Məhkəmə qərarları › İş №2(021)-727/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-727/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-727/2022 21.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “borcun tutulamsı” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.12.2021-ci il tarixinə yaranmış borcu 01.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 704 manat əsas, 105.6 manat cərimə, cəmi 809.6 manat, 02.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 642 manat əsas, 96.3 manat cərimə, cəmi 738.3 manat, ümumilikdə 1547.9 manat borcun və 35.48 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh oğlundan tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hazırkı iddia ərizəsi tərtib olunarkən Ağcabədi rayon məhkəməsinə müraciət olunmuş, lakin Bərdə rayon məhkəməsinə göndərilmişdir. Həmçinin iddia ərizəsinə əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh oğlu Ağcabədi rayonu Şənlik kəndində qeydiyyatdadır. Belə ki, iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM)ərazi aidiyyəti ilə bağlı tələbləri pozulmuşdur. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, cavabdehin rəsmi qeydə alındığı yer üzrə Ağcabədi rayon məhkəməsinə müraciət etməsi iddiaçıya izah olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 35,149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “borcun tutulamsı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya cavabdehin rəsmi qeydə alındığı yer üzrə Ağcabədi rayon məhkəməsinə müraciət etməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar