Məhkəmə qərarları › İş №2(021)-542/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-542/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-542/2022 08.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı X1 iştirakları ilə, İddiaçı Hüseynova Hafis Zülfü oğlunun cavabdeh Abdullayev Elşən Şəmil oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abdullayev Elşən Şəmil oğlundan 618.8 (altı yüz on səkkiz manat 80 qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X5 iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan Cavabdeh təqribən bir ildən artıq müddətdir ki, tanıyır. O, mülkiyyətində olan “Mersedes Benz E 220 CDİ Minik” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmək üçün Cavabdeh vermişdir. Cavabdeh həmin avtomobillə müxtəlif vaxtlarda yol hərəkəti qaydalarını pozduğundan onun barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Həmin protokollar əsasında inzibati xətanın törədilməsinə görə Cavabdeh barəsində inzibati xəta haqqında bir neçə qərar qəbul edilmişdir. Ümumilikdə cərimə məbləği 618,8 manat təşkil etmişdir, o, dəfələrlə Cavabdeh yaranmış cərimə borcunun ödənilməsi barədə müraciət etmiş, lakin bir nəticəsi olmamışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək cərimə borcunu ödəməkdən yayınmışdır. Cavabdehin təqsiri nəticəsində mülkiyyətində olan “Mersedes Benz E 220 CDİ Minik” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bu səbəbdən məcbur olub 618,8 manat cərimə borcunu tam ödəmişdir. Hazırda həmin avtomobil ona təhvil verilmişdir. Dəfələrlə cavabdehdən ödədiyi 618,8 manat cərimə məbləğini tələb etsə də bir nəticəsi olmamışdır. Bu səbəbdən də məcbur olub məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında iddiaçı X5 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Şəmil oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1986-cı ildə doğulmuşdur. Mülki i8şə əlavə edilmiş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1993-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə şəhəi, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7512 nömrəli, 12 dekabr 2021 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi 47/16 nömrəli ünvanda yaşayır. Mülki işə əlavə edilmiş AE 079784 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Mersedes Benz E 220 CDİ minik markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobil Süleymanov Hafis Züfü oğlunun adına qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş ödəniş tarixçələrinin surətindən müəyyən olunur ki, Cavabdeh 17 avqust 2021-ci il tarixdə 400 manat, 28 avqust 2021-ci il tarixdə 15.5 manat, 13 avqust 2021-ci il tarixdə 16 manat, 17 avqust 2021-ci il tarixdə 32 manat, 16 avqust 2021-ci il tarixdə 16 manat, 13 avqust 2021-ci il tarixdə 16 manat, 28 avqust 2021-ci il tarixdə 15.5 manat, 30 avqust 2021ci il tarixdə 76,5 manat, 30 avqust 2021-ci il tarixdə 15.3 manat, 18 avqust 2021-ci il tarixdə 16 manat cərimə olunmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi X3 vasitəsi ilə Daxili İşlər Nazirliyi BDYPİ (cərimə) 11 dekabr 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə 76,50 manat, 11 dekabr 2021-ci il tarixli, 84290376 nömrəli mədaxil qəbzi ilə 15.50 manat, 11 dekabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 16,00 manat, 11dekabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 16,00manat, 11 dekabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 16,00 manat, 11 dekabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 16,00 manat, 10 dekabr 2021-ci il tarixli 81508801 nömrəli mədaxil qəbzi ilə 32 manat, 10 dekabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 100 manat, 11 dekabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 15,50 manat, 16 dekabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 400 manat, 11 dekabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 15,50 manat, 11 dekabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 15.30 manat cərimə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, iddiaçı X2 Cavabdeh Şəmil oğluna qarşı 618,8 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdahin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində inzibati məsuliyyət yaranmışdır. Həmin inzibati tənbeh tədbirləri olan inzibati cərimələr iddiaçı tərəfindən ödənildiyindən iddiaçının həmin məbləğləri cavabdehdən reqres qaydasında tələb etmək hüququ mövcuddur. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Şəmil oğlundan 618,8 (altı yüz on səkkiz manat səksən qəpik) manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı Zülfü oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar