Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-568/2023 27.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X2 iclas kаtibliyi, iddiаçı “Azəriqaz” İBnin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı “Azəriqaz” İB-nin Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə qаrşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı “Azəriqaz” İB məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh maddi ziyana görə 1618,79 manat və 36,40 manat dövlət rüsumunun alınıb “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə ünvan 2i ərazisində idarə etdiyi **-BA-*** dövlət nömrə nişanlı , traktor markalı yerqazan nəqliyyat vasitəsilə qazıntı işləri aparan zaman idarənin balansında olan PE-160 mm-lik qaz kəmərini zədələyərək yararsız hala salmışdır. Qeyd olunan faktla bağlı idarə tərəfindən Bərdə rayon Polis şöbəsinə müraciət olunmuş, şəxs barəsində polis şöbəsində məlumat idarəyə daxil olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiаçı “Azəriqaz” İB-nin nümayəndəsi X5 iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbinə eiraz edərək bildirdi ki, 2022-ci ilin avqust ayının əvvəlində işıq idarəsinin əməkdaşı onu çağırıb Lənbəran kəndində işıq dirəyi üçün yer qazmağını bildirib. Onların tapşırığına əsasən həmin yerdə qazıntı işlərimi aparmışdır. Həmin gündən bir gün sonra “Azəriqaz”ın əməkdaşı onu çağırıb qazıntı işi aparan zaman qaz borsunu zədələdiyimi bildirmişdirlər. Həmin vaxt onlara işıq dirəyi üçün qazıntı apardığını, sözügedən qaz borusunu zədələməyinin mümkün olmadığını bildirdirmişdir. Təxminən işıq dirəyi üçün qazdığı əraziylə qaz borusunun məsafəsi 3-4 metr olardı. Ona görə də, onun qaz borsunu zədələməyi mümkün deyil. Əgər Azərişığın əməkdaşları gəlib desələr ki, o qaz borusunu zədələmişdir onda məsuliyyəti üzərimə götürər. İddia tələbinin rədd olunmasını xahiş etdi. Üçüncü şəxs "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat veriləsə də nümayəndəsi məhkəmə iclas zalına gəlməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlаvə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Tərtər RQİİ-nin Bərdə rayonu üzrə QDX-nın mühəndisi Rafil Cəbrayılov, QDX-nın ustası Hacı Əlizadə, TQ və SX-nın nəzarətçi çilingəri Bəxtiyar Hünbətzadə aktı tərtib etmişlər ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə ünvan 2i ərazisində PE-160 mm-lik qaz xətti Cavabdeh məxsus **- BA-*** dövlət nömrə nişanlı , traktor markalı yerqazan nəqliyyat vasitəsilə zədələyərək qırmışdır Nəticədə təbbi qaz xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix saat 10 00 dək 48 saat havaya axmışdır. Mülki işə əlаvə edilmiş Tərtər RQİİ-nin X8 rayon Polis şöbəsinin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi yerqazan traktorla ünvan 2i ərazisində PE-160 mm-lik qaz xəttini qırmışdır.Şəxs barəsində qanunamüvafiq tədbir görülməsi, toplanmış materialların təqdim olunması və dəymiş ziyanın ödənilməsi istiqamətində köməklik göstərilməsi xahiş olunmuşdur. Məhkəmə iclas zalında ifadə vermiş şahid X3 bildirdi ki, Azərqaz” İB-nin əməkdaşıdır. Həmin idarədə QDX-nin böyük mühəddisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə işdə olan zaman nəzarətçilər məlumat verdilər ki, qaz sızması aşkarlanıb. Digər əməkdaşlarla həmin əraziyə gedib baxış keçirdən zaman görmüşdür ki, Lənbəran kəndində qazıntı işləri aparılıb həmin yerdə yeraltı qaz borusu deşilib zədələnmişdir. Həmin vaxt əməkdaşlarla birgə kim tərəfindən qazıntı işlərini maraqlanıb öyrənmişlər. Onlara məlum olmuşdur ki, Cavabdeh özünə məxsus traktorla "xxxx" ASC-nin əməkdaşlarının göstərişi ilə işıq dirəyi üçün yer qazıb. Həmin vaxt əməkdaşlarla birgə akt tərtib edilib dəymiş ziyanı müəyyənləşdirildi. Mülki işə əlаvə edilmiş MAPS arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki işə əlаvə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 36,40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə ünvan 2i ərazisində “Azəriqaz” İB-nin balansında olan PE-160 mm-lik qaz kəməri zədələnərək yararsız hala salmışdır. Həmin ərazidə Cavabdeh işıq idarəsinin əməkdaşlarının tapşırığı əsasında idarə etdiyi **-BA-*** dövlət nömrə nişanlı , traktor markalı yerqazan nəqliyyat vasitəsilə işıq dirəyinin basdırılması üçün qazıntı işləri aparmışdır. İddiаçı hazırda “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbnin ilə bağlı qeyd edir ki, hazırkı iddia sübutetmə yükü ilə bağlıdır. Belə ki, cavabdeh özünəməxsus yerqazan nəqliyyat vasitəsilə işıq dirəyinin basdırılması üçün işıq idarəsinin əməkdaşlarının tapşırığı əsasında qazıntı işləri aparmasını etiraf edir. Lakin bildirir ki, o dirək yerini qazmış, hər hansı bir sızma olmamışdır.Əgər olsaydı ondan başqa orada Azərişığın əməkdaşları da orada olub. Onlar həmin hadisəyə reaksiya verərdilər. O qazıntı işlərini apardıqdan sonra getmişdir. Ola bilsin ki, o gedəndən sonra Azərişığın əməkdaşları dirəyi basdıran zaman qaz xəttini zədələyiblər. Əgər Azərişığın əməkdaşları gəlib məhkəmə iclaz zalında ifadə versələr ki, onun günahı üzündən olub, o, həmin ziyanı ödəməyə hazırdır. İddiaçı isə sübut etməni tərtib olunmuş akta əsaslandırılar ki, həmin akt da zədələnmənin müəyyən edilməsi aktıdır. Həmçinin Tərtər RQİİ-nin rəisi X12 rayon Polis şöbəsinin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi yerqazan traktorla ünvan 2i ərazisində PE-160 mm-lik qaz xəttini qırmış şəxs barəsində qanunamüvafiq tədbir görülməsi, toplanmış materialların təqdim olunması və dəymiş ziyanın ödənilməsi istiqamətində köməklik göstərilməsi xahiş olunmuşdur. Lakin iddiaçı iddia ərizəsində qeyd edir ki, şəxs barəsində polis şöbəsində məlumat idarəyə daxil olmamışdır. Məhkəmə iclas zalında həmin qazıntı zamanı orada olmuş Azərişığın əməkdaşı X4 məxsus ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılmış məhkəmə iclasına gəlməkdən imtina etmişdir. Məhkəmə iş üzrə olan sübutları qarşılıqlı əlaqəda qiymətləndirərək qeyd edir ki, Cavabdeh qaz xəttini bir başa zədələməsi sübut olunmur. Əgər belə hal olsaydı R.Mayılov bu halı gizlətmiş olsaydı belə, həmin yerdə olan Azərişıqın əməkdaşları bu halı gizlətməməli idilər. R.Mayılov dirək yerini qazmış, sonra çıxıb getmişdir. Dirəyin yerinə qoyulması və ətrafının möhkəmləndirilməsi isə onun iştirakı ilə sübut olunmur. Bu isə Azərişığın əməkdaşları iştirakı ilə olub ki, qaz xəttinin onlar tərəfindən zədələnməsi ehtimalı qaçılmazdır. Yəni hazırkı halda şüphəli məqamlar olduğundan məhkəməyə o qənaətə gəlməyə əsas vermir ki, təqsirkar R.Mayılovdur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin ( 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ona halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümunun iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı “Azəriqaz” İB-nin Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə qаrşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dаir iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-568/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-568/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver