Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-56/2021 29.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı X20 "xxxx" KB ASC-nin X17 oğlunun iştirakı ilə, İddiaçı X20 "xxxx" KB ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X24 Azqida MMC-yə, X18 oğluna və üçüncü şəxs X6 qarşı «kredit müqaviləsi üzrə borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X20 "xxxx" KB ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər “X24 Azqida” MMC-yə və X18 oğluna qarşı iddia qaldıraraq cavabdeh “X24 Azqida” MMC-dən X20 "xxxx" ASC-nin xeyrinə 30.07.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə 2000000manat əsas borc, 629.796.17 manat faiz borcu, 24.12.2015-ci il tarixli 213 nömərli kredit müqaviləsi üzrə 1.552.000 manat əsas borc, 221.071.054 manat faiz borcu olmaqla, cəmi 4402.867.71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, yetmiş bir qəpik) manat kredit borcun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; Borcun tam mülkiyyət hüququ üzrə X18 oğlunun mülkiyyətidə olan Bakı şəhər Sabunçu rayon Akim Abbasov küçəsi ev 12 mənzil 1 ünvanında olan 0.0157 ha torpaq sahəsində yerləşən 426.10 kv.m ümumi, 274. kv.m yardımçı, 152.1 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin X20 "xxxx" KB ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sontra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC tərəfindən X24 Azqida MMC-yə 30.07.2014-cü il tarixli 24 saylı saylı kredit müqaviləsinə əsasən 84 ay müdddətinə, ilik 6% olmaqla 2 000 000 (iki milyon) manat məbləğində, 24.12.2015-ci il tarixli, 213 nömrəli Kredit müqaviləsinə əsasən Cəmiyyətə 10 ay müddətinə illik 4% ilə 1 552 000 (bir milyon beş yüz əlli iki min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq cavabdeh X18 oğlunun mülkiyyətidə olan Bakı şəhər Sabunçu rayon Akim Abbasov küçəsi ev 12 mənzil 1 ünvanında olan 0.0157 ha torpaq sahəsində yerləşən 426.10 kv.m ümumi, 274. kv.m yardımçı, 152.1 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi "xxxx" KB ASC-yə ipoteka qoyulmuşdur. Həmin fərdi yaşayış evinin ipoteka qoyulması barədə bank ilə cavabdeh arasında 30.07.2014cü il tarixli Sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdeh öz üzərinə düşən kredit öhdəliklərini lazımınca icra etməmişdir. Dəfələrlə cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq edilib bildiriş verilməsinə baxmayaraq cavabdeh banka olan borcunu ödəməmişdir. Hazırda 16.07.2019-cu il tarixə X24 Azqida MMC-nin 30.07.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə 200000 manat əsas borc, 629.796.17 manat faiz borcu, 24.12.2015-ci il tarixli 213 nömərli kredit müqaviləsi üzrə 1.552.000 manat əsas borc, 221.071.054 manat faiz borcu olmaqla, cəmi 4402.867.71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, yetmiş bir qəpik) manat kredit norcu vardır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X20 "xxxx" KB ASC-nin X17 oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X18 oğlu bildirmişdir ki, qeyd olunan əmlak ipoteka müqaviləsi bağlanan zaman onun adına olmamışdır.O ipoteka müqaviləsinə qol çəkməmiş, iddia tələbinin ona aidiyyətinin olmamasını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh “X24 Azqida” MMC-yə və üçüncü şəxs X1 müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş 30.07.2014-cü il tarixli, 24 saylı Kredit Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh “X24 Azqida” MMC-yə 84 ay müddətinə illik 6% olmaqla 2000 000 (iki milyon) manat məbəğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş 24.12.2015-ci il tarixli, 213 saylı saylı Kredit Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh X24 Azqida MMC-yə 120 ay müddətinə illik 4% olmaqla ******* (bir milyon beş yüz əlli iki min) manat məbəğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC ilə X24 Azqida MMC və X12 arasında bağlanmış 30.07.2014-cü il tarixli, 24 saylı X5 görünür ki, "xxxx" ASC tərəfindən X24 Azqida MMCyə 30.07.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsinə əsasən 84 ay müddətinə illik 6% olmaqla 2000 000 manat məbləğində verilmiş kreditin təminatı olaraq X8 mülkiyyətindəki ünvan 2 ünvanında olan 0.0187 ha torpaq sahəsində yerləşən 426.10 kv.m ümumi, 274 kv.m yardımçı, 152.1 yaşayış sahəsindən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 2000 000 (iki milyon) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş 1991-ci il tarixli Qərardan görünür ki, Bakı şəhər, Sabunçu rayon, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsi ev 12a saylı fərdi yaşayış evi (keçmiş Bakı şəhər, Sabunçu rayon, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsi ev 12, mənzil 1) 21.05.1991-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Mülki işə əlavə edilmiş 26 saylı DNK-nın 07.09.1993-cü il tarixli kn9/1431 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhər, Akim Abbasov küçəsi ev 12 mənzil 1 saylı fərdi yaşayış evi X13 adına 22.09.1993- cü il tarixdə qeydiyyatdan keçmişdir. Mülki işə əlavə edilmiş 24 saylı DNK-nın 26.02.2004-cü il tarixli 4Ə/2-212 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhər, Akim Abbasov küçəsi ev 12 mənzil 1 saylı fərdi yaşayış evi X14 adına 05.03.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir. Mülki işə əlavə edilmiş 17 saylı DNK-nın 04.10.2006-cİ il tarixli 4Ə/1-115 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhər, Akim Abbasov küçəsi ev 12 mənzil 1 saylı fərdi yaşayış evi X15 adına 11.10.2006-cı il tarixdə qeydiyyatdan keçmişdir. Mülki işə əlavə edilmiş 9 saylı DNK-nın 03.12.2009-cu il tarixli 4Ə-8/998 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhər, Akim Abbasov küçəsi ev 12 mənzil 1 saylı fərdi yaşayış evi X8 adına 08.01.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli, qeyddiyyat tarixi 08.01.2010-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhər, Sabunçu rayon, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsi ev 12, mənzil 1 ünvanında 0.0187 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 426.1 kv.m olan fərdi yaşayış evi Rzayev Ruslan Məzahir oğlunun xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Bakı şəhər notariusu Əli A.Hüseynov tərəfindən təsdiq edilmiş 05.02.2013-cü il tarixli 4-Ə-01-134 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhər, Akim Abbasov küçəsi ev 12 mənzil 1 saylı fərdi yaşayış evi X10 adına 11.03.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli, qeyddiyyat tarixi 11.03.2013-cü il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.0187 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 277.9 kv.m olan fərdi yaşayış evi X10 xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş 9 saylı DNK-nın 27.09.2017-ci il tarixli 4Ə-903 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhər, Akim Abbasov küçəsi ev 12 mənzil 1 saylı fərdi yaşayış evi X4 adına 04.10.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli, qeyddiyyat tarixi 04.10.2017-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.0187 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 426.1 kv.m olan fərdi yaşayış evi X4 xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14.02.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər, Akim Abbasov küçəsi ev 12 mənzil 1 saylı fərdi yaşayış evinin ipotekanının dövlət qeydiyyatı 27.09.2017-ci il tarixli ********** nömrəli "xxxx" ASC –nin müraciətinə əsasən ləğv olunmuşdur. Mülki işə əlavə edilmiş 22.07.2019-cu il tarixli Maliyyə Arayışından görünür ki, X24 Azqida MMC-nin 30.07.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə 16.07.2019-cu il tarixinə 2000000.00 manat əsas borc, 629796.17 manat faiz borcu olmaqla, ümumilikdə 2629796.17 manat borcu vardır. Mülki işə əlavə edilmiş 22.07.2019-cu il tarixli Maliyyə Arayışından görünür ki, X24 Azqida MMC-nin 24.12.2015-ci il tarixli 213 saylı kredit müqaviləsi üzrə 16.07.2019-cu il tarixinə 1552000.00 manat əsas borc, 221071.54 manat faiz borcu olmaqla, ümumilikdə 1773071.54 manat borcu vardır. Mülki işə əlavə edilmiş Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 22.07.2019-cu il tarixli Ərizədən görünür ki, X20 "xxxx" KB ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, X8 mülkiyyətindəki Bakı şəhər, Sabunçu rayon, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsi ev 12, mənzil 1 ünvanında olan fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırıqlarıdan görünür ki, X20 "xxxx" KB ASC məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, X20 "xxxx" KB ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" KB ASC tərəfindən “X24 Azqida” MMC-yə 30.07.2014-cü il tarixli 24 saylı saylı kredit müqaviləsinə əsasən 84 ay müdddətinə, ilik 6% olmaqla 2 000 000 (iki milyon) manat məbləğində, 24.12.2015-ci il tarixli, 213 nömrəli Kredit müqaviləsinə əsasən Cəmiyyətə 10 ay müddətinə illik 4% ilə 1 552 000 (bir milyon beş yüz əlli iki min) manat məbləğində kredit verilmişdir. Lakin həmin kredit müqavilələrinin təminatı olaraq cavabdeh X18 oğlunun mülkiyyətidə olan Bakı şəhər Sabunçu rayon Akim Abbasov küçəsi ev 12 mənzil 1 ünvanında olan 0.0157 ha torpaq sahəsində yerləşən 426.10 kv.m ümumi, 274. kv.m yardımçı, 152.1 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi "xxxx" KB ASC-yə ipoteka qoyulmasını bildirilsə də, bununla bağlı sonrakı ipoteka müqaviləsinin surətini işə əlavə edilsə də, həmin qeyd olunan ipoteka predmeti müqavilə bağlanan zaman digər cavabdeh Rzayev Ruslan Məzahir oğlunun mülkiyyətində olmamışdır. İş üzrə ekspertiza təyin olunmuş, ekspert ekspertizanın aparılmasından o əsasla imtina etmişdir ki, müqavilənin əsli işə əlavə olunmamış və məhkəmə tərəfindən də müqavilənin əsli istənilsə də nümayəndə müqavilənin əslinin onlarda olmamasını bildirmişdir. İş üzrə iddiaçı "xxxx" KB ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh “X24 Azqida” MMC müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, cavabdeh X24 Azqida MMC 30.07.2014-cü il tarixli 24 saylı və 24.12.2015-ci il tarixli 213 saylı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh X24 Azqida MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən X24 Azqida MMC risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin borcun tam mülkiyyət hüququ üzrə X18 oğlunun mülkiyyətidə olan Bakı şəhər Sabunçu rayon Akim Abbasov küçəsi ev 12 mənzil 1 ünvanında olan 0.0157 ha torpaq sahəsində yerləşən 426.10 kv.m ümumi, 274. kv.m yardımçı, 152.1 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin X20 "xxxx" KB ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sontra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması hissəsində qeyd edir ki, həmin qeyd olunan əmlak faktiki olaraq girov qoyulmadığından, müqavilə bağlandığı zaman həmin əmlak X18 oğlunun mülkiyyətidə olmadığından və həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14.02.2020-ci il tarixli məktubuna əsasən, Bakı şəhər, Akim Abbasov küçəsi ev 12 mənzil 1 saylı fərdi yaşayış evinin ipotekanının dövlət qeydiyyatı 27.09.2017-ci il tarixli ********** nömrəli "xxxx" ASC –nin müraciətinə əsasən ləğv olunduğundan təmin oluna bilməz. Məhkəmə həmçinin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb təmin oluna bilməz. Belə ki, işdə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair bildiriş göndərilsə də ödənilən məbləğin qəbzi işə əlavə olunmamışdır. Həmçinin həmin ipoteka predmeti 27.09.2017-ci il tarixli ********** nömrəli "xxxx" ASC –nin müraciətinə əsasən ləğv olunmuşdur. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14.02.2020-ci il tarixli məktubu). Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X20 "xxxx" KB ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilməli, cavabdeh “X24 Azqida” MMC-dən 30.07.2014cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə 2000 000 manat əsas, 629.796.17 manat faiz borcu, 24.12.2015-ci il tarixli 213 saylı kredit müqaviləsi üzrə 1.552.000 manat əsas borc, 221.071.54 manat faiz borcu olmaqla cəmi 4.402.867.71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, yetmiş bir qəpik) manat X20 "xxxx" KB ASC -nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə rədd olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum cavabdeh X24 Azqida MMC-dən X20 "xxxx" KB ASC -nin xeyrinə tutulmalıdır. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 30 manat məbləğində rüsum cavabdeh X24 Azqida MMC-dən X20 "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “X24 Azqida” MMC-dən 30.07.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə 2000 000 (iki milyon) manat əsas , 629.796.17 (altı yüz iyirmi doqquz min yeddi yüz doxsan altı manat on yeddi qəpik) manat faiz borcu, 24.12.2015-ci il tarixli 213 saylı kredit müqaviləsi üzrə 1.552.000 (bir milyon beş yüz əlli iki min) manat əsas borc, 221.071.54 (iki yüz iyirmi bir min yetmiş bir manat əlli dörd qəpik) manat faiz borcu olmaqla cəmi 4.402.867,71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, yetmiş bir qəpik) manat alınaraq X20 "xxxx" KB ASC -yə ödənilsin. Qalan hissədə iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X24 Azqida MMC-dən tutularaq X20 Dekabank» ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-56/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-56/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver