Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-69/2022 15.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC - nin nümayəndəsi Nicat Muxtarovun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə X4 arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, LK No 1461-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, həmin müqavilə üzrə X2 Banka olan 28979.41 (iyirmi səkkiz min doqquz yüz yetmiş doqquz manat 41 qəpik) manat əsas, 2975.84 (iki min doqquz yüz yetmiş beş manat, 84 qəpik) manat faiz, 4605.50 (dörd min altı yüz beş manat, 50 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 36560.75 (otuz altı min beş yüz altmış manat, 75 qəpik) manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddia üzrə ümumi məbləğ girov qoyulmuş, X3 məxsus 2 ədəd külçə əyarı 999, çəkisi 0.20, xalis çəkisi 623.80 qram olan qızıl-zinət əşyalarına yönəldilərək, həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə X4 arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, LK No 1461-19 saylı kredit və girov müqaviləsinə əsasən illik faiz dərəcəsi 26% faiz olmaqla, 24 (iyirmi dörd) ay müddətino 35550 (otuz beş min beş yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın Ağcabədi filialı ilə X4 arasında bağlanmış müqaviləyə görə cavabdeh Musayev Qalib Çingiz oğluna məxsus olan qızılzinət əşyaları, 2 ədəd külçə əyarı 999, çəkisi 0.20, xalis çəkisi 623.80 qram qızıl-zinət əşyaları girov qoyulmuşdur. Girov qoyan 12 sentyabr 2019-cu il tarixində təhvil-təslim Aktına əsasən həmin qızıl-zinət əşyasını Bankın Ağcabədi filialına təqdim etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, cavabdeh X2 12 sentyabr 2019-cu il tarixli, LK No 1461-19 saylı kredit müqaviləsinə əsasən 03 avqust 2020-ci il tarixinədək 12633.29 manat əsas, 11770.75 manat faiz ödəməli olduğu halda, əsas borcdan 6570.59 manat, faiz borcundan isə 4189.41 manat ödəniş etmişdir. Hal-hazırda X2 Banka 28979.41 (iyirmi səkkiz min doqquz yüz yetmiş doqquz manat 41 qopik) manat əsas, 2975.84 (iki min doqquz yüz yetmiş beş manat, 84 qəpik) manat faiz, 4605.50 (dörd min altı yüz beş manat, 50 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 36560.75 (otuz altı min beş yüz altmiş manati 75 qəpik) manat ödənilməmiş borcu qalmışdır. Daha sonra iddiaçı "xxxx" ASC iddia ərizəsinə əlavə verərək, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi arasında bağlanmış 12 sentyabr 2010 xitam verilməsi, həmin kredit müqaviləsi üzrə X2 Banka olan 28979.41 (iyirmi 17 yüz yetmiş doqquz manat qırx bir qəpik) manat əsas, 10175.62 (on min yüz yetmiş beş manat altmış iki qəpik) manat faiz və 11805.27 (on bir min səkkiz yüz beş manat iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 50960.30 (əlli min doqquz yüz altmış manat otuz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq TuranBank ASC-yə ödənilməsi, İddia üzrə ümumi məbləğ girov qoyulmuş, X3 məxsus 2 ədəd külçə əyarı 999, çəkisi 0.20, xalis çəkisi 623.80 qram olan qızıl-zinət əşyalarına yönəldilərək, həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına Turan Bank ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC iddia ərizəsinə əlavə verərək, X6 Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə X4 arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, LK No 1461-19 saylı kredit müqaviləsinə xitam verilməsi, həmin kredit müqaviləsi üzrə X2 Banka olan 28979.41 (iyirmi səkkiz min doqquz yüz yetmiş doqquz manat qırx bir qəpik) manat əsas, 11,850.15 (on bir min səkkiz yüz əlli manat, on beş qəpik) manat faiz və 14,913.54 (on dörd min doqquz yüz on üç manat, əlli dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 55,743.10 (əlli beş min yeddi yüz qırx üç manat, on qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq Turan Bank ASC-yə ödənilməsi, iddia üzrə ümumi məbləğ girov qoyulmuş, X3 məxsus 2 ədəd külçə əyarı 999, çəkisi 0.20, xalis çəkisi 623.80 qram olan qızıl-zinət əşyalarına yönəldilərək, həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına Turan Bank ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC iddia ərizəsinə əlavə verərək, xx.xx.2019-cu il tarixli, LK No 1461-19 saylı kredit müqaviləsi üzrə X5 oğlunun Banka olan 29 077.83 AZN (iyirmi doqquz min yetmiş yeddi manat 83 qəp.) əsas, 11 850.15 AZN (on bir min səkkiz yüz əlli manat 15 qəp.) faiz və 4 606 AZN (dörd min altı yüz altı manat) manat cərimə borcu olmaqla, ümumilikdə 45 533.98 AZN (qırx beş min beş yüz otuz üç manat 98 qəp.) məbləğində borcun və ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq Turan Bank ASC-yə ödənilməsi barədə, iddia üzrə ümumi məbləğ girov qoyulmuş, X3 məxsus 2 ədəd külçə əyarı 999, çəkisi 0.20, xalis çəkisi 623.80 qram olan qızıl-zinət əşyalarına yönəldilərək, həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına Turan Bank ASC-yə ödənilməsi barədə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nicat Muxtarov məhkəmə iclasında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. . Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh Q.Musayev məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, LK №1461-19 saylı Kredit (Borc) və Girov Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh X3 24 ay müddətinə illik 26% olmaqla 35550 manat məbəğində kredit verilmişdir. Həmin kredit müqiləsinin təminatı olaraq X4 özünə məxsus qızıl-zinət əşyalarını bankın xeyrinə girov qoymağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, X4 ümumi çəkisi 624.00 qram, əyarı 999 olan 2 ədəd külçəni "xxxx" ASC-yə təhvil vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2020-ci il tarixə 28979.41 manat əsas, 4064.24 manat faiz, 4605.50 manat cərimə borcu olmaqla, cəmi 37649.15 manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2021-ci il tarixə 28979.41 manat əsas, 10175.62 manat faiz, 11805.27 manat cərimə borcu olmaqla, cəmi 50960.30 manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2021-ci il tarixə 28979.41 manat əsas, 11850.15 manat faiz, 14913.54 manat cərimə borcu olmaqla, cəmi 55743.10 manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan və bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5530 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, LK №1461-19 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdeh X2 xx.xx.2020-ci il tarixə iddiaçı "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 29077.71 manat, faiz borcu üzrə 2877.08 manat olmaqla ümumilikdə 31954.79 manat məbləğində müəyyən edilmişdir. (Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir). Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5820 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, LK №1461-19 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdeh X2 xx.xx.2021-ci il tarixə iddiaçı "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 28908.71 manat, faiz borcu üzrə 9696.33 manat məbləğində müəyyən edilmişdir. (Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/949 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, LK №1461-19 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdeh X2 xx.xx.2020-ci il tarixə iddiaçı "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 29077.83 manat, faiz borcu üzrə 3024.09 manat olmaqla cəmi 32101.92 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 29077.83 manat, faiz borcu üzrə 11256.35 manat olmaqla cəmi 40334.18 manat məbləğində müəyyən edilmişdir. (Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir). Mülki işə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci i tarixli Mütəxəssis rəyindən görünür ki, çəkisi 624.00 qram, əyarı 999 olan 2 ədəd külçənin likvid dəyəri 76.100 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Kredit Müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən cavabdeh X5 24 ay müddətinə illik 26% olmaqla 35550 manat məbəğində kredit verilmişdir. Həmin məbləği annuited ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. Borcun təminatı olaraq X4 çəkisi 624.00 qram, əyarı 999 olan 2 ədəd külçədən ibarət qızıl-zinət əşyasını banka girov qoymuşdur. "xxxx" ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Göründüyü kimi, borclu X4 bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 269.3-ci maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Mülki Məcəllənin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh X2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu cavabdeh iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsinin bitmə tarixini və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə verməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/949 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi əsas götürülməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/949 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi nəzərə alaraq iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi faiz borcu 11850.15 manat olmuş, lakin ekspert rəyində faiz borcu üzrə 11256.35 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ekspert rəyi əsasında cavabdeh X2 banka olan kredit müqaviləsi üzrə faiz borcu məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı "xxxx" ASC-nin iddiasının 4606 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 500 manat məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 29077.83 manat əsas, 11256.35 manat faiz, 500 manat cərimə borcu olmaqla, cəmi 40834.18 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, borc tələbi cavabdeh tərəfindən ödənmədiyi təqdirdə girov müqaviləsinə əsasən X2 mülkiyyətindəki çəkisi 624.00 qram, əyarı 999 olan 2 ədəd külçədən ibarət qızıl-zinət əşyalarına yönəldilməli və həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq borc ödənilməlidir. Əmlakın likvid satış qiyməti 76.100 manat dəyərində qiymətləndirilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 350 manat cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 29077.83 manat əsas, 11256.35 manat faiz, 500 manat cərimə borcu olmaqla, cəmi 40834.18 (qırx min səkkiz yüz otuz dörd manat, on səkkiz qəpik) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma X4 tərəfindən girov qoyulmuş çəkisi 624.00 qram, əyarı 999 olan 2 ədəd külçədən ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Girov predmetinin ilkin satış qiyməti 76.100 manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçilərə qaytarılsın. İddia tələbi qalan hissəsi təmin olunmasın. Ekspertiza tədqiqatlarının dəyəri 350 manat cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-69/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-69/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver