Məhkəmə qərarları › İş №2(021)-678/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-678/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-678/2021 09.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X5 İddiaçı İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 Cavabdehlər Cavabdeh1 Cavabdeh2 Cavabdeh4 Cavabdeh7 katibliyi ilə iddiaçı "xxxx" Sığorta Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X11 mərhum X7 vəfatı ilə əlaqədar ödənilmiş 5000 manat məbləğində sığorta ödənişinin cavabadeh X8 İddiaçı sığorta ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh5 və Cavabdeh4 mərhum X2 məxsus olan “VAZ 21061” markalı, 58 BA-504 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş 750 manat məbləğində sığorta ödənişinin cavabdehlər Cavabdeh5 və Cavabdeh4 İddiaçı sığorta ASC-nin xeyrinə tutulması, Cavabdeh6 az ağır dərəcəli xəsarətə görə ödənilmiş 1500 manat məbləğində sığorta ödənişinin cavabadehlər Cavabdeh6 və Cavabdeh1 İddiaçı sığorta ASC-nin xeyrinə tutulması və cavabdehlər Cavabdeh7 ilə Cavabdeh8 və Cavabdeh9 mərhum X12 vəfatı ilə əlaqədar ödənilmiş 5000 manat məbləğində sığorta ödənişinin cavabadehlər Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 tutularaq İddiaçı sığorta ASC-nin xeyrinə tutulması və həmçinin işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər X8, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7 ilə Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada İddiaçı sığorta ASC-nin xeyrinə tutulması barədə qətnamənin çıxarılması xahiş etmişdir. İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, aşağıda qeyd olunmuş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq cavabdehlər Cavabdeh2 və X3 etibarnamə üzrə nümayəndəsi cavabdeh X11 mərhum X7 vəfatına görə 5000 manat məbləğində, Cavabdeh5 qızna mərhum X1 varisi kimi və Cavabdeh4 Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi kimi 750 manat məbləğində, Cavabdeh6 az ağır dərəcəli xəsarətə və Cavabdeh1 Cavabdeh6 etibarnamə üzrə nümayəndəsi kimi 1500 manat məbləğində (avtomobilə dəymiş ziyana görə) və Cavabdeh7 ilə Cavabdeh8 və Cavabdeh9 mərhum X12 varisi kimi 5000 manat məbləğində sığorta ödənişləri həyata keçirilmişdir. Lakin vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq ödənilmiş sığorta ödənişləri cavabdehlərdən iddiaçının xeyrinə geri alınmalıdır. Beləki, X21 22.03.2017-cü il tarixdə idarə etdiyi, “MERCEDES BENZ ML320” markalı, 10 VP-739 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu ərazisində, X13 idarə etdiyi və X2 məxsus olan “VAZ 21061” markalı, 58 BA-504 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə X22 və avtomobilin salonunda olan sərnişinlərdən X16 aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat etmişdir. Qeyd olunan “MERCEDES BENZ ML320" markalı, 10 VP-739 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmışdır (iddia ərizəsinə sığorta şəhadətnaməsi əlavə edilib). Baş vermiş yol nəqliyyat hadisəsi Azərbaycan Respublikası DİN BDYP tərəfindən tərtib edilmiş 18.01.2018-ci il tarixli 158-1224-1218 saylı arayışa əsasən qeydə alınmışdır. İddia ərizəsinə əlavə edilmiş AZ-1895283 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X16 vəfat etmişdir. Beləki, iddia ərizəsinə əlavə edilmiş Cavabdeh2 və X3 verdiyi 27.01.2018-ci il tarixli 7E-3621 saylı etibarnamə əsasında və 047219 saylı sığorta aktına əsasən cavabdeh X20 mərhum X7 vəfatı ilə əlaqədar ödənilmiş 5000 manat məbləğində sığorta ödənişini bank hesabına köçürülməsi vasitəsi ilə almışdır. İddia ərizəsinə əlavə edilmiş 73 saylı 27.01.2018-ci il tarixli arayışa əsasən mərhum X7 ailə tərkibi anası - X6 və atası - Cavabdeh2 kimi müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş AZ-1895282 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X22 vəfat etmişdir. İddia ərizəsinə əlavə edilmiş 85 saylı 31.01,2018-ci il tarixli arayışa əsasən mərhum X12 ailə tərkibi anası - Cavabdeh8, bacısı - Cavabdeh9 və atası - Cavabdeh7 kimi müəyyən edilmişdir. Həmçinin cavabdehlər Cavabdeh7 ilə Cavabdeh8 və Cavabdeh9 mərhum X12 vəfatı ilə əlaqədar ödənilmiş 5000 manat məbləğində sığorta ödənişi 31.01.2018-ci il tarixli 7e-4275 saylı etibarnamə əsasında və 047239 saylı sığorta aktına əsasən nümayəndə olan Cavabdeh7 bank hesabına köçürülməsi vasitəsi ilə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş 244 reyestr nömrəli 25.02.2019-cu il tarixli''vərəsəlik şəhadətnaməsinə əsasən mərhum X1 vərəsəsi Cavabdeh5 müəyyən edilmişdir. Həmçinin Cavabdeh5 verdiyi 15.02.2019-cu il tarixli etibarnamə əsasında və 065437 saylı sığorta aktına əsasən Cavabdeh4 mərhum X2 məxsus olan “VAZ 21061" markalı, 58 BA-504 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş 750 manat məbləğində sığorta ödənişini bank hesabına köçürülməsi vasitəsi ilə almışdır. Bərdə rayon Prokourorluğunun 19.09.2017-ci il tarixli ittiahm aktı ilə X21 baş vermiş yol nəqliyyatı hadisəsində Azərbaycan Respublikasının CMnin 263-1.4-cü maddəsi ilə təqsirli bilinmiş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Müvafiq sığorta ödənişlərinin həyata keçirilməsini iddia ərizəsinə əlavə edilmiş 29.04.2019-cu il tarixli 4201 saylı və 02.02.2018-ci il tarixli 1019 saylı ödəniş tapşırıqları təsdiq edir. Həmçinin də hadisə nəticəsində vəfat etmiş və xəsarət almış şəxslərin sübutu kimi müvafiq ekspert rəylərinin surətləri də iddia ərizəsinə əlavə edilmişdir. Bundanda başqa “VAZ 21061” markalı, 58 BA-504 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın qiymətləndirilməsinə dair iddia ərizəsinə əlavə edilmiş 18.04.2019-cu il tarixli hesabata görə vurulmuş ziyanın 1500 manat məbləğinin 50% (750 manat) hissəsi ödənilmişdir. Həmçinin digər sığorta ödənişlərinin həyata keçirilməsi qaydaları müvafiq olaraq Azərbaycan Respublikası İcbari sığortalar haqqında qanunun tələblərinə uyğun aparılmışdır. Bunun əsasında İddiaçı sığorta ASC (sığortaçı) hadisə nəticəsində zərərçəkmişlərə müvafiq sığorta ödənişlərini həyata keçirmişdir. X29 Cinayətlər Məhkəməsinin 29.11.2018-ci il tarixli 1(0881-44/2018 saylı hökmündən çıxarışa əsasən X21 təqsirli bilnmədiyi üçün bəraət almışdır. Beləliklə vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iddiaçı ödəmiş olduğu sığorta ödənişlərinin əsası olmuş X14 təqsirinin olması faktının (hüquqi əsası) aradan qalxdığı üçün geri tələb edilməsi hüququnu əldə etmiş olur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sığorta aktrlarından və ödəniş tapşırıqlarından məlum olur ki, cavabdeh X10, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh7 ilə Cavabdeh8 və Cavabdeh9 aldığı sığorta ödənişləri əsassız olmuşdur. İşin faktiki hallarından məlum olduğu kimi Bərdə rayon Prokourorluğunun 19.09.2017-ci il tarixli ittiahm aktı ilə X21 baş vermiş yol nəqliyyatı hadisəsində Azərbaycan Respublikasının CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinsədə Gəncə Ağır Cinayətər Məhkəməsinin 29.11.2018-ci il tarixli 1 (088)-44/2018 saylı hökmü ilə X21 təqsirli olmadığı üçün bəraət almışdır. Qeyd olunanlardan məlum olduğu kimi İddiaçı sığorta ASC eyni sığorta hadisəsi üzrə hər bir cavabdehə ödənilmiş sığorta ödənişinin müvafiq cavabdehdən məhz ödənilmiş məbləğdə geri tələb etmək hüququndan istifadə etməklə iddiasını əsaslandırmışdır. Yekun olaraq iddiaçının tələbi onunla əasalandırılır ki, 22.03.2017-cü il tarixdə “MERCEDES BENZ ML320” markalı, 10 VP-739 dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21061” markalı, 58 BA-504 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması və X12 və X7 vəfat etməsi ilə nəticələnən hadisəyə görə Bərdə rayon Prokourorluğunun 19.09.2017-ci il tarixli ittiahm aktı ilə X21 Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilindiyi üçün zərərçəkən (cavabdehlərə) X11 mərhum X7 vəfatı ilə əlaqədar olaraq 5000 manat məbləğində, Cavabdeh5 mərhum X1 varisi kimi və Cavabdeh4 etibarnamə üzrə Cavabdeh5 nümayəndəsi kimi 750 manat məbləğində, Cavabdeh6 hadisə nəticəsində az ağır dərəcəli xəsarət aldığı üçün və Cavabdeh1 etibarnamə üzrə Cavabdeh6 nümayəndəsi kimi 1500 manat məbləğində və mərhum X12 varisi kimi Cavabdeh7 ilə Cavabdeh8 və Cavabdeh9 5000 manat məbləğində sığorta ödənişləri həyata keçirilmişdir. X29 Cinayətər Məhkəməsinin 29.11.2018-ci il tarixli 1 (088)-44/2018 saylı hökmündən çıxarışa əsasən X21 təqsirli bilnmədiyi üçün bəraət almışdır. Buna görə də hesab olunur ki, cavabdeh X10, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh7 ilə Cavabdeh8 və Cavabdeh9 aldığı sığorta ödənişləri əsassız olmuşdur. Belə olan halda isə cavabdehlərin aldığı sığorta ödənişləri əsassız varlanma kimi hesab edilməli və cavabdehlərdən iddiaçının xeyrinə tutularaq geri qaytarılmaldır. Məhkəmə iclasında İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X17 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbil edərək göstərmişdir ki, İddiaçı Sığorta ASC tərəfindən ona sığorta ödənişi edilmişdir. Pulu almasını etiraf edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığına görə ona sığorta ödənişi edilmişdir. Onun kartına İddiaçı Sığorta ASC tərəfindən 5000 manat və 1500 manat, cəmi 6500 manat məbləğində sığorta ödənişləri köçürülmüşdür. İddianı etiraf edir, təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbil edərək göstərmişdir ki, İddiaçı Sığorta ASC tərəfindən sığorta ödənişi edilmişdir. Sığorta pullarını Cavabdeh1, Cavabdeh4 və Cavabdeh7 almış, İddiaçı Sığorta ASC tərəfindən ona pul verilməmişdir. İddia tələbinin ona qarşı hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbil edərək göstərmişdir ki, İddiaçı Sığorta ASC tərəfindən ona sığorta ödənişi edilmişdir. Pulu almasını etiraf edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığından ona sığorta ödənişi edilmişdir. Onun kartına İddiaçı Sığorta ASC tərəfindən 750 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İddianı etiraf edir, təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh7 iddianı qəbil edərək göstərmişdir ki, İddiaçı Sığorta ASC tərəfindən ona sığorta ödənişi edilmişdir. Pulu almasını etiraf edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığından ona sığorta ödənişi edilmişdir. Onun kartına İddiaçı Sığorta ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişləri köçürülmüşdür. İddianı etiraf edir, təmin olunmasına etirazı yoxdur. Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh9 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)- 44/2018 saylı 29 noyabr 2018-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, X18 Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. İş materiallarında olan Bərdə rayon Kətəlparaq kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2017-ci il tarixli AZ-İ 895283 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 22 mart 2017-ci ildə ölmüşdür. Ölümün səbəbi kimi baş beyinin əzilməsi olmuşdur. İş materiallarında olan Bərdə rayon Kətəlparaq kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 08 noyabr 2017-ci il tarixli AZ-İ 895282 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 22 mart 2017-ci ildə ölmüşdür. Ölümün səbəbi kimi baş beyinin əzilməsi olmuşdur. İş materiallarında olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 18 aprel 2019-cu il tarixli hesabatdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi zamanı VAZ-2106 markalı 58 BA- 504 dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 02 fevral 2018-ci il tarixli 047239 saylı sığorta aktından müəyyən olunur ki, 22 mart 2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X22 ölmüşdür. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. Sığorta məbləği 5000 manat olduğundan sığorta ödənişi vəfat etmiş şəxsin atası Cavabdeh7 ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 01 fevral 2018-ci il tarixli 047219 saylı sığorta aktından müəyyən olunur ki, 22 mart 2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X16 ölmüşdür. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. Sığorta məbləği 5000 manat olduğundan sığorta ödənişi vəfat etmiş şəxsin atası X11 ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 01 fevral 2018-ci il tarixli 047217 saylı sığorta aktından müəyyən olunur ki, 22 mart 2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh6 az ağır dərəcəli xəsarətlər almışdır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən səhhətə vurulan az ağır zərərə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30%-ni təşkil edir. Sığorta məbləği 5000 manat olduğundan Cavabdeh6 sağlamlığına vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 24 aprel 2019-cu il tarixli 065437 saylı sığorta aktından müəyyən olunur ki, 22 mart 2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobil VAZ 21061 markalı 58 BA-504 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hər iki sürücü təqsirli olduğundan zərər məbləğinin sığorta müqaviləsindən nəzərdə tutulmuş 0,00 manat franşiza (azadolma məbləği) çıxılmaqla sığorta ödənişi 50%, yəni 750 manat məbləğin Cavabdeh4 ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 02 iyul 2020-ci il tarixli pritenziya surətindən müəyyən olunur ki, Cavabdeh2, X4 və Cavabdeh1 İddiaçı Sığorta ASC tərəfindən həyata keçirilən 5000 manat sığorta ödənişini 10 gün ərzində İddiaçı Sığorta ASC-yə ödəmələri xahiş edilmiş, zərər məbləği 10 gün ərzində şirkətə ödənilmədikdə İddiaçı Sığorta ASC müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edəcəyi və bununla bağlı çəkiləcək bütün xərclərin onlardan tutulacağı barədə onları xəbərdar etmişdir. İş materiallarında olan 02 iyul 2020-ci il tarixli pritenziya surətindən müəyyən olunur ki, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 İddiaçı Sığorta ASC tərəfindən həyata keçirilən 5000 manat sığorta ödənişini 10 gün ərzində İddiaçı Sığorta ASC-yə ödəmələri xahiş edilmiş, zərər məbləği 10 gün ərzində şirkətə ödənilmədikdə İddiaçı Sığorta ASC müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edəcəyi və bununla bağlı çəkiləcək bütün xərclərin onlardan tutulacağı barədə onları xəbərdar etmişdir. İş materiallarında olan 03 dekabr 2020-ci il tarixli pritenziya surətindən müəyyən olunur ki, Cavabdeh6 İddiaçı Sığorta ASC tərəfindən həyata keçirilən 1500 manat sığorta ödənişini 10 gün ərzində İddiaçı Sığorta ASC-yə ödəmələri xahiş edilmiş, zərər məbləği 10 gün ərzində şirkətə ödənilmədikdə İddiaçı Sığorta ASC müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edəcəyi və bununla bağlı çəkiləcək bütün xərclərin ondan tutulacağı barədə ona xəbərdar etmişdir. İş materiallarında olan 02 iyul 2020-ci il tarixli pritenziya surətindən müəyyən olunur ki, Cavabdeh5 və Cavabdeh4 İddiaçı Sığorta ASC tərəfindən həyata keçirilən 750 manat sığorta ödənişini 10 gün ərzində İddiaçı Sığorta ASC-yə ödəmələri xahiş edilmiş, zərər məbləği 10 gün ərzində şirkətə ödənilmədikdə İddiaçı Sığorta ASC müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edəcəyi və bununla bağlı çəkiləcək bütün xərclərin onlardan tutulacağı barədə onları xəbərdar etmişdir. İş materiallarında olan 02 iyul 2020-ci il tarixli pritenziya surətindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh6 İddiaçı Sığorta ASC tərəfindən həyata keçirilən 1500 manat sığorta ödənişini 10 gün ərzində İddiaçı Sığorta ASC-yə ödəmələri xahiş edilmiş, zərər məbləği 10 gün ərzində şirkətə ödənilmədikdə İddiaçı Sığorta ASC müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edəcəyi və bununla bağlı çəkiləcək bütün xərclərin onlardan tutulacağı barədə onları xəbərdar etmişdir. İş materiallarında olan 08 dekabr 2020-ci il tarixli pritenziya surətindən müəyyən olunur ki, Cavabdeh5 İddiaçı Sığorta ASC tərəfindən həyata keçirilən 750 manat sığorta ödənişini 7 gün ərzində İddiaçı Sığorta ASC-yə ödəmələri xahiş edilmiş, zərər məbləği 7 gün ərzində şirkətə ödənilmədikdə İddiaçı Sığorta ASC müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edəcəyi və bununla bağlı çəkiləcək bütün xərclərin onlardan tutulacağı barədə onları xəbərdar etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək belə hesab edir ki, İddiaçı Sığorta ASC yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq cavabdehlər Cavabdeh2 və X3 etibarnamə üzrə nümayəndəsi cavabdeh X11 mərhum X7 vəfatına görə 5000 manat məbləğində, Cavabdeh5 qızna mərhum X1 varisi kimi və Cavabdeh4 Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi kimi 750 manat məbləğində, Cavabdeh6 az ağır dərəcəli xəsarətə və Cavabdeh1 Cavabdeh6 etibarnamə üzrə nümayəndəsi kimi 1500 manat məbləğində (avtomobilə dəymiş ziyana görə) və Cavabdeh7 ilə Cavabdeh8 və Cavabdeh9 mərhum X12 varisi kimi 5000 manat məbləğində sığorta ödənişləri həyata keçirilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-44/2018 saylı 29 noyabr 2018ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, X18 Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Bu Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin hallarından müəyyən olunur ki, X18 Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə ittiham elan edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29.11.2018-ci il tarixli 1(088)-44/2018 saylı hökmü ilə X21 təqsirli olmadığı üçün barəsində bəraət hökmü çıxarılmışdır. Azərbaycan Respublikasının MPM-nin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının MPM-nin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İddiaçı iddia ərizəsində cavabdeh X11 mərhum X7 vəfatı ilə əlaqədar ödənilmiş 5000 manat məbləğində sığorta ödənişinin, cavabdehlər Cavabdeh5 və Cavabdeh4 mərhum X2 məxsus olan “VAZ 21061” markalı, 58 BA-504 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş 750 manat məbləğində sığorta ödənişinin, Cavabdeh6 az ağır dərəcəli xəsarətə görə ödənilmiş 1500 manat məbləğində sığorta ödənişinin və cavabdehlər Cavabdeh7 ilə Cavabdeh8 və Cavabdeh9 mərhum X12 vəfatı ilə əlaqədar ödənilmiş 5000 manat məbləğində sığorta ödənişinin alınaraq İddiaçı Sığorta ASC-nin xeyrinə tutulmasını xahiş etsə də iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı Sığorta ASC tərəfindən sığorta ödənişi Cavabdeh1 6500 manat məbləğində, Cavabdeh7 5000 manat məbləğində, Cavabdeh4 750 manat məbləğində edilərək ödənilmiş, digər cavabdehlərə İddiaçı Sığorta ASC tərəfindən hər hansı ödənişin edilməsi öz təsdiqini tapmamış, iddiaçı tərəf bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh9 aid hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada alınaraq İddiaçı Sığorta ASCnin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" Sığorta Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 6500 (altı min beş yüz) manat, Cavabdeh4 750 (yeddi yüz əlli) manat və Cavabdeh7 5000 (beş min) manat məbləğində pul alınaraq "xxxx" Sığorta Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı Sığorta ASC-nin xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh9 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar