Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-59/2022 03.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə mürciət edərək cavabdehlər Cavabdeh və X1 2193,55 (iki min yüz doxsan üç manat, 55 qəpik) manat əsas, 1575,06 (min beş yüz yetmiş beş manat, 6 qəpik) manat faiz, 1653,92 (min altı yüz əlli üç manat, 92 qəpik) manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 311,40 (üç yüz on bir manat, 40 qəpik) manat faiz məbləği olmaqla, cəmi 5733,93 (beş min yeddi yüz otuz üç manat, 93 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh arasında bağlanmış 18.04.2014-cü il tarixli, 2886 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 30% (otuz faiz) ödənilmək şərtilə 2600 (iki min altı yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdeh X4 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin X4 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 2193,55 (iki min yüz doxsan üç manat, 55 qəpik) manat əsas, 1575,06 (min beş yüz yetmiş beş manat, 6 qəpik) manat faiz, 1653,92 (min altı yüz əlli üç manat, 92 qəpik) manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 311,40 (üç yüz on bir manat, 40 qəpik) manat faiz məbləği olmaqla, cəmi 5733,93 (beş min yeddi yüz otuz üç manat, 93 qəpik) manat məbləğində borcu mövcuddur. Bərdə Rayon Məhkəməsinin 2(021)-130/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərardadına əsasən iddia ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair 2(021)-130/2021 saylı mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/17 saylı 24 yanvar 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 18 aprel 2014-cü il tarixdə bağlanmış 2886 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: -18.04.2017-ci il (müqavilə müddəti tarixinə) borcu 3861,24 manat:- əsas borc üzrə 2434,91 manat, faiz borcu üzrə 1426,33 manat. -21.05.2020-ci il (sualda göstərilən tarixə) borcu 4032,93 manat:-əsas borc üzrə 2240,77 manat, faiz borcu üzrə 1792,16 manat. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını, iddia tələblərini tam müdafiə etdiyini bildirmişdir. Cavabdehlər Cavabdeh və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 2886 saylı 18 aprel 2014-cü il tarixli kredit müqaviləsinin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı ASC-in Bərdə filialı arasında bağlanmış 18 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 30 faiz olmaqla 36 ay müddətinə 2600 manat kredit verilmişdir. İş materiallarında olan 18 aprel 2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən müəyyən edilir ki, zamin X4 borclu Cavabdeh ilə İddiaçı ASC-nin Bərdə filialı arasında bağlanmış 18 aprel 2014-cü il tarixli kredit müqaviləsinin tam olaraq icra edilməsi üçün öz üzərinə öhdəlik götürmüşdür. Zaminlik müqaviləsinin 2.4-cü bəndinə əsasən zamin- borcalanın bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin (kredit müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə ulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, zamin bank qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. İş materiallarında olan 13 mart 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı ASC-nin Bərdə filialı arasında bağlanmış 18 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclu Cavabdeh banka 2193,55 manat əsas kredit borcu, müqavilə müddətinə (18 aprel 2014-cü il-18 aprel 2017-ci il tarixə) 1575,06 manat faiz borcu, 1653,92 manat cərimə borcu, 311,40 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 5733,93 manat kredit borcu vardır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlər Cavabdeh və X1 2193,55 manat əsas kredit borcu, 1575,06 manat faiz borcu və 1653,92 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 311,40 manat faiz məbləği olmaqla ümumilikdə 5733,93 manat kredit borcu tələb etməsinə baxmayaraq iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/17 saylı 24 yanvar 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, Cavabdeh müqavilə müddəti tarixinə olan borcu əsas borc üzrə 2434,91 manat, faiz borcu üzrə 1426,33 manatdır. Ona görə də məhkəmə hesab edir ki, əsas borc iddia ərizəsinə, faiz borcu isə ekspert rəyinə uyğun qaydada cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 18 aprel 2014-cü il tarixli, 2886 nömrəli kredit müqaviləsinə əsasən ona verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, hazırda cavabdehlərin iddiaçıya 2193,55 manat əsas kredit borcu, 1426,33 manat faiz borcu, 1653,92 manat cərimə borcu, 311,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla ümumilikdə 5585,2 manat məbləğində borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, cavabdehlər borcunu ödəməkdən yayınmışlar. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 2193,55 manat əsas kredit borcu, 1426,33 manat faiz borcu, 1653,92 manat cərimə borcu, 311,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla ümumilikdə 5585,2 manat məbləğində borcu yaranması sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehlər 18 aprel 2014-cü il tarixli, 2886 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2193,55 manat əsas kredit borcu, 1426,33 manat faiz borcu, 1653,92 manat cərimə borcu, 311,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla ümumilikdə 5585,2 manat məbləğində borclarını tam olaraq ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin X4 kreditor İddiaçı ASC-nin qarşısında borc öhdəliyinin icrasına görə borclu Cavabdeh ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 2193,55 manat məbləğinə mütənasib olmadığından 1653,92 manat məbləğində cərimə pulunun 53,92 manat məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 2600 manat məbləğində kredit alması və həmin kredit üzrə 2193,55 manat əsas kredit borcu, 1426,33 manat faiz borcu, 1653,92 manat cərimə borcu, 311,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla ümumilikdə 5585,2 manat məbləğində borcu yaranması sübuta yetirildiyindən iddia tələbi 2193,55 manat əsas kredit borcu, 1426,33 manat faiz borcu və 53,92 manat cərimə, 311,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla ümumilikdə 3985,2 manat məbləğində kredit borcunun tutulmasına dair hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və X1 müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 24 yanvar 2022-ci il tarixli 9/17 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh və X1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 2193,55 (iki min bir yüz doxsan üç manat əlli beş qəpik) manat əsas kredit borcu, 1426,33 (bir min dörd yüz iyirmi altı manat otuz üç qəpik) manat faiz borcu, 53,92 (əlli üç manat doxsan iki qəpik) manat cərimə, 311,40 (üç yüz on bir manat qırx qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla ümumilikdə 3985,2 (üç min doqquz yüz səksən beş manat iyirmi qəpik) manat məbləğində kredit borcu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Bərdə filialının xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh və X1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-59/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-59/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver