Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-72/2022 14.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 qarşı maddi ziyan və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətini icazəsi olmadan söküb dağıtdıqları üçün vurduqları 5400 manat ziyanın və 30 manat dövlət rüsumunun müştərək qaydada alınıb ona verilməsinə və ona məxsus 5 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Bərdə rayonu, Qaraqoyunlu kənd ərazisində 5 ha icarə torpağı var. Cavabdehlər həmin ərazidən onun əmlakına düşən binada məskunlaşıblar. Belə ki, Aqrar İslahat Komissiyası 1998-ci ilin yanvar ayının 17-də 10/AK- 1 saylı protokolla təsdiq edilmiş əmlak pay haqqı vedilməsi brədə 28 aprel 2001-ci il tarixli akta əsasən müəssisənin əmlakı olan 100 başalıq mədəni tövlə və 4 otaqla yaşayış evi əmlak payı kimi ona verilmişdir. Cavabdehlər həmin evdə məskunlaşmışlar. Onun məlumatı və razılığı olmadan onun mülkiyyətini söküblər, istədikləri formada, özlərinə məxsus şəkildə tikili aparırlar. Bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin pozulması ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4cümaddəsində deyilir ki, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxlərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Belə ki, cavabdehlər də sözügedən əməli törədiblər. Həmçinin onun 5 ha torpağını qanunsuz zəbt edərək istifadə edirlər, həmin torpaq sahəsindən çıxarılmalıdırlar. Həmçinin onun dörd gözlü evi və mal tövləni sökərək ziyan vurublar. Beləki, həmin yaşayış otaqlarının onun məlumatı və razılığı olmadan söküb istədikləri formaya salıblar. Bununla da onun mülkiyyət hüququ kobud sürətdə pozulub, əlavə qapılar açıblar. Bir sözlə evi dağıdıblar. Həmin binalara vurula ziyan aşağıdakı kimidir: Tövlə uzunu 72.5 m, eni 15 metr sahəsi 864 kv.m döşəməyə töklmüş asfalt tam yararsız vəziyyətdə 2500 manat, tövlənin iki qapısı taxdadan sökülüb 100 manat, tövlənin damının şiferləri yararsız hala salınıb 800 manat, çoban evi 4 otaqdan ibarət biri 28.2 kv.m, biri 31.9 kv.m, biri 26.9 kv.m, biri 30.4 kv.m, ara barıları sökülüb (mişar daşı) nəticədə bina qəzalı vəziyyətə düşüb-dəyə ziyan 2000 manat, cəmi dəymiş ziyan 5400 manat. Göründüyü kimi qanuni sənədlə torpağın mülkiyyətçisi o, olsa da cavabdehlər ona məxsus torpağından istifadə etməyinə imkan vermir. O, mülkiyyətində olan torpaqdan istifadə edə bilmir. Onun məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Əsədullayev Sabir Məcnun oğlu və Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərdilər ki, Laçın rayonundan məcburi köçkün kimi Bərdə rayonu, Qaraqoyunlu kəndində məskunlaşıblar. Məskunlaşdıqları evi öz vəsaitləri hesabına tikiblər, iddiaçıya məxsus heç bir əmlakı qırmamış və heç bir ziyan vurmamışlar. Mülki işə əlavə olunmuş Seriya ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Məhəmməd oğlu xx xxxxxx 1953-cü ildə doğulmuşdur, Bərdə rayonu, Qaraqoyunlu kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş RX ******* saylı reyestirdən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində Bərdə rayonu, Qaraqoyunlu kəndində əmlak kompleksi kimi müəssisə və 0.09675 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Qaraqoyunlu bələdiyyəsinin 10 iyun 2022-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Qaraqoyunlu kənd sakini İddiaçı ferma binasının ətrafında və binanın altında qalan 3 (üç) hektar, 414-cü konturdan 2 (iki) hektar torpaq sahəsi ayrılıb 99 il müddətinə müvəqqəti istifadəsinə verilməsi qərara alınmışdır. Mülki işə əlavə edilmiş Torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 iyun 2002-ci il tarixli, 10 saylı müqavilənin surətindən müəyyən olunur ki, Qaraqoyunlu bələdiyyəsinin 10 iyun 2002-ci il tarixli 10 saylı qərarı ilə 5 hektar torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə RKC-nin iqtisadçısı tərəfindən verilmiş rəydən müəyyən olunur ki, Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən daşınmaz əmlak olan tövlə və çoban evinə fotoşəkillər əsasında baxaraq dəymiş ziyanı aşağıdakı kimi qiymətləndirmişdir: Tövlə uzunu 72.5 m, eni 15 metr sahəsi 864 kv.m döşəməyə töklmüş asfalt tam yararsız vəziyyətdə 2500 manat, tövlənin iki qapısı taxdadan sökülüb 100 manat, tövlənin damının şiferləri yararsız hala salınıb 800 manat, çoban evi 4 otaqdan ibarət biri 28.2 kv.m, biri 31.9 kv.m, biri 26.9 kv.m, biri 30.4 kv.m, ara barıları sökülüb (mişar daşı) nəticədə bina qəzalı vəziyyətə düşüb-dəyə ziyan 2000 manat, cəmi dəymiş ziyan 5400 manat. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əsədullayev Qabil Məcnun oğlu 11 aprel 1973-cü ild doğulmuşdur. Mülki işə əlavə edilmiş Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 16 aprel 2020-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı məlumatı əsasında torplanmş HK-1-1119 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 1mk-100/2004 saylı, 07 yanvar 2004-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Məhəmməd oğlu cavabdeh Əsədullayev Məcnun Əsgər oğlu və qeyrilərinə qarşı 100 başlıq mal tövləsindən və ətrafında olan torpaq sahəsindən çıxarılması dair iddia tələbi ilə əlaqədar mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2003-cü il taixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamənin icrasına Laçın rayonu işğaldan azad olunana kimi möhlət verilməsi qət edilmişdir. Qətnamədə həmçinin göstərilmişdir ki, iş materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdehlər M.Əsədullayev və onun ailə üzvüləri Laçın rayonundan məcburi köçkündürlər və onların yeganə qazanc və yaşayış mənbəyi yaşadıqları evin yanında olan tövlədən və torpaq sahəsindən istifadə etməklə heyvandarlıqla məşğul olmaqdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli tövlənin ətrafında olan torpaq sahəsindən çıxarılmalarına dair Laçın rayonu işğaldan azad olunana kimi möhlət verilməlidir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(021)-2786/2020-ci il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydən müəyyən olunur ki, Əmirov Eldar Məhəmməd oğlunun xüsusi mülkiyyətinə verilmiş ümumi sahəsi 864.7 kv.m olan daşınmaz əmlak və 0.09675 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 Məcnun oğlu və Əsədullayev Qabil Məcnun oğlu tərəfindən istifadə edilir. İddiaçı xüsusi mülkyyətinə verilmiş ümumi sahəsi 864.7 kv.m olan daşınmaz əmlak və 0.09675 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütöv şəkildə zəbt edilmişdir, İddiaçı Bərdə rayonu, Qaraqoyunlu Bələdiyyəsinin 10 iyun 2002-ci il tarixli 10 saylı iclas protokoluna və 10 iyun 2022-ci il tarixli 10 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən istifadəsinə verilmiş 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu tərəfindən zəbt olunaraq istifadə edilir, Əmirov Eldar Məhəmməd oğlunun Bərdə rayonu, Qaraqoyunlu Bələdiyyəsinin 10 iyun 2022-ci il tarixli 10 saylı iclas protokoluna və 10 iyun 2022-ci il tarixli 10 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən istifadəsinə verilmiş 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu bütöv şəkildə istifadə edir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qərardadına əsasən məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmişdir. Azəbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Epkspertizası Mərkəzi tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 10/2737 saylı rəydən müəyyən olunur ki, aparılmış tədqiqat nəticəsində İddiaçı Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 26 mart 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş ümumi sahəsi 864,7 kv.m olan daşınmaz əmlak kompleks kimi müəssisəyə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ya başqa bir şəxs tərəfindən ziyan vurulduğu (şiferlərin bir hissəsinin çatlamış və qırılmış vəziyyətdə olduğunu və daxili divarların bir hissəsinin sökülüb nəzərə alaraq) müəyyən edilir. Bərdə rayonu, Qaraqoyunlu kəndində İddiaçı Məhəmməd oğluna məxsus (tövlə və çoban evi) tikililərdə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 3487.0 manat məbləğində olduğu müəyyən edilir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı məxsus olan Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən 5.0 ha pay torpaq sahəsi cavabdehlər Əsədullayev Sabir Məcnun oğlu və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Bundan başqa cavabdehlər özləri də məhkəmə iclasında iddiaçıya məxsus olan əmlkadan istifadə etdiklərini bildirdilər. Lakin əmlaka onların ziyan vurmamaqlarını bildirsələr də, həmin dəlillərin təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilmədilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı iddiasının torpaqdan çıxarılma tələbinə dair hissəsi ilə bağlı konkret olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, ona görə də iddianın torpaqdan çıxarılma hissəsinə xitam verilməlidir. İddia tələbinin vurulmuş ziyanla bağlı hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, ekspertizanın rəyi ilə dəymiş ziyan 3487 manat müəyyən edildiyindən, 3487 manat və 30 manat dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin aparılmış ekspertiza tədqiqatlarının 100 (yüz manat) manat dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məcnun oğluna aid edilməli və 100 (yüz) manat ekpsertiza xərci tutularaq X5 ( keçiriləcək hesab: Büdfcə təsnifatı kodu 142595, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehlərdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3487 (üç min dörd yüz səksən yeddi) manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ( keçiriləcək hesab:Büdfcə təsnifatı kodu 142595, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Eks-pertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-72/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-72/2022
14.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver