Məhkəmə qərarları › İş №2(021)-645/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-645/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-645/2022 19.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 1000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin adının X12 olduğunuu göstərmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bərdə rayonu, Mollaisalar kənd sakini X8 uzun zamandır ki, tanıyır, aralarında sadəcə “salam” və “sağol” münasibətləri olmuşdur. Onun Bərdə rayonu, Otuzikilər kəndində ferması var, fermada mal-qara saxlayırlar, əldə etdikləri südlərin satışı ilə məşğul olub gəlir əldə edir. 2020-ci ilin mart ayında Elsevər Musayev ona müraciət edərək südə ehtiyacı olduğunu bildirib, o, cavabdehə 2500 manat dəyərində süd satmışdır və cavabdeh ona satdığı südün dəyəri olan 2500 manat pulu tez bir zamanda verəcəyini bildirib. O, da cavabdehə inanaraq və güvənərək 2500 manat dəyərində südü cavabdehə satmışdır. Cavabdeh borclu olduğu 2500 manat puldan 17 noyabr 2021-ci il tarixə qədər hissə-hissə cəmi 1500 manat pulu qaytarıbdır, nəticədə ona 1000 manat borcu qalmışdır, 17 noyabr 2021-ci il tarixdə isə cavabdeh öz əl yazaması ilə ağ bir vərəqə ona 1000 manat borcu olduğunu və 03 dekabr 2021-ci il tarixdə borclu olduğu 1000 manatı verəcəyini qeyd etmişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməyərək ona verməli olduğu 1000 manatı verməmiş və verməkdən imtina etmişdir. Bu vaxta qədər hər səfərində cavabdehdən borclu olduğu 1000 manat pulun verilməsini tələb etməyinə baxmayaraq hər səfərində cavabdeh verməkdən imtina edir. Cavabdeh ona qarşı dələduzluq etmişdir. O, da məcbur qalıb məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumatverilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Məmmədov Aqil Asif oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh X13 iddianı qismən qəbul edərək, iddiaçıya cəmi 350 manat borcu olduğunu göstərmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1966-cı ildə Bərdə rayonu, Otuzikilər kəndində doğulmuş, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AA1369568 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Musayev Elsevər Üzeyir oğlu 13 iyul 1977-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayonu Otuzikilər kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 626 saylı, 24 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Otuzikilər kəndndə yaşamaqla, daimi qeydiyyatdadır. Mülki işə əlavə edilmiş qənzdə göstərilmişdir: “ X20 Üzeyir oğlu Mollalar kənd sakini İddiaçı Rizvan oğlu Otuzikilər kənd sakininə 1000 min manat süd pulu verəcəyim var. 03 dekabr 2021-ci ildə verəcəm. X19”. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-cı maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddiaçı cavabdeh X7 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X5 1000 (min) manat və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar