məbləğində kredit borcu icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-512/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-512/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver