Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-7/2024 26.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan “X2” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya LPO "xxxx" ASC) cаvabdeh Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması“ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı LPO "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cəmi 10399.93 (on min üç yüz doxsan doqquz manat 93 qəpik) manat məbləğində kredit borcunun bundan 8112.08 (səkkiz min yüz on iki manat 08 qəpik) manat əsas borc və 2287.85 (iki min iki yüz səksən yeddi manat 85 qəpik) manat isə faiz borcu, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində rüsum olmaqla, Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilməsi, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.3 kv.m., yaşayış sahəsi 37.2 kv.m, yardımçı sahəsi 33.1 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh ləğv prosesində olan "xxxx" KB ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və mənzil hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO "xxxx" ASC məhkəməyə ərizə göndərərək cavabdeh tərəfindən banka olan borc öhdəliyi tam şəkildə ödənildiyindən mülki işin baxılmamış saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının nümayəndəsinin ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı LPO "xxxx" ASC-nin cаvabdeh Cavabdeh qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması“ tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və sənədlər iddiaçı LPO "xxxx" ASC-nə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 02 avqust 2024-cü il tarixli 9/1553 nömrəli bildirişdən müəyyən edilir ki, Məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Ləğv prosesində olan “X2” Açıq Səhmdar Cəmiyyətinin cаvabdeh Cavabdeh qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması“ tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçı Ləğv prosesində olan “X2” Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X1, KOD 210005, VÖEN **********, m\h AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-7/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-7/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver