Məhkəmə qərarları › İş №2(021)-74/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-74/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-74/2023 24.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, Cavabdeh qarşı iddia qaldıraraq, 02/00025331 nömmrəli müqaviləyə əsasən 835,00 manat borcun və 02/00025428 nömrəli operativ lizinq müqaviləsinə əsasən 566,00 manat borcun, cəmi 1.401,00 manat məbləğində ödənilmiş borcun və 20 manat dövlət rüsumunun, cəmi 1.421,00 manat məbləğin Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi barədə məhkəmə əmri çıxarılmasını çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1451/2021 nömrəli, 31 mart 2021-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh 1.401,00 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1 421,00 manat tutulara kreditor "xxxx" ASC-nin xeyrinə verilməsi qərara alınmışdır. Borclu Cavabdeh məhkəmə əmrinə etiraz etmiş, Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2 (021)-1451/2021 nömrəli qərardadı ilə məhkəmə əmri ləğv edilərək, mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlamış 2019-cu il 18 sentyabr tarixli 02/00025331 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-1221 markalı traktoru və 2019-cu il 26 sentyabr tarixli 02/00025428 nömrəli operativ lizinq müaviləsinə əsasən 1 ədəd AGHBM-N24 markalı taxılsəpəni 2019-cu il taxıl biçini mövsümü ərzində ərzində istifadəyə vermişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcu arasında bağlanmış 02/00025331 nömrəli müqaviləyə əsasən 835,00 manat borc qalmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borclu arasında bağlanmış 02/00025428 nömrəli müqaviləyə əsasən 566,00 manat öhdəlikdən heç bir məbləğ ödəniş edilməmiş, borclunun cəmiyyətə hal-hazırda 1.401,00 manat borcu vardır. Lakin borclu vaxtında kreditora olan borcunu qaytarmadıqda kreditor dəfələrlə ondan yaraanmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də kreditor məhkəməyə mürciət etmək məcburiyyətində qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, o, "xxxx" ASC ilə heç bir müqavilə bağlamamış, imza etməmişdir, "xxxx" ASC ilə qarşılıqlı razılığa gəlmişdir ki, həmin texnikaların idarə edilməsi üçün ona əmək haqqı veriləcəkdir. 2019-cu ildə taxil səpini zamanı yəni sentyabr, oktyabr və noyabr aylarında Ağcəbədi rayonunda yerləşən Haramı adlanan ərazidə mala və səpin işləri aparmışdır, lakin bu günə kimi həmin işlərə görə əmək haqqını almamışdır. Heç bir yerə imza etmədiyindən, müqqavilə bağlamadığlndan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 26 sentyabr 2019-cu il tarixli 02/00025428 və 18 sentyabr 2019cu il tarixli 02/00025331 nömrəli operativ lizinq müqaviləsindən müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1 ədəd AGHBM-N24 markalı taxıl səpən, Traktor Belarus-1221 istifadəsinə verilmişdir. İş materiallarında olan 09 mart 2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh 26 sentyabr 2019-cu il tarixli 02/00025428 nömrəli operativ lizinq müqaviləsi üzrə "xxxx" ASC-nə 566 manat borcu yaranmışdır. İş materiallarında olan 09 mart 2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh 18 sentyabr 2019-cu il tarixli 02/00025331nömrəli operativ lizinq müqaviləsi üzrə "xxxx" ASC-nə 835 manat borcu yaranmışdır. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh borcunu tam ödəməsi, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 1966-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Qarayusifli kəndində doğulmuşdur. İş materiallarında olan AKT-1 F00025428 saylı, 26 sentyabr 2019-cu il tarixli texniki vəziyyət haqqında aktın surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən lizinqə götürülmüş 1 ədəd AGHBM-N24 markalı taxıl səpənin texniki vəziyyəti aktlaşdırılmışdır. İş materiallarında olan AKT-1 F00025331 saylı, 18 sentyabr 2019-cu il tarixli texniki vəziyyət haqqında aktın surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən lizinqə götürülmüş Traktor Belarus-1221 ona təhvil verilərkən texniki vəziyyəti aktlaşdırılmışdır. İş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-862/2022 saylı, 16 avqust 2022-ci il tarixli qərardadı ilə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli, 4/1478 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, 26 sentyabr 2019-cu il tarixli 02/00025428 və 18 sentyabr 2019-cu il tarixli 02/00025331 nömrəli operativ lizinq müqaviləsində “lizinq alan” işçi qrafasındakı imzalar 26 setyabr 2019-cu il tarixli AKT1-F00025428 nömrəli aktlarda “3” sıradakı imzalar-Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsi üzrə imzalar Cavabdeh tərəfindən icra edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza xərci olaraq 124 manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının 124 (yüz iyirmi dörd manat) manat dəyəri iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar