Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-603/2021 24.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, məhkəmə iclas kаtibi Abbasova Afət Ağarza qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Koroğlu qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit üzrə əsas borc, fazi və əldən çıxmış fayda borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı (BOKT) "xxxx" MMC iddia ərizəsi ilə məhkəmədə cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit üzrə əsas borc, fazi və əldən çıxmış fayda borcunun qaytarılması” tələbinə dair iddia qaldıraraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Fəqan Səlimov məhkəməyə ərizə göndərərək cavabdehlərin borcunu tam ödədikləri və iddiaçının cavabdehlərə qarşı tələbi qalmadığı üçün iddianın baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Koroğlu qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit üzrə əsas borc, fazi və əldən çıxmış fayda borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-603/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-603/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver