Məhkəmə qərarları › İş №2(021)-554/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-554/2025

03.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-554/2025 03.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı Səfərova Sevı̇ nc Akı̇ f qızının iştirakı ilə, İddiaçı Səfərova Sevı̇ nc Akı̇ f qızının cavabdeh Abbasov Ehtı̇ ram Şakı̇ r oğluna qarşı alimentin təyini və müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Səfərova Sevı̇ nc Akı̇ f qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 2(021)- 2005/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə onun himayəmə verilmiş, 11 fevral 2009-cu ildə X3 üçün 235 manat aliment müəyyən edilməsi və 09 dekabr 2014cü ildə doğulmuş X1 üçün müəyyən edilmiş 170 manat aliment məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi, hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat aliment məbləğinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Səfərova Sevı̇ nc Akı̇ f qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 1998-ci ildə faktiki olaraq ailə qurmuş, nikahı 2000-ci ildə rəsmiləşdirmişlər, birgə nikahdan 13 avqust 2001-ci ildə X9, 11 fevral 2009-cu ildə X10 və 09 dekabr 2014-cü ildə X11 doğulmuşlar. Bir müddət sonra ailə münasibətləri pisləşmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(021)-1729 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Bildirir ki, Cavabdeh qarşı «uşağın himayəmə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh himayəsində olan 11 fevral 2009-cu ildə doğulmuş X5 onun himayəmə verilməsi və himayəsində olan 09 dekabr 2014-cü ildə doğulmuş X4 üçün cavabdehdən sabit pul məbləğində hər uşağa 170 manat alimentin, ümumilikdə 340 manatın tutulub onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-1716/2021 saylı qətnaməsinə əsasən 09 dekabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi onun himayəsində saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bərdə rayon məhkəməsinin 2(021)- 1716/2021 xx.xx.2021-ci il tarixli qətnaməsindən bir müddət sonra ərizə ilə Bərdə rayon məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü övladı X7 onun himayəsində qalması faktının təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmiş, Bərdə rayon Məhkəməsi xx.xx.2009-cu il təvəllüdlü X5 onun himayəsində olması faktının müəyyən edilməsi barədə 2(021)- 2005/2024 xx.xx.2024-cü il tarixli qətnamə çıxmışdır. Hazırda hər iki uşaq Bərdə rayon məhkəməsinin 2(021)-2005/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun himayəsindədir. Artıq uşaqların təminatları və xərcləri artmış, uşaqlar böyümüş, eyni zamanda 2024-cü il üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən uşaqların saxlanması xərci 235 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında iddiaçı Səfərova Sevı̇ nc Akı̇ f qızı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yalnız 11 fevral 2009-cu ildə X3 üçün 235 manat məbləğində aliment müəyyən edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səfərova Sevı̇ nc Akı̇ f qızı xx.xx.1978-ci ildə anadan olmuşdur. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 266300 saylı arayışdan görünür ki, X12 xx.xx.2009-cu ildə anadan olmuşdur. Atası Cavabdeh, anası Səfərova Sevı̇ nc Akı̇ f qızıdır . Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 548666 saylı arayışdan görünür ki, X11 xx.xx.2014-cu ildə anadan olmuşdur. Atası Cavabdeh, anası Səfərova Sevı̇ nc Akı̇ f qızıdır . Bakı şəhər Nərimanov rayonu 39 saylı məktəbin 04 noyabr 2024-cü il tarixli 295 saylı arayışından görünür ki, X10 Bakı şəhəri Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı məktəbin 10 B sinfində oxuyur. Bakı şəhər Nərimanov rayonu 39 saylı məktəbin 04 noyabr 2024-cü il tarixli 296 saylı arayışından görünür ki, X11 Bakı şəhər Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı məktəbin 5 A sinfində oxuyur. Mənzil-Tikinti-Kooperativi "xxxx" MTK X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 14 saylı mənzilində övladları X9, 11 fevral 2009-cu ildə X10 və 09 dekabr 2014cü ildə X11 ilə birlikdə yaşayır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 229294 saylı nikahın pozulması haqqında şəhadətnamə surətindən arayışdan görünür ki, İddiaçı ilə X13 arasında olan nikah ləğv edilmiş, 2016-cı ilin yanvar ayının 2-də 02 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(021)-1716/2021 saylı qətnaməsindən görünür ki, 09 dekabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi onun himayəsində saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2005/2024 xx.xx.2024-cü il tarixli saylı qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X5 ərizəçi İddiaçı himayəsində olması faktının müəyyən edilməsi qət edilmişdir. Bərdə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Аzərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Ailə Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün məsuliyyət daşımasını, habelə Cavabdeh hər ay hər uşağın saxlanılması üçün 235 manat məbləğində alimentin tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddianın aliment tələbinə dair hissəsi qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Məhkəmə hesab edir ki, AM-nin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 06 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il № 15 saylı qərarının 8.4-1-ci bəndinə əsasən göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə qeyd edir ki, 2025-ci il üçün minimum əmək haqqı 400 manat həcmində müəyyən olunmuşdur. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş mediasiya ödənişi tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

1. İddia qismən təmin edilsin.

2. xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2009-cu ildə X2 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun.

3. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya ödənişi iddiaçının özünə aid edilsin.

4. Qətnamə dərhal icra edilsin.

5. İddia tələbi qalan hissədə təmin edilməsin.

6. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. 7.Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar