Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-718/2022 21.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 68050.60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh etibardan sui-istifadə etmə, aldatma, hədə-qorxu ilə və sair üsullarla 26.07.2015-ci il tarixdən 14.03.2017-ci il tarixədək olan müddətdə hissə-hissə ayrı-ayrı vaxtlarda ümumilikdə onun 159050.60 manat pulunu ələ keçirməklə ona külli miqdarda ziyan vurmuşdur. Bununla bağlı Bərdə rayon hüquq mühafizə orqanlarında araşdırma aparılmış, Cavabdeh təqsiri sübuta yertirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1005\2021 saylı 12.07.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 il 06 ay azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə 06 il azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılaraq 06 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddətə təyin olunmuş cəzadan çıxarılmaqla, üzərində qəti olaraq 5 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır. Cavabdeh bu günə qədər 159050.60 manat puyldan cəmi 91.000 manatını ödəmiş, 68050.60 manatı isə qalmışdır. İddiçı həmçinin qeyd etmişdir ki, Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə baxışı dövründə onun pulunu ödəyəcəyinə söz verdiyindən məhkəməyə ərizə ilə müraciət edərək ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Lakin Cavabdeh vədinə əməl etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək , iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən zərəçəkmiş şəxs-hazırkı iş üzrə İddiaçı ərizə təqdim edərək cinayət işi ilə əlaqədar olaraq barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Həmçinin həmin hadisədən sonra şahidlərin iştirakı ilə ona 22500 manat pul vermişdir. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 204 saylı 10.01.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1005\2021 saylı 12.07.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 il 06 ay azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə 06 il azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılaraq 06 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddətə təyin olunmuş cəzadan çıxarılmaqla, üzərində qəti olaraq 5 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır. Həmin hökmdən müəyyən olunur ki, Cavabdeh İddiaçı ümumilikdə külli miqdarda 159.050.60 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etməsi tam sübuta yetirilmişdir. Həmçinin həmin hökmdən müəyyən olunur ki, zərəçəkmiş şəxsə vurulan ziyandan 88 000 manat pul qaytarılmışdır. Mülki iş materiallına əlavə edilmiş İddiaçı ərizəsindən görünür ki, o, cinayət işi ilə əlaqədar olaraq C.Yusifova ilə barışmış, şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid X1 bildirdi ki, Cavabdeh ondan borc pul istəmiş, o, 17 baş inəklərini satıb 22500 manat pulu Cəmiləyə vermiş, Cəmilə də həmin pulu Pərvanə ilə bilikdə Bərdə şəhərində “Əlişin kruqu” deyilən yerdə Kərimə vermişdir. Məhkəmə iclasında şahid X2 bildirdi ki, Cəmilə onun yanında Kərimə 22500 manat pul vermişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı ümumilikdə 159.050.60 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etməsi tam sübuta yetirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1005\2021 saylı 12.07.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2 və 182.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, üzərində qəti olaraq 5 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır. Həmçinin həmin hökmlə müəyyən edilir ki, zərəçəkmiş şəxsə vurulan ziyandan 88 000 manat pul qaytarılmışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, həmin hökmdən sonra ona 2400 manat ödəmişdir. Ona olan borcu 68 650, 60 manat edir ki, 600 manatı da istəmir. Eyni zamanda o bildirmişdir ki, cinayət işinə baxılan zaman C.Yusifova ilə barışması, şikayət və tələbinin olmaması barədə ərizəni o məqsədlə vermişdir ki, C.Yusifova tutulmasın, təqsirləndirilən şəxsin azyaşlı uşağı var. Məhkəmə həmçinin qeyd edir ki, C.Yusifova tərəfindən pulun ödənilməsini sübut edə biləcək halı təsdiq edə bilmədi. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1005\2021 saylı 12.07.2021-ci il tarixli hökmü nəzərə alınmaqla, cavabdeh Cavabdeh 68.050, 60 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 68050.60 (altmış səkkiz min əlli manat altmış qəpik) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-718/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-718/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver