Məhkəmə qərarları › İş №2(021)-60/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-60/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-60/2021 23.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İşHakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı "xxxx" KB ASC -nin cavabdehlər Cavabdeh1 Maarif oğluna, Cavabdeh2 Qazax oğluna və X12 qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 Maarif oğlundan və Cavabdeh2 Qazax oğlundan müştərək qaydada iddiaçı "xxxx" KB ASCnin xeyrinə 21.06.2017-ci il tarixli 10BRD\2017 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: 23.06.2017- ci il tarixli 10B/17 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 5710.68 manat, faiz borcu üzrə 448.50 manat, cərimə borcu üzrə 763.63 manat, cəmi 6922.81 manat; 05.03.2018- ci il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4074.78 manat, faiz borcu üzrə 92.85 manat, cərimə borcu üzrə 106.15 manat, cəmi 4273.78 manat ; Cavabdeh1 Maarif oğlundan 21.06.2017- ci il tarixli 10BRD/17 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 05.02.2019- cu il tarixli 10BRD/17-2 saylı saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 3000 manat, faiz borcu üzrə 221.27 manat, cərimə borcu üzrə 11.99 manat, cəmi 3233.26 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması; Tələbin ipoteka predmeti olan Cavabdeh1 Maarif oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılmasi və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 Maarif oğlunun 23.06.2017- ci il tarixli 10B/17 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 5710.68 manat, faiz borcu üzrə 448.50 manat, cərimə borcu üzrə 763.63 manat, cəmi 6922.81 manat; 05.03.2018- ci il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4074.78 manat, faiz borcu üzrə 92.85 manat, cərimə borcu üzrə 106.15 manat, cəmi 4273.78 manat , 05.02.2019- cu il tarixli 10BRD/17-2 saylı saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 3000 manat, faiz borcu üzrə 221.27 manat, cərimə borcu üzrə 11.99 manat, cəmi 3233.26. manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC- yə ödənilməsi , ipoteka predmetinin ilkin satış qiymətinin 43.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 Maarif oğlunun və Bağırova Sevinc Vidadi qızının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 Maarif oğlu arasında 21.06.2017- ci il tarixli 10BRD\2017 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: 23.06.2017- ci il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinə əsasən borclalana 24 ay müddətinə , 23.06.2019- cu il tarixədək , illik 25% ödəmək şərtilə 23000 manat, 05.03.2018- cü il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 16 ay müddətinə, 05.07.2019- cu il tarixədək, illik 22% ödəmək şərtilə 12000 manat, 05.02.2019- ci il tarixli 10BRD\17-2 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, 05.02.2020- ci il tarixədək, illik 25% ödəmək şərtilə 3000 manat məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh1 Maarif oğlu arasında bağlanmış 21.06.2017- ci il tarixli 13Bİ8\15 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Maarif oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC- yə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi 22.06.2017- cü il tarixdə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 23.06.2017- ci il tarixli 10B/17 saylı və 05.03.2018- ci il tarixli 10B\17 saylı əlavə kredit kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2017-ci il tarixli 10BRDZ\17 saylı və 05.03.2018-ci il tarixli 10BZ\17 saylı zaminlik müqviləsi çıxış edir və bu müqavilələrə görə Cavabdeh2 oğlu zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə Cavabdeh1 Maarif oğlu ilə eyni məsuliyyət daşıyır. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövrü olaraq "xxxx" KB ASCyə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC -nin nümayəndəsi X10 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 Maarif oğluna, Cavabdeh2 Qazax oğluna və X12 qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş 10BRD/17 saylı, 21.06.2017- ci il tarixli Əsas kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 5000 000( beş milyon) manat məbləğində, illik maksimum 50 faizədək 180 ay müddətinə, 21.06.2032-ci il tarixinədək müddət ərzində həmin müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi müəyyən olunmuşdur. Mülki işə əlavə edilmiş 23.06.2017-ci il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə , 23.06.2019-cu il tarixədək , illik 25% ödəmək şərtilə 23000 (iyirmi üç min ) manat kredit verilmişdir. Mülki işə əlavə edilmiş 05.03.2018-ci il tarixli 10B\17-1 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 16 ay müddətinə , 05.07.2019-cu il tarixədək , illik 22% ödəmək şərtilə 12000 (on iki min ) manat kredit verilmişdir. Mülki işə əlavə edilmiş 05.02.2019-cu il tarixli 10BRD\17-2 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay müddətinə , 05.02.2020-ci il tarixədək , illik 25% ödəmək şərtilə 3000 (üç min ) manat kredit verilmişdir. Mülki işə əlavə edilmiş 23.06.2017-ci il tarixli 10BRDZ\17 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Aslaniv Müzəffər Qazax oğlu borclu Cavabdeh1 oğlunun 23.06.2017-ci il tarixli 10B\17 saylı Əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş 05.03.2018-ci il tarixli 10BZ\17-1saylı zaminlik müqaviləsindən görünür ki, zamin Aslaniv Müzəffər Qazax oğlu borclu Cavabdeh1 oğlunun 05.03.2018-ci il tarixli 10B\17-1 saylı Əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş 10BRDİ/17 saylı, 21.06.2017- ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Əsas Kredit müqaviləsi üzrə və Əsas Kredit Müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın (İpotekaqoyanın) öhdəliklərinin təminatı olaraq, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 26.04.2017-ci il tarixində 47 nömrəli reyestr kitabında 45 nömrəli vərəqəsində, reyestr nömrəsi **********13-10301, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ X7 məxsus olan və ipoteka kimi çıxış edən Bərdə şəhəri Nəriman Nərimanov 83 ünvanında yerləşən fərid yaşayış evi İpoteka saxlayana ipoteka ilə yüklü edilmişdir. Tərəflərin razılığı ilə ipoteka predmeti 43.000 ( qırx üç min) manat məbləğində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş 21.05.2019-cu il tarixli cədvəllərdən görünür ki, Cavabdeh1 Maarif oğlunun 21.05.2019- cı il tarixinə 10B/17 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 5710.68 manat, faiz borcu üzrə 448.50 manat, cərimə borcu üzrə 763.63 manat, cəmi 6922.81 manat, 05.03.2018- ci il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4074.78 manat, faiz borcu üzrə 92.85 manat, cərimə borcu üzrə 106.15 manat, cəmi 4273.78 manat , 05.02.2019- cu il tarixli 10BRD/17-2 saylı saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 3000 manat, faiz borcu üzrə 221.27 manat, cərimə borcu üzrə 11.99 manat, cəmi 3233.26. manat borcu təşkil edir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bərdə şəhəri Nəriman Nərimanov 83 ünvanında 0.0018 ha torpaq sahısində yerləşən ümumi sahəsi 122.9 kv/m olan fərdi yaşayış evi Cavabdeh1 Maarif oğlunun tam mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 Maarif oğluna məxsus olan Bərdə şəhəri Nəriman Nərimanov 83 ünvanında yerləşən fərid yaşayış evi "xxxx" KB ASC –nin qarşısında yüklü edilmişdir. Mülki işə əlavə edilmiş X3 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh1 Maarif oğlunun mülkiyyətində olan Bərdə şəhəri Nəriman Nərimanov 83 ünvanında 0.0018 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin "xxxx" KB ASC qarşısında ipoteka qoyulmasına razılıq vermiş, həmin mənzilə tutma yönəldikdə və o, satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş AZ-İ № 599373 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Maarif oğlu ilə X8 18.08.2010- cu il tarixdə Bərdə rayo Qeydiyyat Şöbəsində nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Bağırova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş pretenziyalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş Bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 10.06.2019-cu il tarixli Ərizədən görünür ki, Unibank” KB ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh1 Maarif oğlunun mülkiyyətində olan Bərdə şəhəri Nəriman Nərimanov 83 ünvanında 0.0018 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 5118 saylı, 19.03.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 21.05.2019-cu il tarixə 23.06.2017-ci il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 5704.28 manat, faiz borcu üzrə 447.63 manat olmaqla, cəmi 6151.91 manat, 05.03.2018-ci il tarixli 10B\17-1 saylı kredit müqaviləsinə əsasən əsas borcu üzrə 3980.60 manat, faiz borcu üzrə 102.17 manat olmaqla cəmi 4082.77 manat ; 05.02.2019-cu il tarixli 10BRD\17-2 saylı kredit müqaviləsinə əsasən əsas kredit bocu üzrə 3000 manat, faiz borcu üzrə 220.83 manat, cəmi 3220.83 manat təşkil etdiyi göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir) Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə ƏQ-128/2021 saylı 01.03.2021-ci il tarixli Mütəxəssis Rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0018 ha torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 122.9 kv.m –dən ibarət fərdi yaşayış evinin 01.03.2021-ci il tarixə real bazar dəyəri 50000 (əlli min) manat, likvid dəyəri 43000 (qırx üç min) manat dəyərində qiymətləndirilmişdir. (Aparılmış tədqiqatın dəyəri 350 manat təşkil edir) İş materiallarına əlavə edilmiş 06.12.2016-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" KB ASC ilə Cavabdeh1 Maarif oğlu arasında 21.06.2017- ci il tarixli 10BRD\2017 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: 23.06.2017- ci il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinə əsasən borclalana 24 ay müddətinə , 23.06.2019- cu il tarixədək , illik 25% ödəmək şərtilə 23000 manat, 05.03.2018- cü il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 16 ay müddətinə, 05.07.2019- cu il tarixədək, illik 22% ödəmək şərtilə 12000 manat, 05.02.2019- ci il tarixli 10BRD\17-2 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, 05.02.2020- ci il tarixədək, illik 25% ödəmək şərtilə 3000 manat məbləğində kreditlər verilmişdir. 23.06.2017- ci il tarixli 10B/17 saylı və 05.03.2018- ci il tarixli 10B\17 saylı əlavə kredit kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2017-ci il tarixli 10BRDZ\17 saylı və 05.03.2018-ci il tarixli 10BZ\17 saylı zaminlik müqviləsinə əsasən Cavabdeh2 oğlu zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə Cavabdeh1 Maarif oğlu ilə eyni məsuliyyət daşıyır. Cavabdeh müqavilələrə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini borcverənə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə iddiaçı "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısmda həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımmca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısmda birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Mülki Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, Cavabdeh1 Maarif oğlu kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 Maarif oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 Maarif oğlu risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, həmçinin zamin Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 Maarif oğlunun iddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu hər iki cavabdeh iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqavilələrii üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq iddia tələbləri həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, 23.06.2017-ci il tarixli 10B\17 saylı kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 5710.68 manat, faiz borcu 448.50 manat olmuş, lakin ekspert rəyində əsas borc məbləğ 5704.28 manat, faiz borcu 447.63 manat olmuşdur. 05.03.2018-ci il tarixli 10B\17-1 saylı kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 4074.78 manat, faiz borcu üzrə 92.85 manat olmuş, lakin ekspert rəyində əsas borc 3980.60 manat, faiz borcu üzrə 102.17 manat manat, 05.02.2019- cu il tarixli 10BRD/17-2 saylı kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas kredit üzrə 3000 manat, faiz borcu üzrə 221.27 manat olmuş, lakin ekspert rəyində faiz borcu üzrə 220.83 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ona görə də məhkəmə qeyd edir ki, 23.06.2017-ci il tarixli 10B\17 saylı kredit müqaviləsi üzrə ekspert rəyi nəzərə alınmalı, əsas borc məbləğ 5704.28 manat, faiz borcu 447.63 manat tutulmalıdır. Həmçinin 05.03.2018-ci il tarixli 10B\17-1 saylı kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 4074.78 manat, faiz borcu üzrə 92.85 manat olmuş, lakin ekspert rəyində əsas borc 3980.60 manat, faiz borcu üzrə 102.17 manat manat olmuşdur. Ona görədə əsəs borc 3980.60 manat tutulmalıdır. Faiz borcuna münasibətdə isə iddiaçı həcmin artırılması vermədiyindən tələb etdiyi məbləğdə, yəni 92.85 manat tutulmalıdır. 05.02.2019- cu il tarixli 10BRD/17-2 saylı kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas kredit üzrə 3000 manat, faiz borcu üzrə 221.27 manat olmuş, lakin ekspert rəyində faiz borcu üzrə 220.83 manat müəyyən olunmuşdur. Ona görə də faiz borcu 220.83 manat məbləgində tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı "xxxx" ASCnin iddiasının 23.06.2017-cı il tarixli 10B/17 saylı əlavə kredit müqaviləsinə əsasən 763.63 manat, 05.03.2018- ci il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinə əsasən 106.15 manat, 05.02.2019- cu il tarixli 10BRD/17-2 saylı saylı əlavə kredit müqaviləsinə əsasən 11.99 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 23.06.2017-cı il tarixli 10B/17 saylı əlavə kredit müqaviləsinə əsasən 50 manat, 05.03.2018- ci il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinə əsasən 10 manat, 05.02.2019- cu il tarixli 10BRD/17-2 saylı saylı əlavə kredit müqaviləsinə əsasən 2 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, "xxxx" KB ASC ilə Cavabdeh1 Maarif oğlu arasında 21.06.2017- ci il tarixli 10BRD\2017 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 23.06.2017- ci il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinin, 05.03.2018- cü il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinin, 05.02.2019- ci il tarixli 10BRD\17-2 saylı əlavə kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC ilə Cavabdeh1 Maarif oğlu arasında bağlanmış 21.06.2017- ci il tarixli 13Bİ8\15 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Maarif oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Cavabdeh1 Maarif oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın qiyməti 43000 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yükli edilmiş Cavabdeh1 Maarif oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 43000 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Cavabdeh1 Maarif oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 Maarif oğlunun və Bağırova Sevinc Vidadi qızının çıxarılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum cavabdehlər Cavabdeh1 Maarif oğlundan və Cavabdeh2 Qazax oğlundan müştərək qaydada "xxxx" KB ASC -nin xeyrinə tutulmalıdır. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 30 manat məbləğində rüsum cavabdehlər Cavabdeh1 Maarif oğlundan və Cavabdeh2 Qazax oğlundan müştərək qaydada "xxxx" KB ASC -nin xeyrinə tutulmalıdır. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlər Cavabdeh1 Maarif oğlundan və Cavabdeh2 Qazax oğlundan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 350 manat cavabdehlər Cavabdeh1 Maarif oğlundan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" KB ASC -nin cavabdehlər Cavabdeh1 Maarif oğluna, Cavabdeh2 Qazax oğluna və X12 qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Maarif oğlundan və Cavabdeh2 Qazax oğlundan 21.06.2017-ci il tarixli 10BRD\2017 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.06.2017- ci il tarixli 10B/17 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 5704.28 manat, faiz borcu 447.63 manat manat, cərimə borcu üzrə 50 manat, cəmi 6201.91 manat; 05.03.2018- ci il tarixli 10B\17 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 3980.60 manat, faiz borcu üzrə 92.85 manat, cərimə borcu üzrə 10 manat, cəmi 4083.45 manat; 05.02.2019- cu il tarixli 10BRD/17-2 saylı kredit müqaviləsinə əsasən əsas kredit üzrə 3000 manat, faiz borcu üzrə 220.83 manat, cərimə borcu üzrə 2 manat, cəmi 3222,83 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC- nin xeyrinə ödənilsin. Tutulan məbləğ Cavabdeh1 Maarif oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 43000 (qırx üç min) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. Həmin əmlak satıldıqdan sonra Cavabdeh1 Maarif oğlu və X9 1 ay ərzində evdən çıxarılsın. Qalan hissədə iddia tələbi təmin olunmasın. Əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmə tədqiqatının dəyəri 350 manat cavabdehlər Cavabdeh1 Maarif oğlundan "xxxx" MMC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1 Maarif oğlundan və Cavabdeh2 Qazax oğlundan müştərək qaydada 100 manat ekspertiza xərci tutulub aşağıdakı hesaba köçürülsün: Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, adı –dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Espertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 Maarif oğlundan və Cavabdeh2 Qazax oğlundan müştərək qaydada alınaraq "xxxx" KB ASC-yə ödənilsin. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 30 manat məbləğində rüsum cavabdehlər X2 və X1 müştərək qaydada "xxxx" KB ASC -nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar