Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-619/2021 12.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi ilə, İddiaçı Bərdə rayon Mollagüllər kənd bələdiyyəsinin sədri X1 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı “06.01.2015-ci il tarixli, 01 saylı icarə müqaviləsinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Bərdə rayon Mollagüllər kənd bələdiyyəsinin sədri X3 məhkəmədə Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı “06.01.2015-ci il tarixli, 01 saylı icarə müqaviləsinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddiaçı X2 geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Bərdə rayon Mollagüllər kənd bələdiyyəsinin sədri X3 Cavabdeh ilə aralarında bağlanmış 06.01.2015-ci il tarixli, 01 saylı icra müqaviləsinin və onun əsasında Bərdə rayon Mollagüllər kəndində yerləşən 40 ha torpaq sahəsinə verilmiş 27.12.2018-ci il tarixli, №-1425372 saylı çıxarışın, 26.12.2018-ci il tarixli, №-1425443 saylı çıxarışın, 27.12.2018-ci il tarixli, №-1425371 saylı çıxarışın və 26.12.2018-ci il tarixli, №-1425444 saylı çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, icarə müqaviləsinin etibarsız hesab edilməsi məhkəməyə qədər həlli qaydası nəzərdə tutulmuşdur. Belə ki, MPM-in 152.1.6-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, bu cür iddialara, yəni Bərdə rayon Mollagüllər kənd bələdiyyəsinin sədri X3 Cavabdeh ilə aralarında bağlanmış 06.01.2015-ci il tarixli, 01 saylı icra müqaviləsinin və onun əsasında Bərdə rayon Mollagüllər kəndində yerləşən 40 ha torpaq sahəsinə verilmiş 27.12.2018-ci il tarixli, №-1425372 saylı çıxarışın, 26.12.2018-ci il tarixli, №-1425443 saylı çıxarışın, 27.12.2018-ci il tarixli, №-1425371 saylı çıxarışın və 26.12.2018-ci il tarixli, №-1425444 saylı çıxarışın etibarsız hesab edilməsi üçün ilk növbədə iddiaçı qanunvericilikdə nəzərədə tutulmuş qaydada icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair bildirişi cavabdehə göndərməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdə isə iddiaçının icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair bildirişi cavabdehə göndərilməsini sübut edən hər hansı sənəd aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin məhkəməyə qədər həlli və MPMnin 152-ci maddəsinin tələbinə riayət edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Bu Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı Bərdə rayon Mollagüllər kənd bələdiyyəsinin sədri X1 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı “06.01.2015-ci il tarixli, 01 saylı icarə müqaviləsinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bərdə rayon Mollagüllər kənd bələdiyyəsinin sədri X1 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı “06.01.2015-ci il tarixli, 01 saylı icarə müqaviləsinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-619/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-619/2021
12.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver