Məhkəmə qərarları › İş №2(021)-605/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-605/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-605/2021 30.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı X6 oğlunun Cavabdeh oğluna qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh oğlundan maddi ziyana görə 1400 manat məbləğin alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X6 oğlu iddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri Qoxmuq kəndində yaşayır, maldarlıqa məşğul olaraq ailəsini dolandırır. 15.10.2017-ci ildə ona məxsus 4 baş xırdabuynuzlu və damazlıq heyvanlarını Cavabdeh oğlu özünə məxsus Mersedes markalı 90CX010 dövlət nömrə qeydiyyat nişanlı avtomobili ilə vurmuş, heyvanları vurduqdan sonra etibardan sui-istifadə edib hadisə yerindən uzaqlaşmışdır. Bununla bağlı Şəki şəhər Polis Şöbəsinə müraciət etmiş, lakin cinayət işinin başlanması rədd olunması haqqında qərar qəbul edilərək, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Həmçinin qeyd etmişdir ki, həmin damazlıq heyvanları Şəki şəhər Mal bazarından damazlıq məqsədilə 1400 manata almışdır. Qeyd olunanlar əsasən iddia tələbinin təmin olnmasını xahiş etmişdir. İddiaçı X6 oğlu məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X6 oğlu xx.xx.1992-ci il tarixdə Şəki şəhəri Qorxmuq kəndində anadan olmuşdur. Şəki şəhəri Qorxmuq kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qorxmuq kəndindəki nümayəndəsi tərəfindən verilmiş 997 saylı 18.10.2019-cu il tarixli Arayışdan görünür ki, X1 şəhəri Qorxmuq kəndində yaşayır. Mülki işə əlavə edilmiş Şəki rayon Qoxmuq Baytar sahəsinin həkimi tərəfindən verilmiş bildirişdən müəyyən olunur ki, 08.06.2019-cu il tarixdə Qoxmuq kənd sakini İddiaçı Fətəli oğlunun 4 baş boğaz damazlıq heyvanın avtomobil vurması ilə bağlı müraciətinə əsasən hadisə yerində olmuşlar və, həmin heyvanlar boğaz və damazlıq olduğu üçün onların hər baş qiyməti indiki bazara görə 300-350 manat həcmində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Şəki-Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, X3 özünə məxsus 4 baş qoyun heyvanının 15.10.2017-ci il tarixdə Şəki rayonu Qoxrmuq kəndi ərazisində “Mersedes”markalı, 99 CX010 dövlət qeydiyyat nişanli avtomobili tərəfindən vurularaq tələf olması barədə ərizə ilə müraciət etmiş, həmin orqanda ərizə araşdırılmış, Cavabdeh izahatında 15.10.2017-ci il tarixdə saat 08 radələrində Mersedes”markalı, 99 CX010 dövlət qeydiyyat nişanli avtomobillə Şəki rayonu Qorxmuq kəndi ərazisində hətrəkətdə olarkən yol kənarında olan 4 baş qoyun heyvanını vurduğunu, heyvanların tələf olduğunu etiraf etmiş, "xxxx" ASC-nə sorğu verilmiş, 4 baş 50 kq-lıq qoyunun orta bazar satış qiymətinin 180 manat (4x180m= 720 m) olması müəyyən olunmuş, 11.01.2019-cu il tarixli qərar ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, X3 özünə məxsus 4 baş qoyun heyvanının 15.10.2017-ci il tarixdə Şəki rayonu Qoxrmuq kəndi ərazisində “Mersedes”markalı, 99 CX010 dövlət qeydiyyat nişanli avtomobili tərəfindən vurularaq tələf olması barədə ərizə ilə müraciət etmiş, həmin orqanda ərizə araşdırılmış, Cavabdeh izahatında 15.10.2017-ci il tarixdə saat 08 radələrində Mersedes”markalı, 99 CX010 dövlət qeydiyyat nişanli avtomobillə Şəki rayonu Qorxmuq kəndi ərazisində hətrəkətdə olarkən yol kənarında olan 4 baş qoyun heyvanını vurduğunu, heyvanların tələf olduğunu etiraf etmiş, "xxxx"ASC-nə sorğu verilmiş, 4 baş 50 kq-lıq qoyunun orta bazar satış qiymətinin 180 manat (4x180 m= 720 m) olması müəyyən olunmuş, 11.01.2019-cu il tarixli qərar ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi 720 manat hissədə təmin olunmalıdır. Belə ki, Şəki Şəhər Polis Şöbəsi tərəfindən "xxxx"ASC-yə sorğu verilmiş, 4 baş 50 kq-lıq qoyunun orta bazar satış qiymətinin 180 manat (4x180m= 720m) olması müəyyən olunmuşdur. Beləliklə cavabdehin hərəkətləri nəticəsində 720 manat ziyan dəyməsi tam sübut olunur. Belə olan halda qanunvericilyin tələblərinə əsasən iddiaçı əmlakına zərər yetirilməsi ilə bağlı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu əsasla məhkəmə hesab edir ki, X6 oğluna dəymiş zərərə görə 720 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ona halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümunun 30 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 720 manat və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı X6 oğlunun xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar