Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-548/2025 04.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “Pul” tələbinə dair mülki işə 04 noyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 45000 (qırx beş min) manat məbləğində pulun tutulub ona ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat, məhkəmədə iddia aldırılması üçün ödənilmiş dövlət rüsumu 225 (iki yüz iyirmi beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat məbləğində məhkəmə xərcinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 uzun zamandır tanıyır. Birbirinə qarşı etibarlı münasibətləri olmuşdur. Bir gün o, ondan övladı Əlixan Qurbanovun xəstə olduğunu, təcili pul lazım olduğunu bildirirərək borc pul istəmişdir. O, cavabdehi uzun müddətdir tanımağına baxmayaraq ehtiyat edir, bir tərəfdən də övladının xəstə olmasını deməsi onu narahat edir, rahatlıq vermirdi. O tərəddüd içərisində idi. Digər Cavabdeh2 isə Cavabdeh1 qohumu olmaqla oğlu Fəridi tanıyırdı. O, da ona xahiş etmişdir ki, həmin pulu Qurbanova Afǝt Elxan qızına versin və vaxtında qaytaracaqdır, o pulun qaytarılacağına zamin durur. O, Cavabdeh1 inanıb ona cəmi 45000 manat pulu xx.xx.2022-ci il tarixdə 30 ay müddətinə hər ay 1500 manat qaytarmaq şərti ilə borc olaraq verib. Razılaşdırılmış müddətlər ərzində cavabdeh ona ödəniş etməmişdir. Hər dəfə ondan verdiyi məbləği tələb etdikdə o, ödəyəcəyini bildirir, müxtəlif bəhanələr və səbəblər gətirərək yayınmağa çalışırdı, ona son aylara qədər inanır, verdiyi məbləği qaytaracağına ümid edirdi. Sonuncu yaxın vaxtlarda o, ondan prokurorluğa şikayət etmiş, izahatında güya onun qapısına getdiyini, onun narahtçılıq keçirdiyini, təcili tibbi yardım çağırdığını bildirmişdir. başa düşüb ki, Cavabdeh1 borc olaraq aldığı məbləği ona qaytarmaq niyyətində deyil. Bununla da hər iki cavabdeh öhdəliklərini bir tərəfli qaydada pozduqlarına görə razılaşma ləğv edilmiş sayılır. Bu barədə Cavabdeh2 bildirsə də o, bu barədə onu narahat etməməyini, əks təqdirdə polisə şikayət edəcəyini demişdir. Pul məbləğinin alınması ilə bağlı onda Cavabdeh1 əlyazısı, whatsapp üzərindən yazışmaları, səs yazıları vardır. Onları araşdırma zamanı məhkəməyə təqdim ediləcəkdir. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi məhəllə 12/13,ev 24/28 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli MAPS arayışından görünür ki. Cavabdeh2 xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli MAPS arayışından görünür ki, Cavabdeh1 xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Bərdə rayonu Alpout kəndində qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli 31398 saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 225 manat dövlət rüsumu ödəmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1991-ci ildə anadan olmuşdur. İş materiallarında olan əlyazma qəbzdən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə İddiaçı 45000 manat pul götürüb, yerinə evinin qazın, işığın qızı Aysel İbrahimovanın adına keçirib. Hər ay 1500 manat ödəmək şərti ilə ödəmədiyi halda evini könüllü olaraq verməyə razıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə yazılmış əlyazma qəbzdən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə 45 min pul götürüb oğlu Qurbanov Əlixanın müalicəsinə 30 ay müddətinə qaytarmaq şərti əsasında hər ay 1500 manat qaytarmaqla. Pulu verə bilməyəcəyi təqdirdə yaşadığı evi könüllü olaraq pulun əvəzinə verəcəyinə söz verir. 3-16-16/2-4/995 saylı ekspert rəyindən görünür ki, mülki işin 41-ci vərəqində “mən Cavabdeh1 xx.xx.2022-ci il” sözləri ilə başlayıb vermədiyim oy evdən cıxocom” sözləri ilə bitən xx.xx.2022-ci il garixli qəbzdəki yazılar. Həmin qəbzdə “rozyam”, özüm rozymnahimzamı atrom”, “....verəcəm” və “...cıxocom”yazıları qarşısındakı 14 ədəd imza və 42-ci vərəqində “ Mən Cavabdeh1 7.9 ay 2022-ci il..” sözləri ilə bitən xx.xx.2022-ci il tarixli qəbzdəki yazılar, həmin aqəbzdə “...qızı” və “...7 9 oy 2022-ci il” hərf və rəqəmli yazılzarın qarşısındakı 2 ədəd imza öz aralarında –EYNİ ŞƏXS, Cavabdeh1 tərəfindən icra olunmuşdur. Bərdə rayon məhkəməsinin 2(021)-548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia tələbinə Cavabdeh2 aid hissədə xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iş materiallarında olan sadə yazılı qəbzə və Cavabdeh1 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ifadə etdiyi etirafına əsasən sübut olunur ki, cavabdeh X1 İddiaçı 45000 manat məbləğində borcu yaranmışdır. MPM 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh1 45.000 manat məbləğində pul, 225 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 300 manat, cəmi 45525 (qırx beş min beş yüz iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 45.000 manat məbləğində pul, 225 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 300 manat, cəmi 45525 (qırx beş min beş yüz iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev