Məhkəmə qərarları › İş №2(021)-660/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-660/2022

09.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-660/2022 09.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Bərdə Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(021)-639/2021 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılaraq Cavabdeh 23 iyun 2006-cı ildə anadan olmuş X3 və 10 may 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək ölkə üzrə bir uşağın saxlanılması üçün müəyyən olunmuş qaydada hər ay, hər uşağa 193 manat olmaqla iki uşağa görə cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması və əlavə olaraq uşaqların tələbatı artdığından 400 manat məbləğində əlavə xərclərə cəlb olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 18 avqust 2005-ci il tarixində evlənərək ailə qurmuş, bu nikahdan 23 iyun 2006-cı il doğum təvəllüdlü X11 və 10 may 2008-ci il doğum təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Hazırda hər iki uşağı onun himayəsindədir. Belə ki, Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli Qətnaməsinə əsasən 23 iyun 2006-cı ildə anadan olmuş X11 və 10 may 2008-ci ildə anadan olmuş X12 anaları Cavabdeh alınaraq ona verilmişdir. Uşaqlarını o, saxlayır. Bərdə Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(021)-639/21 saylı qətnaməsi ilə 23 iyun 2006-cı ildə ildə anadan olmuş X3 və 10 may 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq Cavabdeh hər ay hər uşağa 120 manat olmaqla 240 manat sabit pul məbləğində aliment tutulmasına dair Məhkəmə Qətnaməsi Qət olunmuşdur. Uşaqlarının hər ikisi məktəbyaşlıdır və təhsillərini artırmaq üçün əlavə olaraq hazırlıq kursuna gedirlər. Bu baxımdanada uşaqlarının tələbatlarını Məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment hesabına təmin etmək mümkünsüzdür. Buna görə də alimentin artırılmasına zərurət yaranmışdır. Ölkə Prezdentinin imzaladığı müvafiq fərmana əsasən, 2022-ci il üçün hər bir uşağın saxlanılması üçün 193 manat məbləğində pul müəyyən olunub, hesab edir ki, uşaqların saxlanılması hər iki valideyinin borucudur. Ona görədə hazırki iddia ilə Məhkəməyə müraciət edərək azyaşlı uşaqlarının saxlanılmasında, yəni müvaqfiq aliment öhdəliklərinin icra edilməsində cavabdeh də rol oynamalıdır. Cavabdeh Bərdə Rayon Regional Mədəniyyət İdarəsinin 3 X24 Məktəbində musiqi müəllimi İşləyir və əlavə olaraq bizneslə də məşğuldur. Hesab edir ki, hər uşaq üçün 193 manat aliment ödəməyə cavabdehin maddi imkanı var. Bu baxımdan da 23 iyun 2006-cı ildə anadan olmuş X3 və 10 may 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 yanvar 2022-ci il tarixindən başlayaraq hər uşaq üçün 193 manat cəmi 386 manat sabit pul məbləğində alimentin tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, 234 manat əmək haqqı alır, maddi vəziyyəti pisdir. Aldığı əmək haqqı iddiaçıya aliment kimi ödənilir, başqa gəlir və əlavə qazanc yeri yoxdur, alimentin artırılması onun pis olan vəziyyətini daha da pisləşdirəcəkdir, bundan əlavə aliment təzə artırıldığından indiki gündə, alimentin yenidən alimentin artırılması və əlavə aliment ödəməyə maddi imkanı çatmır. Özü ağır xəstədir, müalicə və dava-dərmanını ödəyə bilmir. Hepatit xəstəsidir. İddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qabil oğlu xx xxxxxxxx 1980-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Basşçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfidən verilmiş 685 saylı, 06 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Qabil oğlu ünvan 3 ünvanda yaşayır. Mülki işə əlavə edilmiş AZ-İ № 807869 saylı 28 avqust 2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qabilzadə Toğrul Vahid oğlu 23 iyun 2006-cı il tarixdə doğulmuşdur, atası İddiaçı, anası Cavabdeh Qabil qızıdır. Mülki işə əlavə edilmiş AZ-İİ № 106809 saylı 18 iyun 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qabilzadə Ayxan Vahid oğlu 10 may 2008-ci il tarixdə doğulmuşdur, atası İddiaçı, anası Cavabdeh Qabil qızıdır. Mülki işə əlavə edilmiş AZ-İ 291627 saylı 20 aprel 2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 01 may 2017-ci il tarixdə pozulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli, 2(012)-1166/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Qabil oğlu ilə Cavabdeh arasında 18 avqust 2005-ci ildə 510 nömrə ilə Bərdə Rayon VVADQŞ-də qeydə alınmış nikahın pozulması, 23 iyun 2006-cı ildə anadan olmuş Toğrul, 10 may 2008-ci ildə anadan olmuş Ayxan adlı uşaqların İddiaçı alınıb Cavabdeh verilməsi, 23 iyun 2006-cı ildə anadan olmuş Toğrul, 10 may 2008-ci ildə anadan olmuş Ayxan adlı uşaqların İddiaçı alınıb Cavabdeh verildikdən sonra onlaarın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər au hər uşağa görə 80 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(012)-4740/2017 saylı qətnaməsinin surətindən görünür ki, 23 iyun 2006-cı ildə anadan olmuş X11 və 10 may 2008-ci ildə anadan olmuş Qabilzadə Ayxan Vahid oğlu anaları Cavabdeh alınaraq ataları İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 29 may 2019-cu il tarixli, 2(104)-2429/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Apelyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bərdə Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(021)-217/2019 saylı qətnaməsi 23 iyun 2006-cı ildə anadan olmuş Qabilzadə Toğrul Vahid oğlunun və 10 may 2008-ci ildə anadan olmuş Qabilzadə Ayxan Vahid oğluun yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 may 2018-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşağa 120 manat olmaqlacəmi 240 manat sabit pul məbləğind alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdrilməsi və 23 iyun 2006-cı ildə anadan olmuş X3 və 10 may 2008-ci ildə anadan olmuş Qabilzadə Ayxan Vahd oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 may 2018-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşağa 75 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7274/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apelyasiya Məhkəməsinin MK-nın 29 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və edilməsi və iş yenidən baxılması üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1169/2020 saylı 13 mart 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 26 fevral 2017-ci il tarixli 2(021)217/2019 saylı qətnaməsinə əsasən 23 iyun 2006-cı ildə anadan olmuş X3 və 10 may 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 08 may 2018-ci ildən başlayaraq cavabdeh X1 hər ay hər uşağa 120 manat olmaqla 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuş, həmin qətnamədən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti verilmiş, cavabdehin şikayəti qismən təmin eedilərək, Bərdə Rayon Məhkəməsinin 26 fevral 2017-ci il tarixli 2(021)217/2019 saylı qətnaməsi iddianın təmin eilmiş hissəsində dəyişdirilmiş, 23 iyun 2006-cı ildə anadan olmuş X19 oğlunun və 10 may 2008-ci ildə anadan olmuş X4 yekinlik yaşına çatana kimi saxlanması üçün X1 hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-639/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair ilk iddiası qismən təmin edilməsi, 23.06.2006-cı ildə anadan olmuş X19 oğlunun və 10.05.2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1169/2020 saylı 13.03.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşağa görə 120 manat olmaqla, 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, ilk iddia tələbi qalan hissədə təmin olunmaması, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanası, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Mediasiya Şurasının arayışından müəyyən olunur ki, tərəflər arasında qaşılıq razılıq əldə olunmamışdır. İş materiallarında olan X13 İdarəsi tərəfindən verilmiş 274 saylı, 06 dekabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, X14 2019-cu ildə cəmi 627 manat, 2020-ci ildə cəmi 2693 manat, 2021-ci ildə cəmi 2526 manat əmək haqqı almışdır. İş materiallarında olan X13 İdarəsi 3 nömrəli uşaq musiqi məktəbi tərəfindən verilmiş 198 saylı, 04 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 şəhər 3 nömrəli uşaq musiqi məktəbində müəllim vəzifəsində işləyir, aylıq əmək haqqı 234 manatdır. Mülki işə əlavə edilmiş ”Yaşam” Tibb Mərkəzinin müyinə kağızından görünür ki, X10 “Hepatit B” daşıyıcısıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2005-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Hər iki uşaq hazırda İddiaçı himayəsindədir. Bərdə Rayon Məhkəməsinin 2(021)639/2021 saylı 05 mart 2021-ci il tarixli qətnaməsinə əsasən 23 iyun 2006-cı ildə anadan olmuş X19 oğlunun və 10 may 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1169/2020 saylı 13 mart 2020ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşağa görə 120 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda İddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə, cavabdehin aylıq gəlirlərinin artması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. İş materiallarında olan sənədlərdən isə müəyyən olundu ki, sonuncu dəfə alimentin miqdarı Bərdə Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(021)-639/2021 saylı qətnaməsi ilə artırılmışdır. Həmin vaxtdan indiyənədək olan müddət ərzində cavabdehin maddi imkanının yaxşılaşması (məsələn, əmək haqqının artırılması və ya bank hesablarının artması, əmlak əldə edilməsi və s.) ilə bağlı iş materiallarında heç bir sübut mövcud deyildir. Bundan əlavə cavabdeh hepatit daşıyıcısı olmaqla özünün mütəmadi olaraq müalicəyə ehtiacı var. Bundan başqa məhkəmə xüsusi olaraq vurğulamaq istəyir ki, uşaqların saxlanılması tək aliment ödəyən tərəfin borcu olmamaqla, hər iki tərəfin eyni qaydada icra etməli olduqları öhdəlikdir. Belə ki, cavabdehin yüksək məbləğdə əmək haqqı almamağı, xəstə olmağı, onun qadın olması kimi faktorlar da nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi Cavabdeh üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin dəlillərini sübut edə bilmədiyindən iddia rədd edilməli və Bərdə Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(021)-639/2021 saylı qətnaməsi cavabdeh X5 cavabdeh İddiaçı Qabil oğlunun xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar