Məhkəmə qərarları › İş №2(021)-74/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-74/2024

18.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-74/2024 18.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı Cavabdeh qarşı su arxının açılması və su arxından istifadə olunmasına törədilən maneəçiliyə qadağa qoyulması tələbinə dair mülki işə 18 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Həsənli kəndində yerləşən onun mülkiyyətində olan 0.951 ha pay torpaq sahəsinin suvarılması üçün (ümumi istifadədə olan) çəkilmiş su arxınının açılması, Cavabdeh tərəfindən həmin torpaq sahəsinin suvarılması üçün törədilən maneəçiliyə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı suvarmanı ona ziyan olaraq həyata keçirir. Onun torpağını suyun altında qoymuşdur.Ona ziyan vurmağa davam edir. İddiaçı gəlmədiyindən işin baxılmamış saxlanmasına heç bir etirazı yoxdur. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.7. maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı su arxının açılması və su arxından istifadə olunmasına törədilən maneəçiliyə qadağa qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi üçün X1 ödənilmiş 100 AZN İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar