Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-680/2023 04.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qəza nəticəsində avtomobilə dəymiş olan ziyanın dəyəri olan 2841 manat və dövlət rüsumu olaraq ödənilmiş 39 manat alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci ildə saat 14:30 radələrində etibarnamə ilə idarə etdiyi **-TD-*** dövlət qeydiyyat nişanlı Mersedes E240 markalı avtomobillə Ağdam rayon istiqamətində hərəkətdə olarkən üfiqi nişanlanma xəttinin tələbini pozaraq hərəkətdə olan onun idarə etdiyi "Vaz 21099" markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toquşmuşdur. Nəticədə avtomaşına maddi zərər dəymişdir. Cavabdehin törətdiyi yol qəzası nəticəsində onun avtomobilinə maddi ziyan dəymiş, 22 avqust 2022-ci il tarixdə avtomobilinə X7 Nasazlıq və Baxışının mütəxəssisləri tərəfindən texniki baxış keçirilmiş və bu bardǝ ilkin qiymətləndirmə akt tərtib edilmişdir. Avtomobilinə aşağıda göstərdiyi kimi ziyan dəymişdir: kapot qabaq 1x 240-240 manat, ekran dəst 1x 110=110 manat, bamper qabaq 1 x 60-60 manat, radiator barmaqliği 1 x 19-38 manat, bokavina sol 1 x 250-250 manat, qanad sol qabaq 1 x 80=80 manat, radiator 1 x 90=90 manat, fara sol 1 x 50= 50 manat, dönmə işiği 1 x 10 = 10 manat, su çəni 1 x 8= 8 manat, akkumlyator 1 x 100= 100 manat, alin şüşəsi 1 x 60 =60 manat, yan güzgü 1 x 25 =25 manat, qoruyucu bloku 1 x 85= 85 manat, diks tǝkǝr sol qabaq 1 x 118 = 118 manat, tyaqa sol 1 x 12 = 12 manat, qol sol 1 x 25 = 25 manat, amortizator sol qabaq 1 x 55 = 55 manat, qranat sol dəst 1 x 130 =130 manat, sürətlər qutusunun qolu 1 x 25 = 25 manat, sürətlər qutusunun korpusu 1 x 120= 120 manat, şarnir sol 1 x 15=15 manat, yay sol qabaq 1 x 28 =28 manat, opara sol 1 x 25= 25 manat, şüşə silən qol 1 x 5 = 5 manat, siqnal 1 x 10 = 10 manat , sürətlər qutusunun yastiği 1 x 18 = 18 manat, mühərrik yastiği-1 x 25 =25 manat. Cəmi 1791 (min dörd yüz otuz bir) manat. Həmçinin avtomobilin işi üçün dəmirçiyə 500 (beş yüz ) manat, rənglənməsi 300 (üç yüz ) manat, elektrik və çilingər işləri 200 (iki yüz) manat, cəmi 1000 manat dəyərində müəyyən edilmişdir. Qiymətləndirilmə üçün isə 50 manat ödəniş etmişdir. Avtomobilə qəza zamanı dəymiş ziyan cəmi 2841 (iki min səkkiz yüz qırx bir) manat dəyərində müəyyən edilmişdir. Dəymiş ziyanının ödənilməsini tələb etməyinə baxmayaraq cavabdeh ödəməkdən imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək bildirdi ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Bərdə rayon Şahvəlilər kəndində anadan olmuşdur. Bərdə rayon Şaxvəlilər kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şahvəlilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 260 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Şahvəlilər kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-nin X8 rayon TTYS-nin həkimi Bəylərov tərəfindən Bərdə rayon Şahvəllər kənd sakini X6 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə məlumat verilmiş, həmin məlumat əsasında araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh, 15 avqust 2022-ci il tarixdə saat 15 radələrində atasına məxsus olan Mercedes Benz E240 markalı, 90-TD 261 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən yaşayış binasının arasından H.Əliyev prospekti ilə Sənayə küçəsinin kəsişməsində olan yol ayrıcına çıxaraq H.Əliyev prospekti ilə Ağdam rayonu istiqamətində hərəkətdə olan X3 idarə etdiyi "VAZ 21099" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə "VAZ 21099" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almış, "VAZ 21099" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X2 zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət almışdır. Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, ancaq onun əməlində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Bərdə RPŞ-nin DYPB-nə göndərilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli X4 görünür ki, İddiaçı mülkiyyətində olan "VAZ 21099" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər cəmi 2791 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş 312089 nömrəli xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı avtomobilini baxışdan keçirmək üçün 50 manat rüsum ödəmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9\432 saylı xx.xx.2023-cü il tarixli Ekspert Rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-ci il buraxılışlı "VAZ 21099" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 2641.0 manat müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 50 manat) Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 39 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh, 15 avqust 2022-ci il tarixdə saat 15 radələrində atasına məxsus olan Mercedes Benz E240 markalı, 90-TD 261 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən yaşayış binasının arasından H.Əliyev prospekti ilə Sənayə küçəsinin kəsişməsində olan yol ayrıcına çıxaraq H.Əliyev prospekti ilə Ağdam rayonu istiqamətində hərəkətdə olan X3 idarə etdiyi "VAZ 21099" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə "VAZ 21099" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almış, "VAZ 21099" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X2 zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət almışdır. Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, ancaq onun əməlində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Bərdə RPŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ekpert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh oğundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 39 manat məbləğində rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh oğundan avtomobilə dəymiş ziyana görə 2641,00 manat, ilkin texniki baxış zamanı ödənilmiş 50 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ekspertiz tədqiqatının dəyəri 50,00 manat Cavabdeh oğundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə ödənilmiş 39,00 manat dövlət rüsumu Cavabdeh oğundan alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-680/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-680/2023
04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver