Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-633/2021 08.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu əmlak zərərinə görə 465 manat, habelə ödədiyi dövlət rüsumunun əvəzi olaraq 20 manat olmaqla, cəmi 485 manat tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 04.08.2020-ci il tarixdə idarə etdiyi, özünə məxsus olan “Range Rover” markalı (653) Rusiya dövlət nömrə nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozaraq ona məxsus 10 MV-029 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomaşını zədələmiş, bununla da ona maddi ziyan dəymişdir. Qeyd edilən fakt 06.08.2020-ci il tarixdə tərtib olunmuş “inzibati xəta haqqında” İXP ******* nömrəli protokol və eyni tarixli “inzibati tənbeh vermə haqqında” TP ******* nömrəli qərarla təsdiqini tapmışdır. Həmin sənədlərin əsilləri Nərimanov rayon DYPŞ-də saxlanılır və zərurət olduqda məhkəmə tərəfindən tələb oluna bilər. Müvafiq protokol və qərardan görünür ki, cavabdeh yol hərəkəti qaydalarının pozuntusunda təqsirlidir və buna görə inzibati qaydada cərimə olunmuşdur. Eyni zamanda həmin protokolda xəta nəticəsində ona maddi zərərin dəydiyi aşkar sürətdə qeyd edilmişdir. ”Şərq Motors” MMC tərəfindən verilmiş 19.08.2020-ci il tarixli “İlkin akt”a görə avtomobilə dəymiş ümumi zərər servis haqqı ilə birlikdə 465 manat təşkil edir. 04.08.2020-ci il tarixli, HK-2 N 5437/102-1149 nömrəli raportdan göründüyü kimi cavabdeh yol verdiyi hüquq pozuntusundan sonra qanundan irəli gələn öhdəliklərinə və ümum qəbul olunmuş etik davranış qaydalarına aşkar surətdə laqeyid münasibət göstərərək hadisə yerini tərk etmiş, vurulmuş zərərin ödənilməsinə heç bir təşəbbüs göstərməmiş, bu barədə müzakirə aparmaqdan yayınmış, bununla da qanunların ali quvvəsinə, bir vətəndaş və cəmiyyət üzvü kimi ona saymamazlıq və hörmətsizlik nümayış etdirmişdir. Hadisə ilə bağlı heç bir sığorta ödənişi olunmamışdır. İddiaçı məhkəməyə ərizə göndərərək Bakı şəhərində yaşadığından, məsafə uzaq olduğundan, iddiasının əsaslılığını təsdiq edən zəruri sübutları iddia ərizəsinə əlavə etdiyindən işə onun iştirakı olmadan baxaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh oğlu məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında İXP ******* saylı 06.08.2020-ci il tarixli protokolun surətindən müəyyən olunur ki, Cavabdeh 04.08.2020-ci il tarixdə saat 1840 radələrində idarə etdiyi “LAND ROVER RANGE ROVER” markalı E643PM53 dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və İddiaçı maddi zərər vurmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 19 avqust 2020-ci il tarixli ilkin aktdan müəyyən olunur ki, 10 MV-029 dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobilə texniki baxış keçirilən zaman aşağıdakı qüsurlar müəyyən edilmiş və ehtiyat hissələrinin dəyişilməsi vacib sayılmışdır:- 170 manat dəyərində ön sağ qanad, 25 manat dəyərində ön sağ povarotnik, 20 manat dəyərində knopka, 50 manat dəyərində armaturdəmirçi işi, 200 manat dəyərində rəngsaz işi, cəmi 465 manat zərər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 04.08.2020-ci il tarixdə idarə etdiyi “Range Rover” markalı avtomaşınla yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və iddiaçıya məxsus “Mersedes” markalı 10 MV-029 dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər vurmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 19 avqust 2020-ci il tarixli ilkin aktdan müəyyən olunur ki, “Mersedes” markalı 10 MV-029 dövlət qeydiyyat nişanlı avtomaşına 465 manat dəyərində zərər dəymişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək belə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya 465 manat məbləğində maddi zərər vurulması sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarrnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində iddiaçıya məxsus avtomobilə 465 manat dəyərində maddi zərər dəyməsi sübuta yetirildiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə əsasən iddia təmin edildiyindən Cavabdeh 20 manat dövlət rüsumu tutularaq iddiaçının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 465(dörd yüz altmış beş) manat və 20 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-633/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-633/2021
08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver