Məhkəmə qərarları › İş №2(021)-73/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-73/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-73/2021 16.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X6 və Cavabdeh iştirakı ilə, İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh və X3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli, 517/ŞM-18 nömrəli, kredit müqaviləsi üzrə yaranmış və bu günədək ödənilməmiş, əsas kredit borcu olaraq 5199.17 manat əsas, 1254.37 manat faiz borcu, cəmi 6453.74 manat məbləğində borcun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsinə, Cavabdeh 24.10.2018-ci il tarixli 517/ŞM-18 nömrəli kredit müqaviləsi üzrə yaranmış cəmi 6453.74 manat məbləğində borcun ipotekaya qoyulmuş, mülkiyyət hüququ üzrə X3 məxsus 1998-ci il buraxılışlı, 09 BJ818 dövlət nömrə nişanlı, DAİMLER CHRYSLER E 240 minik markalı, gümüşü metalik rəngli nəqliyyat vasitəsinə yönəldilməsinə və həmin nəqliyyat vasitəsinin açıq hərrac yolu ilə satılmasına, ilkin satış qiymətinin 11.500 manat müəyyən edilməsinə, hərrac yolu ilə satıştan əldə edilən pul məbləğindən Cavabdeh 24.10.2018-ci il tarixli 517/ŞM-18 nömrəli kredit müqaviləsi üzrə yaranmış cəmi 6453.74 manat məbləğində kredit və faiz borcunun ödənilməsinə, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.10.2018-ci il tarixli 517/ŞM -18 nömrəli kredit müqaviləsinə əsaəsn ona 18 ay müddətinə 24 aprel 2020-ci il tarixə qədər illik 36 % ödəmək şərti ilə 5500 manat məbləğində kredit verilmiş həmin müqaviləyə əsasən kreditin və faizin ödənilməsinə dair “Forma-1” qrafiki rətrib edilərək hər ay 400 manat ödəniş etməyi Cavabdeh öz öhdəsinə götürmüşdür. Kreditin və ona hesablanacaq faiz və dəbbə pulunun geri qaytarılmasının təminatı kimi "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış 24.10.2018-ci il tarixli, 517/ŞM-18 nömrəli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə X3 məxsus 1998ci il buraxılışlı, 09 BJ818 dövlət nömrə nişanlı, DAİMLER CHRYSLER E 240 minik markalı, gümüşü metalik rəngli nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı "xxxx" MMC öz üzərinə düşən öhdəliyi icra edərək göstərilən kredit məbləğini 24 oktyabr 2018-ci il tarixdə Cavabdeh hesabına köçürmüşdür. Lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, götürmüş olduğu krediti vaxtlı vaxtında ödəməmişdir. Cavabdeh tərəfindən 28.08.2019-cu il tarixə kimi ödənilmiş cəmi 1350 manat məbləğdən 300.63 manat əsas kredit borcundan, 1049.37 manat isə faiz borcundan çıxılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə banka 5199.37 manat əsas, 1254.37 manat faiz borcu, cəmi 6453.74 manat kredit borcu qalmışdır. Odur ki, bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasınada iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasınada Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, müqavilə bağlanmasını başa düşməmişdird. O, elə bilmişdir ki alğı-satqı edirlər. Odur ki, iddianın rədd edilmədini xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə təfələri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli, 517/ŞM-18 saylı kredit müqaviləsinə əsasən kreditor borcalana 18 ay müddətinə, illik 36 % dərəcəsi ilə 5500 manat məbləğində kredit verir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə qrafiki də tərəflər arasında razılaşdırılaraq imzalanmışdır. "xxxx" MMC və X4 arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli, 517/ŞM-18 saylı ipoteka müqaviləsindən görünür ki, 24 oktyabr 2018-ci il tarixli, 517/ŞM-18 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi mülkiyyət hüququ üzrə X3 məxsus 1998-ci il buraxılışlı, ** BJ *** dövlət nömrə nişanlı, DAİMLER CHRYSLER E 240 minik markalı, gümüşü metalik rəngli nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 25 oktyabr 2019-cu il tarixə 5199.37 manat əsas, 1254.37 manat faiz borcu vardır. . Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcu barədə məlumat verilmiş, borcun ödənməyəcəyi təqdirdə tələbin girov predmetinə yönəldilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzi tərəfindən verilmiş 25 yanvar 2020-ci il tarixli, 9/4733 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış,kredit müqavciləsi,ödəniş qrafiki və s) əsasən 24 oktyabr 2018-ci il tarixli, 517/ŞM-18 saylı kredit müqaviləsi üzrə Cavabdeh 24 aprel 2020-ci il tarixədək banka olan borcu 5245.32 manat əsas, 1747.45 manat faiz borcu müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 29 sentyabr 20201-ci il tarixli, UNİ/S173-771/21 nömrəli ekspert X3 məxsus olan “Daimler Chrysler E-240” markalı, ** BJ *** dövlət nişanlı, buraxılış ili 1998-ci il olan avtomobilin 29 sentyabr 2021-ci il tarixə bazar dəyəri 8500 manat, likvid dəyəri 8000 (səkkiz min) manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.10.2018-ci il tarixli 517/ŞM-18 nömrəli kredit müqaviləsinə əsaəsn ona 18 ay müddətinə 24 aprel 2020-ci il tarixə qədər illik 36 % ödəmək şərti ilə 5500 manat məbləğində kredit verilmiş həmin müqaviləyə əsasən kreditin və faizin ödənilməsinə dair “Forma-1 “qrafiki rətrib edilərək hər ay 400 manat ödəniş etməyi Cavabdeh öz öhdəsinə götürmüşdür. Kreditin və ona hesablanacaq faiz və dəbbə pulunun geri qaytarılmasının təminatı kimi "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış 24.10.2018-ci il tarixli, 517/ŞM-18 nömrəli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə X3 məxsus 1998-ci il buraxılışlı, ** BJ *** dövlət nömrə nişanlı, DAİMLER CHRYSLER E 240 minik markalı, gümüşü metalik rəngli nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Borclu müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli, 517/ŞM-18 nömrəli, kredit müqaviləsi üzrə yaranmış və bu günədək ödənilməmiş, əsas kredit borcu olaraq 5199.17 manat əsas, 1254.37 manat faiz borcu, cəmi 6453.74 manat məbləğində borcun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsinə, Cavabdeh 24.10.2018ci il tarixli 517/ŞM-18 nömrəli kredit müqaviləsi üzrə yaranmış cəmi 6453.74 manat məbləğində borcun ipotekaya qoyulmuş, mülkiyyət hüququ üzrə X3 məxsus 1998-ci il buraxılışlı, 09 BJ818 dövlət nömr nişanlı, DAİMLER CHRYSLER E 240 minik markalı, gümüşü metalik rəngli nəqliyyat vasitəsinə yönəldilməsinə və həmin nəqliyyat vasitəsinin açıq hərrac yolu ilə satılmasına, ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X3 məxsus 1998-ci il buraxılışlı, ** BJ *** dövlət nömrə nişanlı DAİMLER CHRYSLER E 240 minik markalı, gümüşü metalik rəngli nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 11.500 manat müəyyən edilməsinə, hərrac yolu ilə satıştan əldə edilən pul məbləğindən Cavabdeh 24.10.2018-ci il tarixli 517/ŞM-18 nömrəli kredit müqaviləsi üzrə yaranmış cəmi 6453.74 manat məbləğində kredit və faiz borcunun ödənilməsinə, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, müvafiq rəy məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. İddiaçı bank cavabdehdən 5199.37 manat əsas və 1254.37 manat məbləğində faiz borcu tutularaq iddiаçıya ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzi tərəfindən verilmiş 25 yanvar 2020-ci il tarixli, 9/4733 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan sənədlərə(bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış,kredit müqavciləsi,ödəniş qrafiki və s) əsasən 24 oktyabr 2018-ci il tarixli, 517/ŞM-18 saylı kredit müqaviləsi üzrə Cavabdeh 24 aprel 2020-ci il tarixədək banka olan borcu 5245.32 manat əsas, 1747.45 manat faiz borcu müəyyən olunmuşdur. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Odur ki, məhkəmə əsas və faiz borcu ilə bağlı qeyd edir ki, ekspert rəyi həmin hissədə əsaslı olmadığından nəzərə alınmamalı, cavabdehdən 5199.37 manat əsas və 1254.37 manat məbləğində faiz borcu tutularaq iddiаçıya ödənilməlidir. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsinə, onun açıq hərracdan satılmasına və borcun ödənilməsinə yönəldilməsinə dair hissədə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MM-in 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Eyni Məcəllənin 317.1-ci mаddəsinə əsаsən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci mаddəsinə əsаsən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanununun 36.1-ci maddəsinə görə, isə ipoteka saxlayan həmin Qanunun 36.2ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Kredit müqaviləsində nəzərdə tutulmuş əsas borcun, kredit müqaviləsi üzrə hesablanmış faizin ödənilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbin ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. Məhkəmə ipoteka predmetinin qiyməti ilə bağlı qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC ilə ipoteka qoyan X7 arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli, 517/ŞM- 18 nömrəli girov müqaviləsindən görünür ki, girov qoyulmuş Daimler Chrysler E-240” markalı, ** BJ *** dövlət nişanlı, buraxılış ili 1998-ci il olan avtomobil 5500 (beş min beş yüz) AZN məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 29 sentyabr 20201-ci il tarixli, UNİ/S173-771/21 nömrəli ekspert X3 məxsus olan “Daimler Chrysler E-240” markalı, ** BJ *** dövlət nişanlı, buraxılış ili 1998-ci il olan avtomobilin 29 sentyabr 2021-ci il tarixə bazar dəyəri 8500 manat, likvid dəyəri 8000 manat dəyərində qiymətləndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əvvlki qiymətləndirmədən kifayət qədər uzun müddət keçdiyindən "xxxx" MMC tərəfindən verilmiş rəydə qeyd edilən məbləğ əsas götürülərək girov predmetinin likvid dəyəri 8.000 (səkkiz min) AZN məbləğində müəyyən edilməlidir. MPM-in 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Avropa İnsan Hüquqları Məhkəməsinin» Delcour Belçikaya qarşı iş üzrə 19 yanvar 1975-ci il tarixli «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli, «X8» qarşı iş üzrə 26 oktyabr 2004-cü il tarixli Qərarlarında «hər bir məhkəmə aktından ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyinin aydın görünməli olduğu» xüsusi vurğulanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmə iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən mühasibatlıq ekspertizasının aparılması ilə əlaqədar tədqiqatın dəyəri 200 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 200 manat məbləğində pul cavabdehdən tutularaq Mərkəzin hesabına ödənilməlidir. Bundan başqa, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul tərəflərdən tutulаrаq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin VÖEN:**********, Hesab NAZN:AZ15GUNA********************,Bank:Günay Bank ASC,VÖEN:**********,müxbir hesabı:AZ25NABZ********************,KOD505596; SWİFT:GUNAYAZ22 nömrəli hesaba ödənilməlidir. Belə ki, MPM 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Odur ki, yuxarıda qeyd edilmiş məbləğ iş üzrə tərəflərdən tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24 oktyabr 2018-ci il tarixli, 517/ŞM-18 saylı kredit müqaviləsi üzrə 5199.17 manat əsas, 1254.37 manat faiz borcu olmaqla, cəmi 6453.74 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətl ilə X4 arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli, 517/ŞM-18 saylı ipoteka müqaviləsinə əsasən “Daimler Chrysler E-240” markalı, ** BJ *** dövlət nömrə nişanlı, buraxılış ili 1998-ci il olan avtomobilə yönəldilsin. İpotaka predmeti olan “Daimler Chrysler E-240” markalı, ** BJ *** dövlət nömrə nişanlı, buraxılış ili 1998-ci il olan avtomobilin ilkin satış qiyməti 8000 (səkkiz min) AZN məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh tutularaq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində puldan 100 manat iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və 100 manat isə cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutulаrаq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin VÖEN:**********, Hesab NAZN:AZ15GUNA********************, Bank: Günay Bank ASC, VÖEN:**********, müxbir hesabı:AZ25NABZ********************, KOD505596; SWİFT:GUNAYAZ22 nömrəli hesaba ödənilsin. Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qərardadı ilə qəbul edilmiş müvəqqəti təminat tədbirləri barədə qərardad məhkəmə aktının icrasına qədər dəyişdirilmədən saxlanılsın. İddia tələbi qаlаn hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar