Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-682/2022 09.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə mərhum X4 arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıdan 700 manat məbləğində kredit almışdır. Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 11 iyun 2021-ci il tarixli məktubu ilə X2 vərəsələrinin Cavabdeh1 oğlu və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Beləliklə cavabdehlər müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya 593,9 manat əsas borc, 9,61 manat faiz borcu, 0 azn cərimə borcu olmaqla cəmi 603,51 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 29 avqust 2015-ci tarixli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə X4 arasında bağlanmış və müqaviləyə əsasən X4 "xxxx" ASC-dən kredit götürmüşdür. İş materiallarında olan 29 avqust 2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X3 12 ay ərzində ödəmək şərti ilə kreditor tərəfindən borc alana illik 27 % ödənilməsi şərti ilə 700 manat məbləğində krediti 29 avqust 2016-cı il tarixədək "xxxx" ASC-yə ödəməli idi. İş materiallarında olan AZ-İ735509 nömrəli ğlüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Yusifova Aidə Bəylər qızı 24 noyabr 2015-ci ildə ölmüşdür. İş materiallarında olan 11 iyun 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 və Yusifov Elgün Məhərrəm oğlu X2 vərəsələri olmaqla hər biri miras əmlakdan ½ hissədə pay almışdır. İş materiallarında olan maliyyə arayışlarından və ödəniş cədvəlindən görünür ki, cavabdehlərin "xxxx" ASC-yə 593,9 manat əsas borc, 9,61 manat faiz borcu, 0 azn cərimə borcu olmaqla cəmi 603,51 manat borcu mövcuddur. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlundan 593,9 manat əsas borc, 9,61 manat faiz borcu, 0 azn cərimə borcu olmaqla cəmi 603,51 manat borcu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 593,9 manat əsas borc, 9,61 manat faiz borcu, 0 azn cərimə borcu olmaqla cəmi 603,51 (altı yüz üç manat əlli bir qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0,40 AZN xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-682/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-682/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver