Məhkəmə qərarları › İş №2(021)-639/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-639/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-639/2021 05.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair ilk və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin 1/3 hissədə tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1169/2020 saylı, 21.02.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahlarından anadan olmuş 23.06.2006-cı ildə anadan olmuş X14 oğlunun və 10.05.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə tutulan alimentin məbləğinin artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin alınıb ona verilməsinə və əlavə olaraq uşaqların tələbatı artıdığından 300 manat məblığndə əlavə xərclərə cəlb olunmaına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 18.08.2005-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 23.06.2006-cı il təvəllüdlü X8 və 10.05.2008-ci il təvəllüdlü X9 adlı 2 uşaqları anadan olmuşdur. Hər iki uşaq onun himayəsindədir. Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, 23.06.2006-cı ildə anadan olmuş X14 oğlunun və 10.05.2008-ci ildə anadan olmuş X5 anaları X2 alınaraq ona verilməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1169/2020 saylı 13.03.2020-ci il tarixli qətnaməsinə əsasən 23.06.2006-cı ildə anadan olmuş X14 oğlunun və 10.05.2008ci ildə anadan olmuş X5 yekinlik yaşına çatana kimi saxlanması üçün X2 hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Uşaqlarının hər ikisi məktəb yaşındadır və hər ikisi təhsillərini artırmaq üçün əlavə olaraq hazırlıq kursuna gedirlər. Buna görə də uşaqların maddi tələbatını ödəmək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment hesabına təmin etmək mümkünsüzdür. Ona görə də alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 175 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1169/2020 saylı, 21.02.2020-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin dəyişdirilərək, ondan 23.06.2006cı ildə anadan olmuş X14 oğlunun və 10.05.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay aylıq qazanc və gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutulması, ilk iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1169/2020 saylı, 21.02.2020-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından anadan olmuş 23.06.2006-cı ildə anadan olmuş X14 oğlunun və 10.05.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə tutulan alimentin məbləğinin artırılaraq ondan hər ay bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin alınıb ona verilməsinə və əlavə olaraq uşaqların tələbatı artıdığından 300 manat məblığndə əlavə xərclərə cəlb olunmaına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. O, iddia tələbini qəbul etmir. Belə ki, Bərdə Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən onunla İddiaçı arasında bağlanmış nikah pozulmuş, hər iki uşaq onun himayəsinə verilmiş və həmin vaxt qarşı tərəfdən uşaqlarını saxlanılması üçün hər birinə 80 manat olmaqla 160 manat sabit pul məblığndə alaimentin tutulub ona verilməsi qət olunmuşdur. Lakin cavabdeh alimenti ödəməmiş, əsassız səbəblər gətirməklə yuxrı orqanlara şikayələr etmiş və uşaqlar 10 yaşına çatdıqdan sonra öz tərəfinə çəkmiş və ona verməmiş, 2017-ci il məhkəmə qətnaməsi ilə uşaqların rəyi nəzərə alınaraq uşaqlar onlara verilmişdir. O, bir valideyn olaraq uşaqların tələbatını ödəməkdən imtiana etmir O, müsiqi məktəbində müəllim işləyir, 487.50 manat əmək haqqı alır. Bundan başqa o, hepatit xəstəliyindən əziyyət çəkir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 355 saylı 06.01.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı qızı Bərdə rayon Qaradəmirçi kəndində yaşayır. Mülki işə əlavə edilmiş mülki işə əlavə edilmiş AZ-İ № 807869 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından 23.06.2006- cı il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Mülki işə əlavə edilmiş AZ-İİ № 106809 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından 10.05.2008-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Mülki işə əlavə edilmiş AZ-İ № 291627 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Abdullayeva Sədiqə Rəhim qızı ilə İddiaçı arasında bağlanmış nikah 01.05.2017-ci ildə pozulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli 2(021)1166/2015 saylı qətnaməsinə əsasən İddiaçı ilə X6 arasında bağlanmış nikahın pozulması, 23.06.2006-cı ildə anadan olmuş Toğrul və 10.05.2008-ci ildə anadan olmuş Ayxan adlı uşaqların İddiaçı alınıb X4 verilməsi və onun himayəsində saxlanılması, 23.06.2006-cı ildə anadan olmuş Toğrul və 10.05.2008-ci ildə anadan olmuş Ayxan adlı uşaqların İddiaçı alınıb Cavabdeh verildikdən sonra onların yekinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 80 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət olunmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(021)- 4740/2017 nömrəli qətnaməsindən görünür ki, 23.06.2006-cı ildə anadan olmuş X14 oğlunun və 10.05.2008-ci ildə anadan olmuş X5 anaları X2 alınaraq ataları İddiaçı verilməsi qət olunmuşdur. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1169/2020 saylı 13.03.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 26 fevral 2017-ci il tarixli 2(021)217/2019 saylı qətnaməsinə əsasən 23.06.2006-cı ildə anadan olmuş X3 və 10.05.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 08.05.2018-ci ildən başlayaraq cavabdeh X2 hər ay hər uşağa 120 manat olmaqla 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuş, həmin qətnamədən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti verilmiş, cavabdehin şikayəti qismən təmin eedilərək , Bərdə Rayon Məhkəməsinin 26 fevral 2017-ci il tarixli 2(021)217/2019 saylı qətnaməsi iddianın təmin eilmiş hissəsində dəyişdirilmiş, 23.06.2006-cı ildə anadan olmuş X14 oğlunun və 10.05.2008-ci ildə anadan olmuş X5 yekinlik yaşına çatana kimi saxlanması üçün X2 hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Mülki işə əlavə edilmiş Arayışdan görünür ki, 23.06.2006-cı ildə anadan olmuş X8 və 10.05.2008-ci ildə anadan olmuş X1 hazırlıq kursunda hazırlaşırlar və təhsil alırlar. Hər bir uşağa 90 manat məbləğ, yəni 180 manat ödənilir. Mülki işə əlavə edilmiş”Yaşam” Tibb Mərkəzinin müyinə kağızından görünür ki, X6 “Hepatit B” daşıyıcısıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2005-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Hər iki uşaq hazırda İddiaçı himayəsindədir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1169/2020 saylı 13.03.2020-ci il tarixli qətnaməsinə əsasən 23.06.2006-cı ildə anadan olmuş X14 oğlunun və 10.05.2008-ci ildə anadan olmuş X5 yekinlik yaşına çatana kimi saxlanması üçün X2 hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi 2 hissədən: alimentin artırılması və uşaqların təhsili üçün əlavə xərc tələblərindən ibarətdir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi alimentin artırılması hissəsində qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifə olduğunu nəzərə alır. İddia tələbi bir uşaq üçün 120 (bir yüz iyirmi) manatdan artıq alimentin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda İddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi Cavabdeh üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1169/2020 saylı 13.03.2020-ci il tarixli qətnaməsi ilə tutulan aliment dəyişdirilərək 23.06.2006-cı ildə anadan olmuş X14 oğlunun və 10.05.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . Məhkəmə ilk iddia tələbinin uşaqların təhsili üçün əlavə xərc hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin oluna bilməz. Belə ki, oxumağa görə əlavə xərclə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Sadalanan qanunuvericilik normalarından gorünür ki, uşaqların könüllülük əsasında hazırlıq kurslarına getməsi ona əsas vermir ki, Cavabdeh əlavə xərclərə cəlb olunsun. Belə ki, uşaqların orta məktəbdə təhil alması məlum olduğundan əlavə xərcə cəlb olunma zərurəti yoxdur. Məhkəmə qaldırılmış qarşılıqlı iddianı əsassız hesab edir. Belə ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində X10 İdarəsi 3 saylı uşaq musiqi məktəbində müəllim işlədiyini və aylıq 487.50 manat əmək haqqı aldığını qeyd edərək iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay aylıq qazanc və gəlirinin 1/3 hissəsinin tutulmasını istəmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh aylıq 487.50 manatdan artıq gəlir və qazancının olması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin aylıq gəliri -487.50 manat pulun 1/3 hissəsi 162.50 manat təşkil edir ki, nəticədə hər uşağa 81.25 manat düşür. Həmin məbləğ isə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğindən az edir . Odur ki, iddia təmin olunmamalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 227, 233.1, 234, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair ilk iddiası qismən təmin edilsin. 23.06.2006-cı ildə anadan olmuş X14 oğlunun və 10.05.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1169/2020 saylı 13.03.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşağa görə 120 manat olmaqla, 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin olunmasın. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar