Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-517/2021 23.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh maddi ziyana görə 1410 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, idarə etdiyi “MERCEDES BENZ ATEGO ”markalı 99TO 178 dövlət qeydiyyat nişanlı yük avtomobili 29 iyul 2020-ci il tarixdə Bərdə rayonu Mirzalıbəyli kənd yolunun kənarında avtomobil çilingəri sexinin qarşısında dayanmış vəziyyətdə olduğu vaxtda Cavabdeh idarə etdiyi FORD Tranzit markalı ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq əzilmiş, törədilmiş yol hadisəsi barədə protokol tərtib olunmuş , Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılmış, 19 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh inzibat Cavabdeh inzibati xəta törətməsi öz təsdiqini tapmışdır. Cavabdeh oğlu onun avtomobilinə dəymiş maddi ziyanı bu günə qədər ödəməmişdir. Qeyd olunanlar əsasən iddia tələbinin təmin olnmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı qəbul edərək, maddi imkanı olmadığına görə vurduğu ziyanı ödəyə bilmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Kəlbəcər rayonu Bağlıpəyə kəndində anadan olmuşdur. Ağdam rayon Kəngərli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1507 saylı 20.11.2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Güloğlular kəndində yaşayır. Mülki işə əlavə edilmiş Seriya AA№ 330160 satylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1977-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün olmaqla hazırda Bərdə rayonunda məskunlaşmışdır . Mülki işə əlavə edilmiş AD № 767458 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** TO *** dövlət nişan nömrəli “MERCEDES BENZ ATEGO ”markalı yük avtomobili X6 oğlunun mülkiyyətindədir. Mülki işə əlavə edilmiş etibarnamədən görünür ki, X2 AD № 767458 saylı qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus olan ** TO *** dövlət nişan nömrəli “MERCEDES BENZ ATEGO ”markalı yük avtomobilini İddiaçı sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəncam verməyi və digər hərəkətlər , qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, ərizə verməyi etibar etmişdir. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur. Bərdə rayonu Xanərəb kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AD № 405667 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** BN *** dövlət nişan nömrəli “FORD TRANSİT FURCON “ markalı yük avtomobili X5 mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin 19 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində HK-1/2458 saylı material üzrə cinayət işinin başlanaması rədd edilmişdier. Mülki işə əlavə edilmiş Minik və X3 Xidmət "xxxx" ASC tərəfindən tərtib edilmiş 30 iyul 2020-ci il tarixli Rəydən görünür ki, avtomobilə dəymiş ziyan 1410 manat təşkil etmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının idarə etdiyi “MERCEDES BENZ ATEGO ”markalı 99TO 178 dövlət qeydiyyat nişanlı yük avtomobili 29 iyul 2020-ci il tarixdə Bərdə rayonu Mirzalıbəyli kənd yolunun kənarında avtomobil çilingəri sexinin qarşısında dayanmış vəziyyətdə olduğu vaxtda Cavabdeh idarə etdiyi FORD Tranzit markalı ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun avtomobilini vuraraq əzmiş, törədilmiş yol hadisəsi barədə protokol tərtib olunmuş , Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılmış, 19 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Mütəxəssis avtomobilə texniki baxış keçirmiş dəymiş ziyan müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İşdən müəyyən edilir ki, 2019-cu ilin avqust ayının 04-də Cavabdeh oğlunun idarə etdiyi avtomobil İddiaçı idarə etdiyi avtomobili vuraraq toqquşmuş və hadisə nəticəsində İddiaçı etirbarnamə əsasında idarə etdiyi avtomobilə müxtəlif dərəcəli zərər yetirilmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının etibarnamə əsasında idarə etdiyi avtomobilə müxtəlif dərəcəli zərər yetirildiyi tam sübut olunur. Həmçinin Cavabdeh oğlu bu əməlinə görə inzibati məsuliyyətə cəlb edilmiş, barəsində cərimə cəzası tətbiq edilmişdir. Belə olan halda qanunvericilyin tələblərinə əsasən iddiaçı əmlakına zərər yetirilməsi ilə bağlı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu əsasla məhkəmə hesab edir ki, İddiaçı dəymiş zərərə görə 1410 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ona halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh oğlundan 1410 manat və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-517/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-517/2021
23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver