Məhkəmə qərarları › İş №2(021)-707/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-707/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-707/2024 17.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh*, İqtisadiyyat nazirliyi yanında ƏMDX Bərdə ərazi idarəsinə qarşı “Hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi”nə dair mülki işə *7 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsi tərəfindən onun istifadəsində olan 5ha torpaq sahəsinə görə *4.*2.2023-cü il tarixdə keçirilən 975 saylı hərracın nəticələrinin etibarsız hesab edilməsi, torpaq sahəsinin onun istifadəsində saxlanılması və ödəniş olmuş olduğu *00 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya üzvlərinin iştirakları ilə akt tərtib olunaraq bələdiyyə fondunda olan əkinə qismən yararlı sahədən 9.0 hektar torpaq sahəsi ayrılıb kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək məqsədilə ilə ona uzunmüddətli (90 il) icarəyə verilmişdir. Bunun əsasında *9.09.2003-cü il tarixdə sahəseçmə aktı ilə 9 hektar torpaq sahəsi ona ayrılmışdır. Həmin sahəseçmə aktını DT və XK-nin Bərdə rayon şöbəsinin müdiri, Otuzikilər bələdiyyəsi və onun tərəfindən imzalanmışdır. Həmin vaxtdan başlayaraq onunla Otuzikilər Bələdiyyəsi arasında müqavilə imzalanmış, müqavilədən sonra o hər ay icarə haqqı ödəməyə başlamışdır. İcarə haqqını bü günə kimi ödənişi onun tərəfindən həyata keçirilibdir. Bundan sonra Bələdiyyə sədri tərəfindən ona məxsus torpaq sahəsinə sənəd alınması üçün hərrac keçiriləcəyini bildirdi. O isə ona bildirdi ki, torpaq ona məxsusdur və onların arasında icarə müqaviləsi var, uzun müddətdir bu müqavilə davam edir. O illik icarə haqqını ödəyir. Bundan sonra o xəbər tutdu ki, Otuzikilər Bələdiyyəsi tərəfindən torpaq sahəsi hərraca çıxarılıb. *4.*2.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bərdə Ərazi Şöbəsində onun istifadəsində olan torpaq sahəsi üzrə hərrac keçirilmiş və hərrac nəticəsində *4.*2.2023-cü il tarixli, 975 saylı hərrac protokolu ilə torpaq sahəsi hərracda başqa bir şəxs tərəfindən əldə edilmişdir. Buna görə də, onun istifadəsində və icarəsindədə olan torpaq sahəsi necə ola bilər ki, hərraca çıxarılsın və başqa şəxs tərəfindən əldə edilsin. Bu günə kimi onun torpaq sahəsinin keyfiyyətinin artırılması üçün o nə qədər xərc çəkmişdir. Hər il mütəmadi olaraq icarə haqqı ödəmişdir. Ona görə də, keçirilən hərrracın əsassız olduğunu hesab edir. O hesab edir ki, Bərdə rayonu, Otuzikilər bələdiyyəsi heç bir əsaslı səbəb olmadan qanunsuz olaraq aralarında olan müqavilə öhdəliklərinə əməl etməmişdir. Buna görə də, *4.*2.2023cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bərdə Ərazi Şöbəsində onun istifadəsində olan torpaq sahəsi üzrə hərrac nəticəsində *4.*2.2023-cü il tarixli, 975 saylı hərrac protokolu etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh* və İqtisadiyyat nazirliyi yanında ƏMDX Bərdə ərazi idarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.*959-cu ildə Bərdə rayonu, Otuzikilər kəndində anadan olmuşdur Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. Seriya AZE *5987500 nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, X5 09.08.*980-cı ildə Bərdə rayonu, Hacəhmədli kəndində anadan olmuşdur Bərdə rayonu, Hacəhmədli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin *8 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Otuzikilər kəndində yaşayır. 0* yanvar 2004-cü il tarixli *5 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, İcarəverən İddiaçı 70 il müddətinə 9 ha olan torpaq sahəsini icarəyə vermişdir. *9 sentyabr 2003-cü il tarixli Bərdə rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya üzvlərinin iştirakları sahəseçmə aktından görünür ki, «Torpaq islahatı haqqında» Qanunun 7-ci maddəsinə,Torpaq məcəlləsinin 47-ci İ maddəsinə Otuzikilər bələdiyyəsinin DTXK-nin Bərdə rayon şöbəsinə yazdığı *2 sentyabr 2003-cü il tarixli 08 saylı məktubuna və bələdiyyənin cizgisinə əsasən bələdiyyə fondunda olan əkinə qismən yararlı sahədən 9,0 hektar torpaq sahəsi ayrılıb kənd təsərüffatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək məqsədi ilə Otuzikilər kənd sakini İddiaçı uzunmüddətli (90 il müddətinə) icarəyə verilməsinə komissiya üzvləri etiraz etməmişlər. xx.xx.2024-cü il tarixli 2(02*)707/2024 saylı Bərdə Rayon Məhkəməsinin qərardadından görünür ki, X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi şöbəsi İddiaçı Cavabdeh*nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı icarə müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Seriya HTM 004626 nömrəli şəhadətnamədən görünür ki, X2 rayon şəhər ərazisində yerləşən Otuzikilər bələdiyyəsinin, dövlətin mülkiyyətində olan 5 ha olan torpaq sahəsinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı “X7” publik hüquqi şəxsin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən *4 dekabr 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin, hərracın qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində, hərracında 2500 manata satılmışdır, icarəyə 20 il müddətinə verilmişdir. Şəhadətnamə “X7” publik hüquqi şəxsin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən *4 dekabr 2023-cü il tarixdə 975 nömrə ilə qeydiyyata alınmaqla hərracın, müsabiqənin qalibinə verilmişdir. “X7” nin Hərracın nəticələri haqqında № 975 saylı, *4 dekabr 2023-ci il tarixli Protokoldan görünür ki, Bərdə rayonu Otuzikilər kəndində bələdiyyə, dövlət mülkiyyətində olan Bərdə rayonu, Otuzikilər kəndində 5 ha kənd təssərüfat təyinatlı torpaq sahəsini 2500 (iki min beş yüz) manata X*. *8 dekabr 2023-cü il tarixl *322046738 nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün *00 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, işdə olan sübutlarla və onların davam edən ardıcıllığından görünür ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntuzuna yol verilməmiş, hərracın vaxtı, yeri ve s. barədə tələbkara, borclulara müvafiq bildirişlərin göndərilməsi “Hərrac Mərkəzi" MMC tərəfindən təmin olunmuş, hərracın keçirilməsi qanunla müəyyən olunmuş qaydada həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4*4.4-cü maddəsinə əsasən Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 4*4.5 -ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 4*5.2- ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 4*5.3- cü maddəsinə əsasən əgər Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 4*5.4 -cü maddəsinə əsasən Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 4*5.5 -ci maddəsinə əsasən Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 4*6.*- ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 4*6.2 -ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 2*8.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 2*7.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 76.*.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında dindirilmiş tərəflərin izahatına əsasən İddiaçı və hərracın qalibi X5 hərracda şəxsən iştirak etmiş, daha yüksək qiymət təklif etmiş ikinci tərəf hərracın qalibi olmuşdur. İş materiallarına istinadən hərrac qanunvericliyin tələbləri gözlənilməklə aşkar və obyektiv həyata keçirilmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh*, İqtisadiyyat nazirliyi yanında ƏMDX Bərdə ərazi idarəsinə qarşı “Hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi” nə dair iddia tələbi təmin oluna bilməz. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ *. İddiaçı cavabdehlər Cavabdeh*, “İqtisadiyyat nazirliyi yanında ƏMDX” Bərdə Ərazi İdarəsinə qarşı “Hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi”nə dair iddiası təmin edilməsin.

2. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.

3. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.

Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar