Məhkəmə qərarları › İş №2(021)-656/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-656/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-656/2022 30.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh2 Lətif oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lətif oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 15540 manat və ödənilmiş 138 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışlar ki, Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 Lətif oğlu qohumluq əlaqələri vardır. O, qızıl-zinyət, geyim və s. əşyaların satışı ilə məşğul olmuşdur. Fərqanə həyat yoldaşı Qurban ilə 2020-ci ilin dekabr ayının sonlarından başlayaraq ondan müxtəlif vaxtlarda cari ilin may ayına qədər 15540 manat dəyərində qızıl-zinyət, geyim, parfumeriya və s. əşyaları almışlar. Onlar onunla alış-veriş edərkən nağd ödəniş edib nisyə də mal götürmüşdürlər. Nəticədə Fərqanə ilə həyat yoldaşı Qurbanın ona 15540 manat pul borcu yaranmışdır. Fərqanə ilə Qurban ondan alışveriş edərkən çox vaxt onların yanlarında həyat yoldaşı da olmuşdur. O, Fərqanə ilə Qurbandan pul borclarını istəyərkən onlar maddi vəziyyətlərinin aşağı olduğuna görə ona olan 15540 manat pul borclarını verə bilmədiklərini bildirmişlər. Lakin, hər dəfə Qurban ilə Fərqanə ona söz vermişdirlər ki, tezliklə 15540 manat pul borclarını ödəyəcəklər. Daha sonra onların barəsində 20.12.2021-ci il tarixdə Bərdə RPŞ-nə ərizə ilə mürciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Lətif oğlu iddia tələbini qəbul edərək etiraf etdi ki, onun və arvadı Cavabdeh1 İddiaçı 15540 manat borcu vardır. Həmçinin bu barədə əizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyət Başçısının Bərdə şəhərİnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 saylı 05.01.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon H.Əliyev prospekti 2 nömrəli evdə yaşayır. Mülki işə əlavə olunmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Firudun qızı xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30.12.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Bərdə RPŞ-nə müraciət edərək Cavabdeh1 Firudun qızının və Cavabdeh2 barəsində şikayət etmiş, aparılmış araşdırma zamanı Cavabdeh2 və Cavabdeh1 izahatlarında İddiaçı uzun müddətdir tanıdıqlarını, qohumluq əlaqələrinin olduğunu, İddiaçı qızıl-zinyət, geyim və s. əşyaların satışı ilə məşğul olduğunu, cari ilin əvvəllərindən başlayaraq İddiaçı müxtəlif vaxtlarda cari ilin may ayına qədər 15540 manat dəyərində qızıl-zinyət, geyim, parfumeriya və s. əşyaları aldıqlarını, onların Aygül ilə alış-veriş edərkən nağdı ödəniş edib nisyə də mal götürdüklərini, nəticədə onların İddiaçı 15540 manat pul borcları yarandığını, maddi vəziyyətləri aşağı olduğuna görə İddiaçı olan 15540 manat pul borclarını verə bilmədiklərini etiraf etmişlər, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh2 Lətif oğlunun ərizəsindən görünür ki, onun və arvadı Cavabdeh1 İddiaçı 15540 manat borcu vardır. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 138 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lətif oğlu İddiaçı qızıl-zinyət, geyim, parfumeriya və s. əşyaları almışlar və 15540 manat borcları qalmışdır. Onlar borclarını bu günə qədər geri qaytarmamışdır. İddiaçı bu barədə Bərdə RPŞ-nə müraciət etmiş, aparılmış araşdırma zamanı Cavabdeh2 və Cavabdeh1 izahatlarında borclarını etiraf etmişlər və Bərdə RPŞ–nin 30.12.2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Həmçinin Cavabdeh2 Lətif oğlu məhkəmə iclasında İddiaçı olan borclarını etiraf edərək ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lətif oğlundan müştərək qaydada 15540 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lətif oğlundan müştərək qaydada alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lətif oğlundan müştərək qaydada 15540 (on beş min beş yüz qırx) manat və ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar