Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-557/2025 06.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və X4 (bundan sonra iddiaçılar və ya İddiaçı1, İddiaçı2, İddiaçı3) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Piyada və avtomobillə keçidin təmin edilməsi üçün servitutun müəyyən olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə piyada və avtomobil keçidinin təmin olunması üçün cavabdehlərə məxsus torpaq sahəsinin evi 3,5 metr, uzunluğu 20 metr olan hissəsinin onların xeyrinə servitutla yüklü edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və Ülviyyə Şərifova iddia tələblərini onunla əsaslandırmışlar ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli, 06 saylı qərarı ilə Bərdə şəhəri Füzuli küçəsi ərazisində fərdi yaşayış evi tikmək üçün 500 m2 torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinə dair 27 iyun 2014-cü il tarixinə 945 nömrə ilə qeydə alınmış A seriyalı, 507680 nömrəli Torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. Qeyd edilməsi zəruridir ki, yuxarıda göstərilən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 218,1 m2 olan fərdi yaşayış evi RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X7 adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. İstinad edilən sənədlərə əsasən hazırda Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1, həmin evin yerləşdiyi 0,05 ha torpaq sahəsi isə hər üçünün xüsusi mülkiyyətindədir. Yuxarıda göstərilən reyestrdən çıxarışa əsasən ümumi paylı mülkiyyətlərində olan 0,05 ha torpaq sahəsi və onun üzərində xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi cavabdehlərin həyətyanı torpaq sahələri ilə bir hasarın içərisində olmaqla hər birinin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsinin 3 tərəfi digər mülkiyyətçilərin sahələri ilə həmsərhəd olub, yalnız bir tərəfdən, yəni M.Füzuli küçəsindən gediş-gəliş yoluna çıxışı vardır. Sözügedən, yəni M.Füzuli küçəsindən ümumi olan həyətlərə bir giriş darvazası vardır ki, bu darvazanı da cavabdehlər özlərinə məxsus hesab edirlər və bu səbəbdən də həmin darvazadan sərbəst istifadə etmək imkanına malik deyillər. Qeyd etməyi zəruri hesab edir ki, fərdi yaşayış evinə gediş-gəlişlərinin təmin olunması cavabdehlərin özlərinə aid etdikləri darvazadan keçməklə həyəta keçirilməsi mümkün olmadığından İddiaçı1 tərəfindən cavabdehlərə qarşı yaşayış evinə gediş-gəliş yolunun açılmasına dair müvafiq iddia ilə məhkəməyə müraciət olunsa da, Bərdə Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(025)- 462/2019 sayli qətnaməsi ilə iddia təmin edilməmişdir. Sözügedən qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin olunmamışdır. Nəzərə alınması zəruridir ki, cavabdehlərlə şəxsi münasibətləri yaxşı olmadığından aralarında olan hər hansı bir məsələnin öz aralarında könüllü həll edilməsi mümkünsüz olmuş və bu səbəbdən də birbirilərinə qarşı müxtəlif iddialarla məhkəməyə müraciətlər edilmişdir. Yuxarıda qeyd etdikləri xüsusatlar hazırkı iddia ərizəsinə əlavə olunan məhkəmə aktlarının surətləri, eləcə də Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(021)-4709/2018 saylı qərardadına əsasən həmin mülki iş üzrə təyin edilmiş torpaqşünaslıq ekspertizasının rəyi və digər sənədlərlə təsdiq olunur. Yuxarıda sadalanan xiisusatlardan görünür ki, cavabdehlərlə fərdi yaşayış evlərinə gediş-gəliş yolunun açılmasının aralarında könüllü digər hüquqi əsaslarla tənzimlənməsi mümkünsüz olmuşdur. Odur ki, yuxarıda göstərilən fərdi yaşayış evlərinə piyada və avtomobillə keçidin təmin olunması üçün cavabdehlərin mülkiyyətində olan evin yerləşdiyi və cavabdehlərin istifadəsində olan torpaq sahəsinin eni 3,5 metr, uzunluğu 20 metr olan hissəsinin onların xeyirlərinə servitutla yüklü edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələbinə əsasən servitutun predmeti kimi yalnız daşınmaz əşyalar, o cümlədən torpaq sahəsi çıxış edir və servitut müəyyən təyinata malikdir. Yəni, servitut onu almış şəxsin mənafeyini təmin edir, onun ehtiyaclarını ödəyir. Qanunvericiliyə əsasən servitut o halda tətbiq edilir ki, servitut qoyulmadan və müəyyən edilmədən subyektin (yəni servitut almaq arzusunda olan şəxsin) təsərrüfat, ailə-məişət, şəxsi və digər ehtiyaclarının ödənilməsi və təmin edilməsi mümkün olmasın. Başqa sözlə desək, servitut onu almaq istəyində olan şəxsin mənafeyini təmin etməli, onun ehtiyaclarını ödəməlidir. Servitut alan şəxs servitutdan elə istifadə etməlidir ki, bu istifadə servitut verən şəxsin mənafeyinə zidd olmasın. Servitut verən şəxsin isə ən əsas vəzifəsi servitutun həyata keçirilməsinə şərait yaratmaqdan, ondan istifadə etməyə mane olmamaqdan ibarətdir. Yuxarıda göstərilən xüsusatlarla yanaşı qeyd etməyi zəruri hesab edirlər ki, mülki qanunvericiliyin tələbinə əsasən servitutlar müqavilə və ya məhkəmə qərarı ilə müəyyən edilə, o cümlədən servituta görə servitut haqqı təyin edilə bilər. Bu haqqın miqdarı tərəflərin qarşılıqlı razılığı, bu mümkün olmadıqda isə məhkəmə qaydasında həll edilə bilər. Qeyd edirlər ki, cavabdehlər belə haqqı tələb edərlərsə, bu haqqın məhkəmə tərəfindən müəyyənləşdirilməsinə və onlardan tutulmasına dair qanunauyğun qərar verilməsinə etirazları yoxdur. Yuxarıda göstərilən xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq hesab edirlər ki, mülkiyyətdə olan fərdi yaşayış evinin piyada və avtomobil keçidi üçün çıxış yalnız Füzuli küçəsi tərəfindən mümkün olduğundan, yaşadıqları evdən küçəyə çıxmaq üçün gediş-gəliş yalnız cavabdehlərə məxsus torpaq sahəsindən keçməklə mümkün olduğundan, küçəyə girişçıxışın isə onların ailə-məişət, şəxsi ehtiyaclarını, bir sözlə, yaşayışları üçün zəruri olması nəzərə alınaraq və bu sahədən istifadə etmədən mülkiyyətdə olan evdə yaşayışları mümkün olmadığından, cavabdehlərin istifadəsində olan torpaq sahəsindən eni 3,5 metr, uzunluğu 20 metr olan hissəsinə onların xeyrlərinə servitutun təyin edilməsinə dair hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar və onların bu haqlı tələbləri məhkəmə tərəfindən təmin edilməlidir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə verərək iş üzrə cavabdehlər X2, X8 və Nümayəndə əsl Cavabdeh ilə əvəz olunaraq işə cəlb edilməsini xahiş etdiyindən, cavabdehlər X5, X12 və Nümayəndə əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, özü Bakı şəhərində yaşayır, lakin onun mülkiyyətində olan və Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində anası Mazbura, qardaşları Şahmar və Sahib öz ailələri ilə birlikdə yaşayırlar. Bərdə şəhəri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi onlara ataları mərhum Ərşad Sadıxovdan miras qalmış, sonra həmin ev həyətyanı sahə ilə bilrikdə anasının adına rəsmləşdirilmiş və sonra qardaşları Şahmar və Sahibin razılığı ilə anaları tərəfindən ona bağışlanmışdır. Lakin bağışlanana qədər Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin 0.05 ha hissəsini digər qardaşları İddiaçı1 öz mülkiyyətinə rəsmiləşdirmiş və hətta ona çıxarış almışdır. Onlar, yəni nə anası, nə qardaşları nə də o bu günə kimi bu halı mübahisələndirməmişlər. Çünki fikirləşmişlər ki, el içində ayıbdır, qardaşla qardaş və ya bacı arasında miras mübahisəsi olması düzgün deyil. İddiaçı1 öz mülkiyyətinə rəsmiləşdirdiyi həmin 0.05 ha torpaq sahəsində ev də tikmiş, orada öz ailəsi ilə yaşayır və ilk gündən hamısı bir giriş qapısından, yəni bir olan həyət darvazasından istifadə etmişlər. Qardaşı Səməd həmin dövrdə atalarından qalan həyətyanı sahənin 0.05 ha torpaq sahəsini rəsmiləşdirərkən həyətin yolunu qonşuları olan əmiləri Əhəd Sadıxovun həyətindən göstərmiş və onun əsasında ona çıxarış da verilmişdir. Həmin yol da İddiaçı1 0.05 ha torpaq sahəsinə dair texniki pasportunda, torpağın ölçü və plan lahiyəsində göstərilmişdir. Lakin sonradan əmisi Əhəd Sadıxovun evi satıldıqdan sonra həmin yol bağlanmış və bundan sonra Səməd onlarla çəkişmələr aparmağa, yəni özü üçün yol ayırmağa, yol tələb etməyə başlamışdır. İllərdir ki, Səməd onlarla məhkəmələrdə çəkişir və bir həyətdə iki yol, yəni özünə ayrıca yol almaq niyyəti ilə məhkəmələrdə iddialar qaldırır. Bununla bağlı dəfələrlə ekspertizalar keçirilmiş, dəfələrlə məhkəmə prosesləri olmuş, dəfələrlə yerli baxışlar keçirilmiş, lakin son nəticə bu olmuşdur ki, qeyd etdiyi, onun mülkiyyətində olan Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən həyətyanı sahə bölünməzdir və ümumi istifadədə olan bir həyətyanı sahədir. Lakin buna baxmayaraq İddiaçı1 həyətin içərisində ayrıca hasar çəkib, ayrıca darvaza da qoymuşdur. Ali Məhkəmənin qərarı əsasında İcra və Probasiya qurumu məhkəmənin qərarını icra edərək həmin hasarı və darvazanı sökmüşlər. İndi isə yenidən iddia qaldıraraq servitut hüququ almaq istəyir. Bu günə kimi onların, nə onun, nə qardaşlarının İddiaçı1 bir həyət darvazasından istifadə etməyinə heç bir etirazları olmamışdır. Qardaşları İddiaçı1 və onun ailəsi istədikləri zaman istədikləri kimi evlərinə gedib-gəlmişlər. İddiaçı1 onun mülkiyyətində olan və Bərdə şəhəri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin darvazasından gediş-gəliş etməsinə etiraz etmir. Servitut hüququnun verilməsini isə əsassız hesab edir. Səməd onlarla bərabər hamı kimi ümumi yoldan istifadə etmək istəyirsə etsin, ancaq servitutun verilməsinə etiraz edir. İddiaçı1 niyyəti evini satmaqdır, lakin özünün yolu olmadığından evi heç kim almaq istəmir. Bu səbəbdən də illərdi aralarında bu münaqişə mövcuddur. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə Cavabdeh göstərdiklərini təsdiq edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin iştirakları ilə Bərdə şəhəri ünvan 4 ünvanına baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən həyətə həyət darvazasından daxil olduqda, yol səviyyəsindən 1.50 m. - 2 m. aşağı səviyyədə həyət, həyət darvazsasının sol hissəsində bir mərtəbəsi həyət səviyyəsində, bir mərtəbəsi yol (küçə) səviyyəsində olan ikimərtəbəli qeyri-yaşayış binası, həyətin sol küncündə bir mərtəbəli, bir neçə otaqdan ibarət Cavabdeh mülkiyyətində olan, cavabdehin anası X5, qardaşları X12 və Nümayəndə öz ailələri ilə yaşadıqları fərdi yaşayış evi, həyət darvazasından baxdıqda qarşıda eni təqribən 6-7 metr, uzunluğu 12-15 metr olan üzüm çardağı, sağda isə həyət boyu qonşularla arakəsmə olan hasar yerləşir. Həyətin sol hissəsində yerləşən bir mərtəbəli cavabdehin anası X5, qardaşları X12 və Nümayəndə öz ailələri ilə yaşadıqları fərdi yaşayış evinin qarşısında sol qonşularla olan hasar boyu hamam, sanitar qovşağı və evin qarşısında dəmir torla hasarlanmış balaca meyvə bağı mövcuddur. Həyətdə olan üzüm çardağının sonunda, həyətin sağ hisəssində qonşu ilə arakəsmə olan hasardan həyətə doğru eni 2 m-2.5 metr olan əvvələr həyət qapısı quraşdırılmış və 90 dərəcə bucaq altında dönən və uzunluğu 6-7 metr olan beton özül arasında olan digər həyətə yol, yolun sonunda sol hissədə İddiaçı1 mülkiyyətində olan ikimərtəbəli fərdi yaşayış evi mövcuddur. Yaşayış evinin qarşısında meyvə bağı, evin arxa, sol, sağ və qarşı hissələri digər qonşularla dəmir, dam örtüyü olan şifer və mişar daşları hörülmüş hasar mövcüddur. Ümumi həyətin sağ hissəsində, qonşularla arakəsmə olan hasarın dibində, üzüm çardağının qurtaran hissəsinin sağ qolunda divar boyu sökulmuş həyət darvazası və hörgüdən sökülmüş mişar daşları yığılmışdır. Bərdə şəhəri ünvan 4 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi və həyətyani sahəsinə baxışda ümumilikdə həyətə giriş bir həyət qapısından, həyətin sol hissəsində ikimərtəbəli qeyriyaşyış binası, daha solda bir mərtəbəli Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evi, qarşıda üzüm çardağı, üzüm çardağının sol hissəsində balaca meyvə bağı, qarşıda həyətin qurtaran hissəsində solda İddiaçı1 mülkiyyətində olan ikimərtəbəli fərdi yaşayış evi müəyyən edildi. Bərdə şəhəri ünvan 5 ünvanda yerləşən həyətə ümumi giriş darvazasından daxil olduqda mövcud olan yol, İddiaçı1 mülkiyyətində olan həyətyani sahəyə və yaşayış evinin qapısına kimi açıqdır, istifadəyə yararlıdır və istifadə edilməsi mümkündür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı1 xx.xx.1960-cı ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri, Füzuli küçəsi ev 4-də qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı3 xx.xx.1985-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Füzuli küçəsi ev 4-də qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı2 xx.xx.1959-cu ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri, Füzuli küçəsi ev 4-də qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1967-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bakı şəhəri Xətai rayonu, N.Rəfiyev küçəsi 25A/120-də qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli 2272 nömrəli arayışdan görünür ki, İddiaçı1 Bərdə şəhəri Füzuli küçəsi ev 4 ünvanında yaşayır, ailə üzvləri: arvadı İddiaçı2 və qızı İddiaçı3 ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə şəhəri Füzuli küçəsində 0,05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 218,10 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1, fərdi yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı2, X4 və İddiaçı1 adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə şəhəri ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 90,90 kv.m. olan fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,122040 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə şəhəri ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 90,9 kv.m. olan fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,0745 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmışdır. 13 sentyabr 2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X5 tam mülkiyyət hüququ əsasında ona məxsus olan və Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 90,9 kv.m., yardımçı sahəsi 41,5 kv.m. olan 2 otaqlı fərdi yaşayış evini və Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0745 ha olan torpaq sahəsini qızı Cavabdeh bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə şəhəri ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 90,9 kv.m. olan fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,0745 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Bərdə Rayon Məhkəməsinin 27 avqust 2008-ci il tarixli 2-527/2008 saylı qərardadından görünür ki, İddiaçı1 cavabdehlər X10 və qeyrilərinə qarşı “həyət evinə giriş yolu açılması” tələbinə dair iddiası məhkəməyə aid olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(021)-462/2019 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X10 və Nümayəndə qarşı “Gedişgəliş yolunun açılması” tələbinə dair ilkin iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi, ilk iddia üzrə cavabdehlər, qarşılıqı iddia üzrə iddiaçılar X8 və Nümayəndə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, üçüncü şəxslər Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, Bərdə Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə qarşı cavabdehin adına verilmiş Torpaq sahəsinin planı və ölçüsünün ləğv və ya etibarsız hesab edilməsi haqqında qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı1 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı xx.xx.2018-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin olunmaması qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(021)-839/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28-10301 reyestr və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X1 məxsus olan və Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması; -Cavabdeh İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28-10301 reyestr və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X1 məxsus olan və Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş hasar və darvaza tikililərinin sökülməsi; -Cavabdeh İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28-10301 reyestr və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X1 məxsus olan və Bərdə şəhəri ünvan 3 ünvanında yerləşən torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmağın qadağan olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(104)-140/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(021)-839/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3446/2022 saylı qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(104)-140/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin Bərdə Rayon Məhkəməsinə ünvanlanmış 21 aprel 2025-ci il tarixli, 3-21-3-46/2-2075/2025 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə əsasən həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, Bərdə şəhəri Füzuli küçəsi 4 ünvanda, 0,0745 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən cavabdehin mülkiyyətində, Bərdə şəhəri ünvan 1 ünvanda, 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1, fərdi yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı2, X4 və İddiaçı1 mülkiyyətindədir. İddiaçıların mülkiyyətlərində olan fərdi yaşayış evinə və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə gediş-gəliş yolu cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin həyətindən keçir. İddiaçıların yaşadıqları evlərinə getmələri üçün başqa yol nəzərdə tutulmamışdır və mövcud deyil. Məhkəmə iclasında cavabdeh iddiaçıların yaşadıqları evlərinə getmələri üçün yolun onun mülkiyyətində olan fərdi yaşayış evinin həyətindən keçdiyini və həmin yolun daim açıq olduğunu, yolu bağlamaq fikirlərinin olmadığını, iddiaçıların iddia qaldırmaqda məqsədlərinin həmin yolu hasara alaraq evi satmaq olduğunu bildirmişdir. Məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş, baxış zamanı iddiaçıların yaşadıqları evə getmələri üçün istifadə etdiklərin yolun açıq olduğu, cavabdeh və cavabdehə məxsus olan evdə yaşayan digər şəxslər tərəfindən yoldan istifadəyə heç bir maneçilik törədilmədiyi müəyyən edilmişdir. Bundan başqa iddiaçı gediş-gəliş yolunun açılması ilə bağlı əvvəllər məhkəmədə iddia qaldırmış, Bərdə Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(021)-462/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. İddianın rədd edilməsi səbəbi olaraq isə gediş-gəliş yolunun bağlanmasının öz təsdiqini tapmaması qeyd edilmişdir. Belə ki, həmin qətnamə ilə müəyyən olunur ki, İddiaçı1 paylı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlər tərəfindən bağlanması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli 483 saylı mütəxəssis rəyindən də müəyyən edilir ki, İddiaçı1 və ailə üzvlərinin paylı mülkiyyətində olan və Bərdə şəhəri Füzuli küçəsində yerləşən 0,05 ha torpaq sahəsinə gediş-gəliş yolu açıq olmaqla, cavabdehlər tərəfindən zəbt olunmamış və bağlanmamışdır. Bərdə Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(021)-839/2020 saylı qətnaməsinə əsasən isə cavabdeh İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28-10301 reyestr və ********** qeydiyyat nömrəli ‘‘Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən X1 məxsus Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması, cavabdeh İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28-10301 reyestr və ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən X1 məxsus Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş - hasar və darvaza tikililərin sökülməsi, cavabdeh İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28-10301 reyestr və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X1 məxsus olan və Bərdə şəhəri ünvan 3 ünvanında yerləşən torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmağın qadağan olunması qət edilmiş, məhkəmənin qeyd olunan qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli 2(104)-140/2022 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3446/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Qeyd olunan Qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-İİ). Konvensiyada «qanun» və «qanuni» anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 255.1-ci maddəsinə görə, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2-ci maddəsinə görə, daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.4-cü maddəsinə görə, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.6-cı maddəsinə əsasən, servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Göründüyü kimi, iddiaçılar “Piyada və avtomobillə keçidin təmin edilməsi üçün servitutun müəyyən olunması” tələbinə dair iddia qaldırsalar da, yuxarıda qeyd edildiyi kimi, 2019-cu ildə sözügedən ərazidə yolun açılması tələbi ilə məhkəmədə iddia qaldırılmış, Bərdə Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(021)-462/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmiş və həmin qətnamə ilə sözügedən, açılması tələb olunan yolun açıq olduğu, iddiaçıların həmin yoldan sərbəst istifadə etmələrinə hər hansı şəxs tərəfindən maneə törədilmədiyi müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. O cümlədən, hazırkı mülki işə baxılan zamanda məhkəmə tərəfindən sözügedən həyətə baxış keçirilmiş, iddiaçıların, cavabdehin və həmin ünvanda yaşayan digər şəxslərin ümumi istifadəsində olan gediş-gəliş yolunun açıq olması, iddiaçıların həmin yoldan istifadə etmələrinə hər hansı şəxs tərəfindən maneə törədilmədiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə iddia tələbinin əsassız olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıların “Piyada və avtomobillə keçidin təmin edilməsi üçün servitutun müəyyən olunması” tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçılar öz iddia tələblərinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 Cavabdeh qarşı “Piyada və avtomobillə keçidin təmin edilməsi üçün servitutun müəyyən olunması” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı2 və X4 özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-557/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-557/2025
06.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver