Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-621/2024 21.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas kаtibi Abbasova Afət Ağarza qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 7037,83 manat əsas, 179,8 manat faiz, 0,43 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7218,06 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 92,19 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC-yə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq iddiаçı "xxxx" KB ASC təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək Cavabdeh ödənişləri qrafik üzrə qaydaya salması səbəbindən iddia tələbinin baxılmamış saxlanılmasını və sənədlərin əsillərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianın baxılmamış saxlanılmasına etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC 92,19 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 92,19 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardadın icrası rüsumun iddiaçıya qaytarılması hissəsində Bərdə rayon Maliyyə Şöbəsinə tapşırılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-621/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-621/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver