Məhkəmə qərarları › İş №2(021)-564/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-564/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-564/2025 11.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X6 iclas kаtibliyi, cavabdehlər Cavabdeh9, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4 Xalıqverdi oğlunun və cavabdehlərin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xalıqverdi oğluna, Cavabdeh5 Xalıqverdi oğluna, Cavabdeh6, X2, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qаrşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xalıqverdi oğluna, Cavabdeh5 Xalıqverdi oğluna, Cavabdeh6, X2, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək onun Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 3, 42 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xalıqverdi oğlu, Cavabdeh5 Xalıqverdi oğlu, Cavabdeh6, X7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 tərəfindən 3 il ərzində adi mülki dövriyyə şəraitində əldə edəcəyti gəlir (əldən çıxmış fayda) olan 15390( on beş min üç yüz doxsan) manat pulun alınıb onun xeyrinə verilməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Mirzalıbəyli kənd sakinləri X17, X21, X12, X13, X18 ilə onun arasında 10 may 2019-cu il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X8, X19, X3, X4, X9 ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən, birgə mülkiyyət üzrə onlara məxsus olan ümumi sahəsi 3.42 hektar olan torpaq sahəsini tam hissədə almışdır. Alqısatqı Bərdə regional «ASAN xidmət» mərkəzində notariat kontorunda reyestrdə qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi idarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3.42 hektar torpaq sahəsi xüsusi mülkiyyət kimi onun mülkiyyətinə verilmişdir. Lakin Bərdə rayonu, Yeni Əyricə kəndi ərazisində ferma adlanan yerdə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xalıqverdi oğlu, Cavabdeh5 Xalıqverdi oğlu. Cavabdeh6, X7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 torpaq sahəsini zəbt edib, ona torpaqdan istifadə etməyə imkan verməməklə onun mülkiyyət hüququnu pozmuşdular. Buna görə məhkəməyə müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021 -ci il tarixli, 2(104)- 928\2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xalıqverdi oğlu, Cavabdeh5 Xalıqverdi oğlu. Cavabdeh6, X7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 onun mülkiyyətində olan Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 3,42 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh2 prosessual müddəti ötürməklə kassasiya şikayəti vermişdir. X24 Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-928\2021 nömrəli, 31 mart 2022-ci il tarixli qərardadı, sonra isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3851 saylı, 21 iyun 2022-ci il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Bundan sonra apellyasiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Beləliklə cavabdehlər 3 (üç) il müddətində torpaq sahəsindən istifadə etməyə imkan verməyərək mülkiyyət hüququmu pozmuşdular.Həmin torpaq sahəsində taxıl əkib-becərməyi nəzərdə tutmuşdur. Cavabdehlər isə ona 3 il əkin mövsümündə taxıl məhsulunu götürməyimə imkan verməmişdilər. Bərdə rayon İcra Hakimiyyətinin 3\210 saylı xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində aqrotexniki qaydalara düzgün əməl olunarsa 1,0 ha torpaq sahəsindən bir mövsümdə 40-45 sentner taxıl məhsulu götürülə bilər. Bərdə şəhər "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 70 saylı məktubuna əsasən "xxxx" MMC-nin satış bazarında 1,0 kq buğdanın orta bazar satış qiyməti 0,55 manat təşkil edir. Belə olduğu halda o 3 il ərzində 3,42 ha torpaq sahəsindən 15390 (on beş min üç yüz doxsan) manat gəlir götürə bilərdi. Beləliklə ötən 3 il ərzində cavabdehlər ona 15390 manat ziyan vurmuşdular. Bununla da cavabdehlər onun hüquqlarını pozmuşdular. İş materiallarında olan sənədlərdən görünür ki, iş üzrə cavabdehlərdən Cavabdeh6 və Cavabdeh10 vəfat etmişdir. Məhkəmənin 11 mart 2025-ciil tarixli, 2(021) 564 nömrəli qərardadına əsasən mülki işə cavabdehlər Cavabdeh6 və Cavabdeh10 ilə bağlı olan hissədə həmin şəxslərə münasibətdə xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh8 iddiaya mahiyəti üzrə baxılmasını tələb edərək izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən 2022-ci il tarixdə iddiaçıya məxsus torpaq sahəsindən çıxmış, iddiaçıya dəymiş 500 manat ziyanı ödəmişlər. Həmin tarixdən iddiaçının torpaq sahəsindən istifadə etməmişlər. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Xalıqverdi oğlu iddiaya mahiyyəti üzrə baxılmasını tələb edərək Cavabdeh8 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili X14 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdehlər 2022-ci ildə icra məmurları tərəfindən mübahisəli torpaq sahəsindən çıxarılıblar. Həmin vaxtdan iddiaçı öz torpaq sahəsindən istifadə edir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehləri, cavabdehlərin nümayəndəsini və şahidi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, Mirzalıbəyli Bələdiyyəsinin üzvü seçilmişdir ki, İddiaçı özünə məxsus olan torpaq sahəsini 2022-ci ildən şəhid anası Aybəniz Nəsirovaya icarəyə vermişdir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1942-ci ildə Tərtər rayonu Qaraqoyunlu kəndində anadan olmuş, Bərdə rayonu Mirzalıbəyli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 112 saylı, 03 fevral 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 242 saylı, 08 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh9 nümayəndəliyin Mirzalıbəyli kəndində qeydiyyatdadır, lakin Yeni əyricə kəndində aid ferma adlanan yerdə yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 241 saylı, 08 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh10 Yeni Əyricə kəndində qeydiyyatdadır, lakin Yeni əyricə kəndində aid ferma adlanan yerdə yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 233 saylı, 08 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 Ağdam rayonundan məcburi köçkün kimi Yeni Əyricə kəndinə aid ferma adlanan yerdə məskunlaşıb yaşayır Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 234 saylı, 08 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 məcburi köçkün kimi Yeni Əyricə kəndinə aid ferma adlanan yerdə məskunlaşıb yaşayır Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 236 saylı, 08 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 məcburi köçkün kimi Yeni Əyricə kəndinə aid ferma adlanan yerdə məskunlaşıb yaşayır Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 235 saylı, 08 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh4 Xalıqverdi oğlu məcburi köçkün kimi Yeni Əyricə kəndinə aid ferma adlanan yerdə məskunlaşıb yaşayır Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 238 saylı, 08 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh5 Xalıqverdi oğlu məcburi köçkün kimi Yeni Əyricə kəndinə aid ferma adlanan yerdə məskunlaşıb yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 237 saylı, 08 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh6 məcburi köçkün kimi Yeni Əyricə kəndinə aid ferma adlanan yerdə məskunlaşıb yaşayır Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 240 saylı, 08 fevral 2023-cü il tarixli arayışdan görünür ki, İsmayılova Mehdi qızı məcburi köçkün kimi Yeni Əyricə kəndinə aid ferma adlanan yerdə məskunlaşıb yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 239 saylı, 08 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh8 məcburi köçkün kimi Yeni Əyricə kəndinə aid ferma adlanan yerdə məskunlaşıb yaşayır İşə əlavə edilmiş Laçın Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 5-64/3-2-43/2023 nömrəli arayışdan görünür ki, Laçın rayonunun Bozdağan kəndində qeydiyyatda olan Cavabdeh1 hazırda Bərdə rayonu əyricə kəndində müvəqqəti məskunlaşmışdır. İşə əlavə edilmiş Laçın Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 5-64/3-2-46/2023 nömrəli arayışdan görünür ki, Laçın rayonunun Bozdağan kəndində qeydiyyatda olan X10 hazırda Bərdə rayonu Əyricə kəndində müvəqqəti məskunlaşmışdır. İşə əlavə edilmiş Laçin Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 5-64/3-2-45/2023 nömrəli arayışdan görünür ki, Laçın rayonunun Bozdağan kəndində qeydiyyatda olan Cavabdeh8 hazırda Bərdə rayonu Əyricə kəndində müvəqqəti məskunlaşmışdır. İşə əlavə edilmiş Laçin Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 5-64/3-2-44/2023 nömrəli arayışdan görünür ki, Laçın rayonunun Bozdağan kəndində qeydiyyatda olan Cavabdeh3 hazırda Bərdə rayonu Əyricə kəndində müvəqqəti məskunlaşmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X33 Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə Rayon Mirzalıbəyli kəndindəl yerləşən 3,42 ha kənd təsərrüfatı təyinatlı torpaq İddiaçı xüsusi mülkiyyətindədir. Gəncə Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 1(104)-928/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 Xalıqverdi oğlu, Cavabdeh8, Cavabdeh1, X7, Cavabdeh10, Cavabdeh4 Xalıqverdi oğlu, Cavabdeh2 və Cavabdeh9 İddiaçı Sabir oğlunun mülkiyyətində olan Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 3,42 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə 04 fevral 2022-ci ildə qanuni qüvvəsini almışdır və icra vərəqəsi həmin tarixdə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Alı Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(102) 3851/2022 nömrəli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Məhkəməsi Mülki Kollegiyasının 2(104) 928/2021 nömrəli, 31 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. İşə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli, 3/210 nömrəli məktubdan görünür ki, Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisində aqrotexniki qaydalara düzgün əməl olunarsa 1 hektar torpaq sahəsindən bir mövsümdə 40-45 sentner taxıl məhsulu götürüləl bilər. Bərdə şəhər "xxxx" MMC tərəfindən verilmiş 70 nömrəli, 07 aprel 2023-cü il tarixli, məktubdan görünür ki, "xxxx" MMC-nin satış bazarında 1 kq buğdanın orta bazar satış qiyməti 0, 55 manat təşkil edir. Bərdə rayonu Mirzalıbəyli Bələdiyyəsi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli, 05 nömrəli arayışdan görünür ki, İddiaçı **********52 reyestr nömrəli çıxarışı olan 3, 42 ha torpaq sahəsini 2022-ci il və 2023-cü ilin 21 avqust ayına qədər özü istifadə edib, 21 avqust 2023-cü ildən etibarən şəhid anası X16 ilə 5 illik icarə müqaviləsi bağlamışdır. İşə əlavə edilmiş Bərdə Rayon İcra və probasiya şöbəsinin icra məmuru Validə Hümbətova tərəfindən qəbul edilmiş icraata xitam verilməsinə dair qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 928/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə borclular Cavabdeh2 oğu, Cavabdeh4 Xalıqverdi oğlu, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10 müştərək qaydada 500 manat pul vəsaiti və dövlət rüsumu tutularaq İddiaçı oğlunun xeyrinə ödənilməlidir. İcra sənədi üzrə qeyd olunan tələb borclular tərəfindən tam şəkildə təmin edildiyindən icra sənədinə xitam verilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 oktyabr 2024-cü il tarixli, AZ-İİ 443928 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh10 30 sentyabr 2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləlri kitabında 07 oktyabr 2024-cü il tarixdə 872 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Bərdə Regional “ASAN-Xidmət” X11 tərəfindən verilmiş 02 sentyabr 2019-cu il tarixli, AZ-İİ 036331 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh6 15 avqust 2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləlri kitabında 02 sentyabr 2019-cu il tarixdə 401 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xalıqverdi oğluna, Cavabdeh5 Xalıqverdi oğluna, Cavabdeh6, X2, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək onun Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 3, 42 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xalıqverdi oğlu, Cavabdeh5 Xalıqverdi oğlu, Cavabdeh6, X7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 tərəfindən 3 il ərzində adi mülki dövriyyə şəraitində əldə edəcəyti gəlir (əldən çıxmış fayda) olan 15390( on beş min üç yüz doxsan) manat pulun alınıb onun xeyrinə verilməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi zamanı ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə əldə çıxmış fayda tələbi ilə bağlı qeyd edir ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 1(104)-928/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 Xalıqverdi oğlu, Cavabdeh8, Cavabdeh1, X7, Cavabdeh10, Cavabdeh4 Xalıqverdi oğlu, Cavabdeh2 və Cavabdeh9 İddiaçı Sabir oğlunun mülkiyyətində olan Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 3,42 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Alı Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(102) 3851/2022 nömrəli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Məhkəməsi Mülki Kollegiyasının 2(104) 928/2021 nömrəli, 31 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. İşə əlavə edilmiş Bərdə Rayon İcra və probasiya şöbəsinin icra məmuru Validə Hümbətova tərəfindən qəbul edilmiş icraata xitam verilməsinə dair qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 928/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə borclular Cavabdeh2 oğu, Cavabdeh4 Xalıqverdi oğlu, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10 müştərək qaydada 500 manat pul vəsaiti və dövlət rüsumu tutularaq İddiaçı oğlunun xeyrinə ödənilməlidir. İcra sənədi üzrə qeyd olunan tələb borclular tərəfindən tam şəkildə təmin edildiyindən icra sənədinə xitam verilməsi qərara alınmışdır. İş üzrə kassasiya instansiya məhkəməsi olan Ali Məhkəmənin qərardadı ilə kassasiya şikayəti üçün prosessual müddətin bərpasından imtina edilmiş və qərardad 21 iyun 2022ci ildə qəbul edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi isə 04 fevral 2022-ci ildə qanuni qüvvəsini alaraq müvafiq icra vərəqəsi ilə icraya yönəlmişdir. İşdə olan Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinin arayışından və bələdiyyə üzvünün ifadəsindən cavabdehlərin İddiaçı məxsus torpaq sahəsindən 2022-ci ildə çıxarılması və iddiaçının həmin torpaq sahəsini şəhid anası X5 icarəyə verdiyi məlum olur. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər iddiaçıya məxsus torpaq sahəsindən elə 2022-ci ildə çıxarıldıqlarından hazırki iddia tələbi üzrə cavabdehlərin hazırda iddiaçıya məxsus torpaq sahəsindən 3 il ərzində istifadə edərək gəlir əldə etmələri və iddiaçının həmin dövr üzrə 15390 manat əldən çıxmış faydada məhrum olması sübut olunmur, həmçinin iddiaçı cavabdehlərdən əldə çıxmış faydaya görə pul tələb etsədə bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 137 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xalıqverdi oğluna, Cavabdeh5 Xalıqverdi oğluna, X2, Cavabdeh8, Cavabdeh9 qаrşı “pul” tələbinə dаir iddiası təmin olunmasın. İş üzrə ödənilmiş 137 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar