Məhkəmə qərarları › İş №2(021)-615/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-615/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-615/2021 19.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı Behbudova Akustina Həsən qızının nümayəəndəsi X6, Cavabdehlər Cavabdeh1 Firuddin qızının, Cavabdeh2 oğlunun və Məmişova Gülər Alı qızının iştirakları ilə, İddiaçı Behbudova Akustina Həsən qızının cavabdehlər Cavabdeh1 Firuddin qızına, Cavabdeh2 oğluna, Alıyev Sərxan Alı oğluna və Alıyeva (Məmişova) Gülər Alı qızına qarşı “alqı-satqının baş tutmuş hesab edilməsi və mülkiyyətin onun adına qeydə alınması” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Behbudova Akustina Həsən qızı məhkəmədə iddia qaldıraraq, mərhum əri X15 ilə mərhum X22 və onun ailə üzvləri olan Cavabdeh1 Firuddin qızının, Cavabdeh2 oğlunun, Alıyev Sərxan Alı oğlunun, Cavabdeh4 Alı qızının arasında 25.02.2004-cü il tarixli alqı-satqı müqaviləsinin baş tutmuş hesab ediləməsinə, yəni JN-076B,KOD 61004038 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə qeyd edilən cəmi 0.38 ha torpaq sahəsi ilə bağlı alqı-satqının baş tutmuş hesab edilməsinə və həmin torpaq shəsinin varislik hüququ əsasında onun adına qeydə alınmasın dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Behbudova Akustina Həsən qızı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə uşağını dolandırmaq üçün Bərdə rayon Hacılar kənd sakinləri X17, Cavabdeh1 Firuddin qızının, Cavabdeh2 oğlunun, Alıyev Sərxan Alı oğlunun, Cavabdeh4 Alı qızının paylı mülkiyyətind olan Bərdə rayon Hacılar kəndində yerləşən JN-076B, Kod 61004038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən cəmi 0.38 ha torpaq sahəsini 25.02.2004-cü ildə mərhum əri X15 10.0000 manat müqabilində almışdır. Həmin vaxtdan torpaq sahəsi onların istifadəsində və sahibliyindədir. X4 vəfat etmiş, qalan payçılar da Bərəd rayon Dövlət Notariat Kontoruna hər dəfə bir bəhanə edərək geməmiş, bu səbəbdən də 0.38 ha torpaq sahəsinin mülkiyyələrinə qeydə alınması mümkün olmamışdır. Odur ki, iddia tələbinin təmin olunmasinı xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qızının nümayəəndəsi X14 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Firuddin qızı iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 oğlu iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Alıyeva (Məmişova) Gülər Alı qızı iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh Alıyev Sərxan Alı oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, idda tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Həsən qızı xx.xx.1960- ci ildə Bərdə rayon Molallı kəndində anadan olmuşdur. Bərdə rayon Hacıklar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AG № ******* saylı doğu haqqında şəhadətnamənin surətinindən görünür ki, Behbudova Akustina Həsən qızı xx.xx.1960-cı ildə anadan olmuşdur. X3, anası X9r. Mülki işə əlavə edilmiş İV –JQ № 373888 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Behbudova Akustina Həsən qızı arasında 21.04.1988-ci ildə 20 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Qənbərova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısıdnın Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 182 saylı 12.04.2021-ci il tarixli arayışdan görünür ki, X15 vəfat edənə kimi Bərdə rayon Hacılar kəndində yaşamışdır, vəfatından sonra təsərrüfatıda onunla birgə yaşayan ailə üzvü arvadı- İddiaçı qalmışdır. Mülki işə əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-076B KOD 61004038 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 10 saylı 15.07.1998-ci il tarixli qərarına əsasən Bərdə rayonu Hacılar kənd sakinləri X17, Cavabdeh1 Firuddin qızının, Cavabdeh2 oğlunun, Alıyev Sərxan Alı oğlunun, Cavabdeh4 Alı qızının mülkiyyəinə 0.38 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş 25.02.2004-cü il tarixli Müqavilənamədən görünür ki, X22 JN 076A nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.38 hahəyətyanı torpaq sahəsini ömürlük X1. Mülki işə əlavə edilmiş X17 Bərdə rayon kənd Hacılar nümayəndəsinə yazdığı ərizəsindən müəyyən olunur ki, X22 mülkiyyətində olan 0.38 hahəyətyanı torpaq sahəsini ömürlük olaraq X2, ailə üzvlərinin etirazı olmadığını qeyd edərək, torpaq haqqında şəhədatnamənin X12 təhvil verilməsini və bundan sonra verginin İslam Qənbərov tərəfindən ödəyəcəyini bildirmişdir. Mülki işə əlavə olunmuş ərizədən görünür ki, Alıyev Alı ərizə təqdim edərək torpağın satılmasına ailə üzvlərinin etiraz olmadığını bildirmişdir. Mülki işə əlavə edilmiş Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 471 saylı 19.03.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X10 barəsində vərəsəlik işinin açılmasına dair avtomatlaşdırılmış “Elektron notariat” informasiya sisteminin məlumat axtarışı bazasında 15.03.2008-ci il tarixdən 19.03.2021-ci il üçün olan dövrlərdə heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı tələb etdiyi torpaq sahəsi JN-076B KOD 61004038 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnməyə əsasən cavabdehlərin birgə mülkiyyətlərindədir. İddiaçı mübahisə edilən torpaq sahəsini mərhum ərinin cavabdehlərdən aldığını bildirərək iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, həmin dövrün qanunvericiliynə əsasən notarial qaydaya riayət etmədəndə bağlanmış əqd baş tutmuş hesab edilə bilər. Lakin hazırkı mübahisədən görünür ki, həmin torpaq sahəsi paylı mülkiyyət olduğundan digər payçıların razılığı olmadan satılmışdır. Verilən razılıq ərizəsini isə Alıyev Alı özü imzalayaraq ailə üzlərini razı olduğunu bildirmişdir ki, bu halda yolverilməzdir. Belə olunan halda iddia tələbi təmin oluna bilməz. Məhəkəmə həmçinin qeyd edir ki, X10 barəsində vərəsəlik işinin açılmasına dair heç bir məlumat aşkar olunmamışdır. Yəni İddiaçı vərəsəliyi qəbul etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-cı maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X11 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X11 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «X18rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan milli və beynəlxalaq qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi cavabdehlərin mülkiyyətində olduğundan və tərəflər arasında qanunvericiliklə müəyyən olunmuş qaydada alqı-satqı müqaviləsi bağlanmadığından iddia tələbi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Behbudova Akustina Həsən qızının cavabdehlər Cavabdeh1 Firuddin qızına, Cavabdeh2 oğluna, Alıyev Sərxan Alı oğluna və Alıyeva (Məmişova) Gülər Alı qızına qarşı “alqı-satqının baş tutmuş hesab edilməsi və mülkiyyətin onun adına qeydə alınması” tələbi dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar