Məhkəmə qərarları › İş №2(021)-633/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-633/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-633/2024 06.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona həm məhsullar üçün ödəməli olduğu 3000 (üç min) manat, həm də sonradan vermiş olduğu 1400 (min dörd yüz) manat olmaqla, ümumilikdə isə 4400 (dörd min dörd yüz) manat borc pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "ABC-telecom" ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən "Samsung" markalı 2 ədəd telefon, qulaqlıq, aksesuar və eyni zamanda da "HUAWEİ" markalı saat və qulaqlığı "ABC-telecom" -dan kreditə götürmüşdür. Həmin məhsulların ümumi dəyəri 3000 (üç min) manat idi. O, həmin "Samsung" markalı 2 ədəd telefon, qulaqlıq, aksesuar və eyni zamanda da "HUAWEİ" markalı saat və qulaqlığı Cavabdeh vermişdir. Cavabdeh da bunun müqabilində ona həmin 3000 (üç min) manatı verməli idi. O, da bu pulla "ABCtelecom"-a olan borcunu ödəməli idi. Həmin məhsulları "ABC-telecom"-dan götürəndən sonra sadəcə 1 ay "Samsung" markalı telefona görə ödəniş edə bilmişdir. Cavabdeh ona məhsulların pulunu qaytarmadığı üçün o da "ABC-telecom"-a ödəniş edə bilmir. Bu səbəblə də xx.xx.2023-cü ildə "ABC- telecom"-un ona ünvanladığı xəbərdarlıq məktubuna əsasən borcunu daha çox gecikdirdiyi təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyini bildirdilər. Həm borcu ödəyə bilmir, həm də borc faizi yığılır. Ümumilikdə isə Cavabdeh ona məhsullar üçün ödəməli olduğu məbləğ 3000 (üç min) manat təşkil edir. Həmçinin xx.xx.2022-ci ildə "xxxx" KB ASC-dən 1400 (min dörd yüz) manat məbləğində pul götürmüşdür. Həmin məbləği də borc kimi Cavabdeh vermişdir. Cavabdeh həmin məbləği hissə-hissə ödəməyə söz vermişdi. Bununla bağlı ona dəfələrlə xəbərdarlıq etsə də Cavabdeh həmin borcu yubadaraq pulunu qaytarmır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin ərizə təqdim edərək, Cavabdeh borcundan “Kontakt Home”-a 798 manat, "xxxx" KB ASC-yə 240 manat, “ Kontakt Home”-a 200 manat ödəniş etdiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh İddiaçı iddia tələbini qəbul etdiyini, bu barədə ərizə təqdim edərək borcundan “Kontakt Home”-a 798 manat, "xxxx" KB ASC-yə 240 manat, xx.xx.2024-cü il tarixdə “ Kontakt Home”-a 200 manat ödəniş etdiyini bildirdi. Qalan borcunu da hissə-hissə ödəyəcəyinə söz verdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE №0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03922520 nömrəli müqaviələyə əsasən hissə-hissə ödəmək şərtilə 3590,92 (ilkin ödəniş 167,94 manat) manat məbləğində mobil telefon və s satılmışdır. Mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 35 ay müddətinə illik 27.5 % ödəmək şərtilə 1400 manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 64 manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, Cavabdeh İddiaçı iddia tələbini qəbul etdiyini qeyd edərək, borcundan “Kontakt Home”-a 798 manat, "xxxx" KB ASC-yə 240 manat, xx.xx.2024-cü il tarixdə “ Kontakt Home”-a 200 manat ödəniş etdiyini, qalan borcunu da hissə-hissə ödəyəcəyinə söz verdiyini bildirmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı öz adına ümumilikdə 4400 manat məbləğində kredit və müxtəlif əşyaları kreditlə alaraq Cavabdeh vermişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək İddiaçı iddia tələbini qəbul etdiyini və borcundan cəmi 1238 manat ödədiyini bildirib, qalan borcunu da hissə-hissə ödəyəcəyinə söz vermişdir. Həmçinin İddiaçı da cavabdehin borcundan cəmi 1238 manat ödəməsinə dair ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442 -ci maddəsinə əsasən,Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3- cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdehin iddianı etiraf etməsi nəzərə alınmaqla iddia tələbi qismən təmin olunmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdeh tərəfindən yazılmış qəbzlər nəzərə alınmaqla Cavabdeh 3162 (üç min yüz altmış iki) manat alınaraq İddiaçı verilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 64 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi qismən təmin edilsin. Cavabdeh 3162 (üç min yüz altmış iki) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar