Məhkəmə qərarları › İş №2(021)-513/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-513/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-513/2023 26.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3666 manat və dövlət rüsum olaraq ödədiyi 40 manat olmaqla, cəmi 3706 (manat miqdarında pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh təxminən 3 ilə yaxındır ki, həyətində tövlə tikmək üçün dəmir örtük turba və taxta materialları almışdır. Ona 3666 manat borcu qalmışdır. Ona zəng etməyinə, evinə neçə dəfə getməyinə baxmayaraq onun pulunu vermir. Müxtəlif bəhanələr edir. O, bununla Bərdə Rayon Polis Şöbəsi müraciət etmiş Bərdə Rayon Polis Şöbəsinin təqdiqat bölməsinin təqdiqatçısı bu məsələ mülki iş olduğu üçün məhkəməyə müraciət etməli olduğunu ona izah etmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək , iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6309 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon A.Vəzirov küçəsi ev 22 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bərdə şəhəri A.Vəzirov küçəsi ev 22-də yaşayan İddiaçı xx.xx.2022- ci il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən "Tikinti materialları bazarı" da mağazası olduğunu ordan müxtəlif vaxtlarda Bərdə rayonu Arabaçılar kənd sakini X5 2600 manat dəyərində, Bərdə rayon Böyük Göyüşlü kənd sakini Cavabdeh 3666 manat dəyərində, Bərdə rayon Yenidaşkənd kənd sakini X2 1490 manat dəyərində ondan tikinti materialları satın aldıqlarını və həmin materialların pulunu ödəməyərək ona qarşı dələduzluq edib maddi ziyan vurduqlarını bildirmiş, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı X9, X3 və Cavabdeh barəsində etdiyi müraciət əsasında, toplanmış materialda hər hansı bir cinayət hadisəsinin olması öz təsdiqini tapmamışdır. Tərəflər arasında yaranmış narazılıq pul ilə bağlı yaranmış mübahisə mülki hüquq münasibətlərindən yaranan mübahisədir. Bundan əlavə Talıb Talıbovun 2600 manat, İmaməddin Əliyev 1490 manat, Cavabdeh 3666 manat İddiaçı satın aldıqları tikinti materiallarına görə hazırda borclu olduqları müəyyən edilmişdir. Material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, İddiaçı, Cavabdeh, X1 və X4 pul tələbi ilə bağlı yaranmış mübahisənin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə cavabdehin iddiaçıya 3666 manat borcu olmasını işin mübahisəsiz halı kimi qəbul edir. Məhkəmə hesab edir ki, Bərdə rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərarı nəzərə alınmaqla, Cavabdeh 3666 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3666 (üç min altı yüz altmış altı) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar