Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-652/2025 06.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə və Cavabdeh İddiaçı qarşı “Pul tələbi” haqqında qarşılıqlı iddia tələbinə dair mülki işə 06 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dələduzluq yolu ilə ələ keçirdiyi 20000 (iyirmi min) manat pul və ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu olmaqla, cəmi 20150 (iyirmi min bir yüz əlli) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon sakinidir. İş üzrə Cavabdeh həmkəndli olaraq tanıyır. Bu yaxınlara qədər qohum olmuşlar. Cavabdeh pula ehtiyacı olduğunu bildirib ondan 20000 (iyirmi min) manat borc pul istəmişdir. O da qohumluq əlaqələri və yaxın münasibətləri olduğunu nəzərə alaraq ona 20000 (iyirmi min) manat pul verməyə razılaşmışdır. Cavabdeh tez bir zamanda pulu qaytaracağını vəd edərək ondan 20000 (iyirmi min) manat pulu götürmüşdür. Lakin sonradan pulu dəfələrlə tələb etsə də, hər dəfə verəcəyini deyib ondan aldığı 20000 (iyirmi min) manat pulu min bir bəhanə ilə geri ödəməmişdir. Əlində cavabdehin borclu olduğunu etiraf etdiyi səs yazısının olduğu CD disk də mövcuddur və onu məhkəməyə təqdim etdiyi sənədlərin içərisinə əlavə etmişdir. Bütün bunlara baxmayaraq cavabdehdən dəfələrlə tələb və xahiş etməsinə baxmayaraq pulu verməkdən imtina etmişdir. O da məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət edərək ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia təmin edilməklə İddiaçı 85000 (səksən beş min) manat borc pulun, iddia qaldırılması üçün ödənilmiş 345 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 300 manat vəkil xərcinin alınaraq Cavabdeh xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. İddiaçı ona qarşı qaldırdığı iddia tələbi tam əsassızdır, qəbul etmir. Belə ki, onun iddia ərzəsində qeyd edilənlər həqiqəti əks etdirmir. İddiaçı ona qohum kimi, 20000 manat pul təklif etmiş, həmin vaxt ona pul lazım olmadığını bildirmişdir. Bundan sonra İddiaçı 20000 manat pulu öz bacısı, onun (yəni Cavabdeh) isə arvadı olan Mətah İbrahimovaya hədiyyə kimi vermişdir. Həmin 20000 manat pulun İddiaçı tərəfindən Mətah İbrahimovaya verilməsi, Mətah İbrahimovanın ona qarşı əmlak tələbinə dair iddia ərizəsində də qeyd edilmişdir. Bundan əlavə İddiaçı tərəfindən təqdim edilmiş audio disk dinlənlərkən, müəyyən olunmuşdur ki, İddiaçı atası onunla borc pul barəsində danışıqlar apararkən o, həmin 20000 manat pulun Mətah İbrahimovaya hədiyyə olunmasını bildirmişdir. Əlavə olaraq bildirir ki, həmin diskdə olan səslər qırıq-qırıq yazılmış, diskə onun xeyrinə səslənmiş danışıqlar köçürülməmişdir. Hesab edir ki, həmin disk mötəbər sübut kimi qəbul edilə bilməz. Disk dinlənilərkən açıq-aydın görünür ki, həmin disk montaj olunmuşdur. Belə ki, İddiaçı ilə qohumluq əlaqələri var, sonuncu onun keçmiş qaynıdır. 2023-cü ilin sentyabr ayında İddiaçı ondan 85000 (səksən beş min) manat borc pul almış və bildirmişdir ki, həmin pulla qazanc əldə edib 2023-cü ilin sonuna qədər pulu qaytaracaqdır. Qohum olduqlarından İddiaçı inanmışdır. Həmin borc pulu şahidlər İlqar Qasımov və Qoşqar Əfəndiyevin yanında vermişdir. Həmin pulun İddiaçı borc kimi verilməsini şahidlər də təsdiq edə bilərlər. 2023-cü ilin sonlarında borc verdiyi pulu İddiaçı tələb etmiş, həmin vaxt İddiaçı borc aldığı pulu 2024-cü ilin may-iyun aylarında qaytaracağına vəd vermişdir. 2024-cü ilin iyun ayında ailəsində narazılıq yarandığından arvadı ilə ayrılmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və göstərdi ki, cavabdeh bacısının əri olmuş, hazırda onlar məhkəmə qaydasında boşanmışlar. Onlar boşanmamışdan qabaq, xx.xx.2023-cü il tarixdə cavabdeh ev almaq üçün pulu çatmadığından ondan borc olaraq 20000 manat pul almış, pulu yaxın müddətdə qaytaracağına söz vermişdir. Aralarında heç bir yazılı razılaşma olmamışdır. Lakin cavabdehlə aralarında telefon danışıqları olmuş, səs yazısı vardır. Cavabdeh evi Bakı şəhəri Masazır qəsəbəsindən 95000 manata almışdır. 20000 manat pulu əmisi oğlundan sələmə götürərək cavabdehə vermiş, həmin pula görə hazırda əmisi oğluna 35000 manat pul qaytarmalıdır. “Ford” markalı yük maşını ilə yük daşımaqla məşğul olaraq ailəsini dolandırır. Bacısı boşandıqdan sonra onun yanında yaşayır. Qarşılıqlı iddianı qəbul etmir. Belə ki, cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi pul əslində 85000 manat deyil, 75000 manatdır. Cavabdehi Bakı şəhərinə işləməyə o aparmış, dörd nəfər - o, Cavabdeh, İlqar Qasımov və Qoşqar Əfəndiyev şərik işləmişlər. Şərik olmaqla yanaşı onlar onun işçiləri olmuşdur. Onlar Bakı şəhərində şirkətlərdən latun alıb doğramış və doğranmış latunu müxtəlif zavodlara satmışlar. Bir müddət işlədikdən sonra ümumi qazanclarını bölmüşlər və hərəsinə 75000 manat pul düşmüşdür. Ümumilikdə qazancları 300000 (üç yüz min) manat olmuşdur. Pul bölünərkən orada olmamış, onun payına düşən 75000 manat pulu cavabdeh Bakı şəhəri Suraxanı rayonu Bakıxanov qəsəbəsində yaşadığı evdə ona vermişdir. Cavabdehin hazırda ondan tələb etdiyi 85000 manat pul həmin puldur. Həmin pul isə onun payına düşən qazancdır. Sadəcə pulu ona cavabdeh verdiyinə görə, hazırda həmin pulu borc kimi qeyd edib. Bütün qazancları bacısı Mətahda olmuş, pulu gətirib Mətaha vermişlər, o da pulu yığmışdır. İddiasının təmin, ona qarşı verilmiş qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və göstərdi ki, İddiaçı tərəfindən iddia ərzəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Bundan əlavə İddiaçı tərəfindən təqdim edilmiş audio disk dinlənilərkən müəyyən olunmuşdur ki, İddiaçı atası Cavabdehla borc pul barəsində danışıqlar apararkən Cavabdeh 20000 manat pulun Mətah İbrahimovaya hədiyyə olunmasını bildirmişdir. Həmin diskdə olan səslər qırıq-qırıq yazılmış, diskə Cavabdeh xeyrinə səslənmiş danışıqlar köçürülməmişdir. Hesab edir ki, həmin disk mötəbər sübut kimi qəbul edilə bilməz. Disk dinlənilərkən açıq-aydın görünür ki, həmin disk montaj olunmuşdur. Bərdə Rayon Məhkəməsində İddiaçı bacısı Mətah İbrahimova əmlak tələbinə dair iddia qaldırımış və həmin iddia ərizəsində 20000 manat pulun İddiaçı tərəfindən bacısı X1 verildiyi qeyd edilmişdir. İlkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X9 göstərdi ki, İddiaçı onun oğlu, Cavabdeh isə keçmiş kürəkənidir. Kürəkəni Cavabdeh özünə ev almaq üçün oğlundan pul istəmişdir. Oğlu ona zəng edərək Cavabdeh ev almaq istədiyini, lakin pulunun çatmadığını bildirmişdir. O da qardaşı oğlu X3 müraciət etmişdir. Aslan Həsənov onun xahişini nəzərə alıb, ona 20000 manat borc pul vermişdir. O da həmin 20000 manat pulu arvadına vermiş və arvadı ilə nəvəsini Bakı şəhərinə göndərmişdir ki, pulu oğlu Əhmədalıya versinlər. Oğlu Əhmədalı da öz növbəsində həmin pulu arvadının, qızının, nəvəsinin və cavabdehin anasının yanında Cavabdeh vermişdir. Cavabdeh Bakı şəhərində ev almışdır. Sonuncu pulu ondan yox, oğlu İddiaçı istəmişdir. 20000 manat pulu qardaşı oğlu Aslan Həsənovdan o alıb oğlu Əhmədalıya vermişdir. Oğlu İddiaçı 20000 manat pulu Cavabdeh verəndə orada olmamışdır. Oğlu Əhmədalı ilə ilə Cavabdeh Bakı şəhərində birlikdə işləmişlər. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X8 göstərdi ki, İddiaçı əmisi oğlu, Cavabdeh isə onun keçmiş yeznəsidir. İddiaçı və yeznəsi Cavabdeh Bakı şəhərində birlikdə işləmişlər. 2023-cü ilin oktyabr aylarında axşam vaxtı İddiaçı ona zəng edərək mal almaq üçün 20 000 manat pul lazım olduğunu, 3-4 aya pulu qaytaracağını bildirmişdir. Sonuncuya özündə pul olmadığını, ancaq malının pulu olduğunu, qısa bir müddətə həmin puldan verə biləcəyini demişdir. Özünün mobil telefonlar mağazası var, mobil telefonların satışı ilə məşğul olur. Eyni zamanda "xxxx" MMC-nin Bərdə rayonunda rəsmi distribyutorudur. İddiaçı gecə mağazasına gəlmiş, mağazasında 20 000 manat pulu sayıb İddiaçı vermişdir. 3-4 ay sonra ona məlum olmuşdur ki, İddiaçı həmin 20 000 manat pulu yeznəsi Cavabdeh vermişdir. Cavabdeh ev almaq istəmiş, pulu çatmadığından İddiaçı ondan 20 000 manat borc alaraq Cavabdeh vermişdir. Sonuncu evi Bakı şəhəri Masazır qəsəbəsindən 95 000 manata almışdır. 3-4 aydan sonra pulunu tələb etdikdə İddiaçı ona bildirmişdir ki, artıq yeznəsi ilə birlikdə işləmir və pulunu yeznəsi Cavabdeh alıb verəcək. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş şahid X6 göstərdi ki, Əhmədalı, Vüsal, İlqar ilə bilrikdə işləmişlər. İşləri metal alıb, doğrayıb, satmaqdan ibarət olmuşdur. İş fəaliyyətləri Bakı şəhərində olmuşdur. İşlədikləri obyekt İlqar Qasımovun obyekti olmuşdur. O, nəyin nə cür və necə olduğunu deyə bilmir. Lakin bilir ki, Cavabdeh İddiaçı pul vermişdir, ancaq neçə manat olduğunu deyə bilmir. Çünki pulun verilməsində iştirak etməmiş, lakin işlədikləri obyektin həyətində Cavabdeh İddiaçı xeyli miqdarda pul verdiyini görmüşdür. Sonradan Vüsaldan soruşmuşdur ki, Əhmədalıya verdiyi pul nə puldur, o da cavab vermişdir ki, metal var, Əhmədalı həmin metalı doğramağa gedəcək. Onlar, yəni İddiaçı, Cavabdeh, İlqar Qasımov və o şərik işləməmişlər. Hərəsi 73000 manat gəlir əldə etməmişlər və aralarında pul bölgüsü olmamışdır. Cavabdeh İddiaçı pulu hansı tarixdə verdiyini dəqiqi deyə bilmir. Cavabdeh İddiaçı pulu onun yanında sayıb verməmişdir. O, obyektin həyətində aralıda dayanmış, Cavabdeh ofisin binasından çıxmış və pulları həyətdə duran İddiaçı vermişdir. Pulun məbləğini dəqiq deyə bilmir. Aralarında 25-30 metr məsafə olardı. Ofis deyilən yerdə hesablama işlərini aparmışlar. Həmin ofis müəssisənin həyətində yerləşir. X11 məxsusdur. Cavabdehla İddiaçı öz aralarında olan pul məsələsindən, yəni şərik olub-olmamalarının onların işlərinə aidiyyəti olmamışdır. Metal alınıb doğranması işinə pul qoyulmuşdur, pulu İlqar müəllim qoymuş və bildiyi qədər ya Vüsal, ya Əhmədalı da pul qoymuş, lakin pulun çoxunu İlqar müəllim qoymuşdur. Onun işi ancaq hesabatları aparmaqdan ibarət olmuşdur. Gəliri, çıxarı o hesablamış, lakin onun əli pula dəyməmişdir. Pulun alıb verilməsini Cavabdehla İlqar Qasımov özləri öz aralarında etmişlər. Cavabdeh İddiaçı pul verərkən o həyətdə fəhlələrin yanında olmuşdur. Hər axşam hesablama aparılmışdır ki, kimə nə qədər pul verildi, kimdən nə qədər pul alındı. Cavabdeh İddiaçı verdiyi pul açıq halda xeyli pul idi. Özü şəxsən görmüşdür. Pulun sayıldığını görməmiş, Əhmədalı pulu alıb getmişdir. Cavabdeh Əhmədalıya 85000 manat pul verdiyini bildirmişdir. Həmin pul şərikliyin pulu olmamış, Cavabdeh öz şəxsi pulu olmuşdur. Bir neçə ildir İlqar Qasımovla bir yerdə işləyir. Ona zəhmət haqqı olaraq bir ayda 1000-1500 manat pul verilmişdir. Onahər ay İlqar tərəfindən şəxsən 1200-1500 manat pul verilmişdir. 300000 manat pul görməmiş, o qədər pulun olmasından onun məlumatı yoxdur. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş şahid X4 göstərdi ki, Cavabdeh və İddiaçı tanıyır. Cavabdeh İddiaçı 85000 manat pul sayıb verməsinin şahidi olmuşdur. Onun obyektinin ofisində Cavabdeh pulu sayıb, çıxıb çöldə pulu İddiaçı vermişdir. 85 000 manat pul olmuş, əksəriyyəti 100 manatlıq əskinaz olmuşdur. Qoşqar ondan soruşmuşdur ki, Cavabdeh Əhəmədalı Həsənova verdiyi pul nə pul idi? O da cavab vermişdir ki, İddiaçı Bərdə rayonunda motorlar alıb və 17000 manat ziyan edib, Cavabdeh 85000 manat pul istəyir ki, işləyib ziyanı yerinə qoysun. 85000 manat pulu Vüsal Əhmədalıya vermiş və birlikdə maşına minib evə getmişlər. O, Cavabdehla şərikdir. Vüsalın atası əvvəllər onların sürücüsü olduğuna görə onları uzun illərdir tanıyır. İddiaçı şərik işləmək üçün pul qoymamışdır. İddiaçı onunla şərik işləməmiş, sonuncunu işləmək üçün onun obyektinə Cavabdeh gətirmiş, Əhmədalı onun obyektində fəhlə işləmiş və onun əmək haqqını da Cavabdeh vermişdir. Qoşqar Əfəndiyev onların mühasibləri olmuş, həmin vaxt o da ofisdə olmuşdur. X13 sonradan çölə çıxmışdır. X2 Həsənovun Vüsaldan borc istəməsindən xəbəri olmamışdır. İddiaçı Cavabdeh 2-3 gün öncə borc pul istəmiş və Bərdə rayonunda Taryel adlı şəxsin çınqıl karyeri olduğunu, oranı alıb sökəcəyini bildirmişdir. Əhmədalı özü onun obyektində demişdir ki, motorlar almış və 17000 manat ziyana düşmüşdür. Əhmədalı motorları alıb, onun içində olan düraliminiumları ona satmışdır. Əhmədalının ona da borcu olmuşdur. Sonuncu düraliminiumu ona satmasına baxmayaraq ona 1000 manat və 2400 manat, ümumilikdə 3400 manat borcu qalmışdır. O, heç kimlə 75000 manatdan pul bölməmişdir. O qədər qazancın olması belə özü-özlüyündə yalandır, mümkün olmayan bir haldır. İddiaçı onun obyektində işçi kimi işləmişdir, yəni fəhlə işləmişdir. Onun özün məxsus Xırdalan qəsəbəsində metlaq sexi var. Həmin vaxtlar Cavabdehla şərik dəmir almışlar və bir yerdə işləmişlər. İddiaçı Cavabdeh işə cəlb etmiş, Qoşqar Əfəndiyev isə onun dostudur, onu da o cəlb etmişdir ki, mühasibatlıq işlərini aparsın. Birgə gördükləri işin yaradılmasında pulu o və Cavabdeh qoymuşlar. İddiaçı əmək haqqını Cavabdeh vermiş, lakin nə qədər əmək haqqı verməsindən məlumatı olmamışdır. O, işçilərinə gündəlik 35 manat əmək haqqı və yeməklərini vermişdir. Qoşqar Əfəndiyevə isə gündəlik 50 manar əmək haqqı və yeməyini vermişdir. 300000 manat qazancları olmamış, həmin məbləğdə qazanclarının olması qeyri-mümkündür. Cavabdeh İddiaçı 85000 manat pulu 2023-cü ilin sentyabr ayında vermişdir. Cavabdeh Bakı şəhərində evi var, atası sonuncuya ev almaq üçün 15000 manat pul göndərmişdir. Özü Cavabdeh ev almaq üçün pul verməmişdir. İddiaçı Cavabdeh ev almaq üçün pul verib-verməməsindən xəbəri yoxdur. Cavabdeh pulu evdə olmuş, evdən gətirmiş və ofisdə pulu sayaraq İddiaçı vermişdir. İddiaçı iş yerində gecələr maşında qalmış, bacısı evinə getməmişdir. Cavabdehla iş olanda indi də şərikli işlər görürlər, olmayanda yox. Hazırda Cavabdehla şərik deyillər. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X10 göstərdi ki, iddiaçı, digər şəxslər Qoşqar Əfəndiyev və İlqar Qasımovu tanıyır. Onları Bakı şəhərində işlədiyi zaman tanımışdır. O, Bakı şəhərində metal yığımında fəhlə işləmişdir. Əhmədalı, Vüsal, Qoşqar, İlqar birlikdə şərik olmuşlar, eyni zamanda Əhmədalı onlarla bərabər orada işləmişdir. İddiaçı onun yanında kiməsə pul verməmişdir. İddiaçı evdən 16000 manat pul götürmüş və onunla birlikdə Bakı şəhərinə işləməyə getmişdir. 16000 manat pulu Əhmədalıya atası vermişdir. Atası Əhmədalıya pul verəndə görmüşdür. Onlar həm qohum, həm də qonşudurlar. Bakı şəhərində işləyəndə onun zəhmət haqqını İddiaçı vermişdir. Əhmədalı hər ay ona 900 manat əmək haqqı vermişdir. Cavabdeh Bakı şəhərində evi olmasından xəbəri var. Evin pulunun yarısını Vüsal özü, yarısını isə İddiaçı vermişdir. İddiaçıla qohum olduğundan bundan məlumatı var. Cavabdeh İddiaçı pul verməsindən onun xəbəri yoxdur. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X5 göstərdi ki, Cavabdeh arvadı olmuş, hazırda nikahları pozulmuşdur. Bildiyi qədər qardaşı İddiaçı Cavabdeh və digərləri ilə şərik işləmişlər. İşlədikləri müddətdə Cavabdeh pulları saxlamaq üçün gətirib ona vermişdir. Onlar ev alarkən qardaşı onlara köməklik etmiş və 20000 manat pul vermişdir. Qardaşı Əhmədalı 20000 manat pulu ona vermişdir ki, Cavabdeh ev alanda pulu ona versin. Qardaşı ev almaq üçün onlara kömək etmişdir. Onlar da 95000 manata Masazır qəsəbəsindən ev almışlar. Evi Cavabdeh anasının adına almışlar. Qardaşı İddiaçı 20000 manat pulu ona vermişdir ki, əri Cavabdeh versin. Cavabdeh ona demişdir ki, ev alanda ona köməklik olunsun. O da bu barədə qardaşı İddiaçı bildirmiş, ona görə də İddiaçı ev alanda onlara 20000 manat pul vermişdir. Qardaşı 20000 manat pulu hədiyyə olaraq ona vermişdir. Cavabdeh pulu qaytaracağını demiş, ancaq görünür ki, qaytarmaq istəmir. Qardaşı İddiaçı pulu ona verəndə anası və qayınanası orada olmuşlar. Pul Bakı şəhərində Bakıxanov qəəsəbəsində kirayədə yaşadıqları evdə verilmişdir. Təxminən 5-6 gün sonra o pulu Cavabdeh vermişdir. Cavabdeh qardaşı İddiaçı 85000 manat pul verməmiş, evdə 65000 manat pul bölüşmüşlər. Təxminən 300000 manata yaxın pul olmuş, pullar hamısı onda olmuşdur. Pulları, yəni qazanclarını ona vermişlər ki, saxlasın. Pulları ona Cavabdeh vermişdir. Ev almamışdan əvvəl Cavabdeh pulların bir hissəsini götürüb getmiş, evdə 130000 manata yaxın pul qalmışdır. Sonra evə gəlib qardaşı ilə hesablaşmış, onda Cavabdeh qardaşı Əhmədalıya 65000 manat pul vermişdir. Qardaşı İddiaçı Bakıda işlədiyi vaxt onlarla bir evdə qalmışdır. Qardaşı Əhmədalı pulu ona verəndə Cavabdeh yanlarında olmamış, başqa otaqda olmuşdur. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Bərdə rayonu Cəyirli kəndində anadan olmuşdur, Bərdə rayonu Cəyirli kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci ildə Bərdə rayonu Cəyirli kəndində anadan olmuşdur, Bərdə rayonu Cəyirli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli 1078 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Güloğlular kənd İƏD üzrə Cəyirli kəndində yaşayır. Bərdə Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X5 arasında 11 iyul 2022-ci il tarixdə Bərdə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 916 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Cavabdeh İddiaçı bacısının əri olmuş, onlar Bakı şəhərində bir yerdə işləmişlər. Cavabdeh ilə iddiaçının bacısı Mətah İbrahimovanın arasında olan nikah Bərdə Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı iddia ərizəsində cavabdeh Bakı şəhəri Masazır qəsəbəsində ev alarkən sonuncuya 20000 manat borc pul verdiyini və hazırda cavabdehdən həmin pulunu ala bilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı ev almaq məqsədi ilə cavabdehə 20000 manat məbləğində pul verdiyini iddia etsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı pulu cavabdehə deyil, özünün bacısı, həmin vaxt isə cavabdehin arvadı olmuş Mətah İbrahimovaya vermişdir. İddiaçının bacısı Mətah İbrahimova məhkəmə iclasında verdiyi izahatında da qardaşı İddiaçı 20000 manat məbləğində pulu ona verdiyini bildirmiş, lakin 5-6 gün sonra həmin pulu özünün cavabdehə verdiyini qeyd etmişdir. Bundan başqa X15 Rayon Məhkəməsində Cavabdeh qarşı əmlak tələbinə dair iddia qaldırmış, qeyd olunan iddia ərizəsində Mətah İbrahimova qardaşı İddiaçı alaraq Cavabdeh verdiyi 20000 manat pulu da tələb etmişdir. Göründüyü kimi, İddiaçı 20000 manat pulu cavabdehə deyil, öz bacısı Mətah İbrahimovaya vermişdir və borc verdiyi həmin pulu bacısından tələb etmək hüququ vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının atası X9 20000 manat pulu oğlu Əhmədalıya çatdırılması üçün arvadı vasitəsilə Bakı şəhərinə göndərdiyini, oğlu Əhmədalı da öz növbəsində həmin pulu arvadının, qızının, nəvəsinin və cavabdehin anasının yanında Cavabdeh verdiyini qeyd etsə də, bu hal məhkəmə iclasında araşdırılmış sübutlarla təkzib olunmuş və müəyyən edilmişdir ki, iddiaçı sözügedən 20000 manat pulu cavabdehə deyil, öz bacısı Mətah İbrahimovaya vermişdir və həmin pul verilən vaxt Cavabdeh evdə olmamışdır. Göründüyü kimi, iddiaçı məhkəməyə iddia tələbinin haqlı olmasını təsdiq edən mötəbər sübut təqdim edə bilməmiş, cavabdeh isə iddianı etiraf etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi SD diskə köçürülmüş səs yazıları ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan səs yazılarında olan danışıqlar anlaşılmaz olduğundan, iddianın mahiyyəti ilə bağlı anlaşılan sübutlar əldə etmək mümkün olmadığından məhkəmə qeyd olunan SD diskdə olan audio yazılarını sübut növü kimi qəbul etməmişdir. Cavabdeh İddiaçı qarşı 85000 manat pul tələbinə dair qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh də həmin tələbin təmin olunması üçün məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdeh qarşılıqlı iddia tələbini təsdiq edən sübut kimi məhkəməyə yalnız iki nəfər şahid təqdim etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilmiş şahid Qoşqar Əfəndiyev qeyri-müəyyən ifadə vermiş, iddiaçı və cavabdehlə bir yerdə işlədiyini, cavabdehin iddiaçıya İlqar Qasımova məxsus obyektin həyətində pul verdiyini gördüyünü bildirsə də, nə qədər pul verildiyini və hansı məqsədlə verildiyini bilmədiyini, sonradan Cavabdeh soruşduqda Vüsalın ona pulu İddiaçı borc olaraq verdiyini dediyini bildirmişdir. Bundan başqa məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilmiş şahid İlqar Qasımov Cavabdeh onun ofisində 85000 manat pulu sayaraq obyektin həyətində İddiaçı verdiyini, həmin pulu iddiaçıya borc olaraq verdiyini bildirmişdir. Şahidlərin izahatları ilə bağlı məhkəmə qeyd edir ki, həmin şahidlər Cavabdeh ilə bir yerdə işləmişlər, şahid İlqar Qasımov isə hazırda da cavabdeh ilə bir yerdə işləyirlər və göründüyü kimi çox sıx və mehriban münasibətləri vardır. Məhkəmə iclasında dindirilərkən həmin şahidlərin Cavabdeh tərəfindən əvvəlcədən təlimatlandırılaraq göndərildikləri və işin nəticəsində maraqlı olduqları aydın şəkildə müəyyən olunur. Ona görə də məhkəmə həmin şahidlərin ifadələrinə də tənqidi yanaşır və onların bildirdiklərini mötəbər sübut kimi qəbul etmir. Göründüyü kimi, iddiaçı və cavabdeh öz iddia tələblərinin haqlı olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş, təqdim etdikləri sübutlar isə ilk və qarşılıqlı iddianın təmin olunması üçün kifayət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “Pul tələbi”nə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-652/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-652/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver