Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-559/2025 29.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(021)-2251/2015 saylı qətnaməsi ilə Cavabdeh hər ay bir uşağın saxlanması üçün tutulan 100 manat alimentin miqdarının artırılmaqla hər ay bir uşaq üçün 235 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 2012-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurub evlənmişlər. Birgə nikah dövründə xx.xx.2014-cü il təvəllüdlü X9 adlı 1 (bir) övladı anadan olmuşdur. Ailə münasibətləri yaxşı getmədiyindən nikahları pozulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(0321)- 2251/2015 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün 100 manat alimentin Cavabdeh tutulub ona verilməsi qət edilmişdir. Respublikada hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır. Hal-hazırda hər ay bir uşağa 100 manat aliment ilə övladının heç bir tələbatını ödəyə bilmir. Lakin Cavabdeh aylıq gəliri yaxşıdır. Cavabdehin hər bir imkanı vardır və övladının tələbatı üçün hər ay 235 manat məbləğində aliment ödəyə bilər. Onun isə maddi vəziyyəti olduqca pisdir, övladı məktəblidir, eyni zamanda hazırlığa gedir. Bu səbəbdən onun xərclərini çatdıra bilmir. Cavabdeh övladının saxlanması üçün heç bir maddi yardım göstərmir. Ona görə də məhkəməyə alimentin artırılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasında gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. AR-İİİ 474130 nömrəli etibarnamədən görünür ki, İddiaçı nümayəndə səlahiyyətlərini etibarnamə əsasında Nümayəndə vermişdir. Bərdə 1 X2 arayışından görünür ki, X3 “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinə əsasən arayış verilmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-2251/2015 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 10 yanvar 2014-cü il təvəllüdlü, X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 iyul 2015-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Seriya AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1978-ci il tarixdə Bərdə rayonu İmirli kəndində anadan olmuşdur. Bərdə rayonu Əmirli kəndində yaşayır. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. 4344 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Koroğlu küçəsi 2 nömrəli evdə yaşayır və ailə üzvləri - oğlu X7r. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 Onurğa Tibbi Mərkəzində Skolioz İ dərəcə, spina bifida diaqnozu ilə fasilərlə kompleks müalicələr almışdır. “Vertebra” onurğa mərkəzinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2014cü il təvəllüdlü X9 ilkin olaraq Vertebra onurğa tibb mərkəzində (8 mkr, İ.Dadaşov 71C) xx.xx.2022-ci il tarixində İ dərəcəli skolioz xəstəliyi diaqnozu ilə (RQ -əsasən) müraciət etmişdir. Həkim müayinəsindən sonra müalicə kursu məsləhət görülmüşdür. Müayinə və müalicə kursu (12 seans)üçün ödənilən məbləğ 540 ( beş yüz qırx) AZN-dir. xx.xx.2022-ci il tarixində isə növbəti müalicə kursu (6 ay fasilə) almışdır. Kurs (12 seans) üçün ödəniləcək məbləğ 500 (beş yüz azndir) həkim nəzarətində olduğu üçün növbəti müaicə kursu xx.xx.2024-cü il tarixində almışdır. Kurs (12 seans) üçün ödənilən məbləğ 400 (dörd yüz) AZN-dir. Ümumilikdə müalicə kursları üçün Vertebra onurğa tibb mərkəzinin xəzinəsinə 1440 (bir min dörd yüz qırx) AZN X4 anası X8 tərəfindən ödənilmişdir. Аzərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Ailə Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün məsuliyyət daşımasını, uşağın tələbatlarının qarşılanmasını və iddiaçı tərəfindən iddia həcminin artırılması tələbinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh övladı X6 yetkinlik yaşına çatanadək saxlanması üçün ölkə üzrə minumum əmək haqqının 0.5 misli həcmində aliment və ödənilmiş müalicə xərclərinə dair 720 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, AM-nin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 14 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il № 15 saylı qərarının 8.4-1-ci bəndinə əsasən göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 235 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,5 mislində alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə qeyd edir ki, 2025-ci il üçün minimum əmək haqqı 400 manat həcmində müəyyən olunmuşdur. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş mediasiya ödənişi tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:
1. İddia qismən təmin edilsin.
2. xx.xx.2024-cü il tarixindən başlayaraq 10 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun.
3. 10 yanvar 2014-cu il təvəllüdlü X4 müalicəsi üçün Cavabdeh İddiaçı xeyrinə 720 manat məbləğində müalicə xərci tutulsun.
4. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin.
5. İddia tələbi qalan hissədə təmin edilməsin.
6. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
7. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev