Məhkəmə qərarları › İş №2(021)-71/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-71/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-71/2022 06.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X6 оğlunun iclas kаtibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 ilə, İddiаçı BOKT "xxxx" MMC-nin cavabdehlər Əhməd Zakir oğluna, Cavabdeh4, Cavabdeh3 və X3 qarşı “kredit borcu tələbinə” dаir mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X1 müştərək qaydada 1055.20 ABŞ dolları əsas, 620.15 ABŞ dolları faiz, 157.80 ABŞ dolları cərimə, 64.72 ABŞ dolları müqavilə şərtlərin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 1897.87 ABŞ dollar borcun və dövlət rüsumu kimi ödənilmiş 31 manat pul vəsaitinin BOKT "xxxx" MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2015-cu il tarixdə bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) “İnkişaf üçün Maliyyə" MMC-nin Bərdə filialına kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla tələbkar təşkilat arasında xx.xx.2015 ci il tarixli L-BR/0038469-F saylı "kredit müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu, illik 32 % olmaqla 24-ay müddətinə 4000 ABŞ dollar məbləğində "şəxsi ehtiyac" məqsədilə kredit almışdır. Həmin tarixdə kreditin ödənilməsinin təminatı məqsədilə borclunun zaminləri X4, Cavabdeh3 və Cavabdeh4 ilə xx.xx.2015-ci il tarixli L-BR/0038469-F saylı zaminlik və birgə borclulluq müqaviləsi” bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, borclullar tərəfindən 2944.80 ABŞ dollar məbləğində əsas borcdan 2010.53 ABŞ dollar hesablanmış faiz borcundan, 209.90 ABŞ dollar cərimə borcundan, cəmi 5165.23 ABŞ dollar məbləğini təşkil edən hissəsinin ödənişni həyata keçirmişdir. Qeyd: Tərəflər arasında xx.xx.2017-ci il tarixli yeni bağlanmış kredit, zaminlik müqaviləsi bağlanmışdır. Beləliklə, hal-hazırda borclulların təşkilata 1055.20 ABŞ dolları əsas, 620.15 ABŞ dolları faiz, 157.80 ABŞ dolları cərimə, 64.72 ABŞ dolları müqavilə şərtlərin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 1897.87 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Əhməd Zakir oğluna, Cavabdeh4, Cavabdeh3 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı kredit müqaviləsindən görünür ki, cavabdehə aylıq 2,67 faiz və illik 32 faiz olmaq şərtilə 24 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “BR-00016824” və “BR-00020207” saylı Zaminlik müqaviləsi ilə müəyyən olunur. Mülki işə əlаvə edilmiş BOKT "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, BR-00020207 saylı Zaminlik Müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq X4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Mülki işə əlаvə edilmiş BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, BR-00016824 saylı Zaminlik Müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Mülki işə əlаvə edilmiş BOKT "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, “L-BR-0038469”-F saylı Birgə Borcluluq müqaviləsindən görünür ki, bu Müqavilə xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı kredit müqaviləsi ilə birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 verilən 4000 ABŞ dolları məbləğində kreditə təminat olaraq “Kreditor” qarşısında ailə üzvlərinin götürdüyü borc məbləğinə birlikdə təminat verən birgə borcluların və zaminlik öhdəliyini tənzimləyir. Bu müqaviləni imzalayan hər bir birgə borclu Cavabdeh1 ilə müvafiq kredit müqaviləsi üzrə birgə məsuliyyət daşıyır. Mülki işə əlаvə edilmiş xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanılmış kredit müqaviləsinə Devalvasiya ilə əlaqədar verilən Güzəştlərə dair xx.xx.2016-ci il tarixli Əlavədən (razılaşma protokolu) görünür ki, bu razılaşma ilə Cavabdeh1 xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı Kredit müqaviləsinin 6.1 maddəsində qeyd olunan faiz xx.xx.2016-cı il tarixdə etibarən 4 faiz aşağı salınaraq aylıq 2.3%, illik 28% olaraq, kreditin aylıq ödənişi 209 manat olmaqla kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı BOKT "xxxx" MMC ilə X4 arasında bağlanılmış zaminlik müqaviləsinə Devalvasiya ilə əlaqədar verilən Güzəştlərə dair xx.xx.2016-ci il tarixli Əlavədən (razılaşma protokolu) görünür ki, bu razılaşma ilə xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı zaminlik müqaviləsinə əsasən zamin X4 öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilmsinə təminat verdiyi müvafiq kredit müqviləsinin müddətinin uzadılmasına və ödəniş cədvəlinin dəyişdirilməsinə razılaşmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanılmış zaminlik müqaviləsinə Devalvasiya ilə əlaqədar verilən Güzəştlərə dair xx.xx.2016-ci il tarixli Əlavədən (razılaşma protokolu) görünür ki, bu razılaşma ilə xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilmsinə təminat verdiyi müvafiq kredit müqviləsinin müddətinin uzadılmasına və ödəniş cədvəlinin dəyişdirilməsinə razılaşmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanılmış kredit müqaviləsinə Devalvasiya ilə əlaqədar verilən Güzəştlərə dair xx.xx.2017-ci il tarixli Əlavədən (razılaşma protokolu) görünür ki, bu razılaşma ilə Cavabdeh1 xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə olan əsas borc məbləği 3451.95 ABŞ dolları və faiz borcu 785.24 ABŞ dolları təşkil etmiş, xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı Kredit müqaviləsinin 6.1 maddəsində qeyd olunan faiz dərəcəsi xx.xx.2017-ci il tarixindən etibarən 20 faiz aşağı salınaraq aylıq 1%, illik 12% müəyyən edilərək, xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı BOKT "xxxx" MMC ilə X4 arasında bağlanılmış zaminlik müqaviləsinə Devalvasiya ilə əlaqədar verilən Güzəştlərə dair xx.xx.2017-ci il tarixli Əlavədən (razılaşma protokolu) görünür ki, bu razılaşma ilə xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı zaminlik müqaviləsinə əsasən zamin X4 öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilmsinə təminat verdiyi müvafiq kredit müqviləsinin müddətinin uzadılmasına və ödəniş cədvəlinin dəyişdirilməsinə razılaşmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanılmış zaminlik müqaviləsinə Devalvasiya ilə əlaqədar verilən Güzəştlərə dair xx.xx.2016-ci il tarixli Əlavədən (razılaşma protokolu) görünür ki, bu razılaşma ilə xx.xx.2017-ci il tarixli, L-BR-0038469-F saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilmsinə təminat verdiyi müvafiq kredit müqviləsinin müddətinin uzadılmasına və ödəniş cədvəlinin dəyişdirilməsinə razılaşmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2020-ci il tarixli Maliyyə arayışdan görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı kredit müqaviləsi üzrə sonuncunun 1055.20 ABŞ dolları əsas, 620.15 ABŞ dolları faiz, 157.80 ABŞ dolları cərimə, 64.72 ABŞ dolları müqavilə şərtlərin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 1897.87 ABŞ dolları kredit borcu mövcuddur. Mülki işə əlаvə edilmiş mədaxil qəbzindən görünür ki, « BOKT "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/9575 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2020-ci il tarixə iddiaçı BOKT "xxxx" MMC-yə olan borcu əsas borc üzrə 1055.20 ABŞ dolları, faiz borcu üzrə 684.87 ABŞ dolları olmaqla ümumilikdə 1740.07 ABŞ dolları məbləğində müəyyən edilmişdir.(Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2015-ci il tarixli, L-BR- 0038469-F saylı saylı Kredit Müqaviləsinə əsasən BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 illik 32 faiz olmaq şərtilə 24 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq digər cavabdehlər Cavabdeh3 və X4 xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin Cavabdeh4 ilə birgə borcluluq müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2016-ci il tarixli razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı Kredit müqaviləsinin 6.1 maddəsində qeyd olunan faiz xx.xx.2016-cı il tarixdə etibarən 4 faiz aşağı salınaraq aylıq 2.3%, illik 28% olaraq, kreditin aylıq ödənişi 209 manat olmaqla kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmış, zaminlər Cavabdeh3 və X4 öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilmsinə təminat verdiyi müvafiq kredit müqviləsinin müddətinin uzadılmasına və ödəniş cədvəlinin dəyişdirilməsinə razılaşmışdırlar. Daha sonra Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə olan əsas borc məbləği 3451.95 ABŞ dolları və faiz borcu 785.24 ABŞ dolları təşkil etmiş, xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı Kredit müqaviləsinin 6.1 maddəsində qeyd olunan faiz dərəcəsi xx.xx.2017-ci il tarixindən etibarən 20 faiz aşağı salınaraq aylıq 1%, illik 12% müəyyən edilərək, xx.xx.2020-ci il tarixinədək uzadılmış, zaminlər Cavabdeh3 və X4 öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilmsinə təminat verdiyi müvafiq kredit müqviləsinin müddətinin uzadılmasına və ödəniş cədvəlinin dəyişdirilməsinə razılaşmışdırlar.İş üzrə iddiaçı BOKT "xxxx" MMC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Cаvаbdehlər bаnkа bоrclu оlduğu kredit bоrcunu ödəmədiyi üçün iddiаçının məhkəmə müdаfiəsindən istifаdə hüququ yаrаnmışdır. Göründüyü kimi, borclu Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Məhbubə Möhübbət qızına, Cavabdeh3 və X3 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-ci maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə olan əsas borc məbləği 3451.95 ABŞ dolları və faiz borcu 785.24 ABŞ dolları təşkil etmiş, xx.xx.2015-ci il tarixli, L-BR-0038469-F saylı Kredit müqaviləsinin 6.1 maddəsində qeyd olunan faiz dərəcəsi xx.xx.2017-ci il tarixindən etibarən 20 faiz aşağı salınaraq aylıq 1%, illik 12% müəyyən edilərək, xx.xx.2020-ci il tarixinədək uzadılmış, zaminlər Cavabdeh3 və X4 öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilmsinə təminat verdiyi müvafiq kredit müqviləsinin müddətinin uzadılmasına və ödəniş cədvəlinin dəyişdirilməsinə razılaşmışdırlar. Belə olan halda məhkəmə qeyd edir ki, MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi zaminlik müqaviləsində onun verilmə müddəti qurtarılması göstərilməyib. Kreditin müddəti isə xx.xx.2020-ci il tarixinədək uzadılmış və zaminlər razılaşmışlar. İddia ərizəsi isə xx.xx.2020-ci il tarixdə, yəni öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində məhkəməyə daxil olmuşdur. Odur ki, zaminlərdən tələb oluna müddət itirilməmişdir. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, həmçinin birgə borclu Məhbubə Möhübbət qızı bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış faiz borcunu nəzərdən keçirib hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Belə ki, kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi faiz borcu 620.15 ABŞ dolları olmuş, lakin ekspert rəyində faiz borcu üzrə 684.87 ABŞ dolları müəyyən olunmuşdur. Lakin iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması baədə ərizə verməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı BOKT "xxxx" MMC-nin iddiasının 157.80 ABŞ dolları cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış cərimə azaldılmalı və cavabdehdən cərimə borcu olaraq 10 ABŞ dolları pulun tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X1 müştərək qaydada 1055.20 ABŞ dolları əsas, 620.15 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, 64.72 ABŞ dolları müqavilə şərtlərin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 1750.07 ABŞ dolları qətnamə icra olunan vaxt Mərkəzi Bankın müəyyən etdiyi manat məzənnəsi ilə iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsumu cavabdehlərdən iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavadehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X1 müştərək qaydada 1055.20 ABŞ dolları əsas, 620.15 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, 64.72 ABŞ dolları müqavilə şərtlərin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 1750.07 ABŞ dolları qətnamə icra olunan vaxt Mərkəzi Bankın müəyyən etdiyi manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar