Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-741/2022 28.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı İddiaçı qızının iştirakı ilə, İddiaçı İddiaçı qızının Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən e t d i: İddiaçı İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-301/2014 saylı, 29 may 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh oğlundan hər ay bir uşağın saxlanması üçün tutulan 60 manat miqdarında almentin miqdarının artırılmaqla hər ay bir uşaq üçün 185 manat məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı qızı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh oğlu ilə 2002ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarında iki uşaqları vardır. Uşaqlarından biri yetkinlik yaşına çatmışdır Cavabdehlə aralarında bağlanmış nikah 2014-cü il tarixdə pozulmuşdur. Yetkinlik yaşına çatan övladları atasının himayəsində, 13 yanvar 2007-ci il təvəllüdlü Hüseynzadə Aysel Samir qızı isə onun himayəsində yaşayır. Bərdə Rayon Məhkəməsinin 2(021)-301/2014 saylı, 29 may 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh oğlundan hər ay bir uşağın saxlanması üçün tutulan 60 manat miqdarında almentin tutularaq onun xeyrinə verilməsi qət olunmuşdur. Hazırda həmin məbləğdə aliment uşaqların maddi ehtiyaclarına kifayət etmir. Ona görə də alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 185 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı İddiaçı qızı məhkəməyə ərizə verərək Cavabdeh oğlunun 13 yanvar 2007-ci il təvəllüdlü Hüseynzadə Aysel Samir qızının müalicə olunması üçün əlavə xərclərə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı qızı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh oğlunun məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.12.2021-ci il tarixli 7627 saylı Arayışdan görünür ki, İddiaçı qızı Bərdə şəhəri H.Əliyev prospeki ev 18 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş AZ-İ № 882885 saylı Doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Aysel Hüseynzadə 13.01.2007ci ildə anadan olmuşdur. Atası Cavabdeh oğlu, anası X8 qızıdır. Mülki işə əlavə olunmuş AZ-İ № 27660 saylı Nikahın pozulması haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh oğlu ilə İddiaçı qızı arasında bağlanmış nikah 29.03.2016-cı il tarixdə ləğv edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)-301/2014 saylı, 29.05.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, 13 yanvar 2007-ci təvəllüdlü Hüseynzadə Aysel Samir qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 60 manatdan az olmamaq şərti ilə qazancın və ya başqa glirlərin ¼ hissəsi miqdarında alimentin tutularaq cavabdeh X8 qızına verilməsi müəyyən olunmuşdur. Mülki işə əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Bakı Baş Səhiyyə İdarəsinin X6 tərəfindən verilmiş 937 saylı 27.06.2015-ci il tarixli Epikriz sənədindən görünür ki, Hüseynzadə Aysel Samir qızına “doğuş travmasının nəticəsi, sol bazu kələfinin travmatik pleksopatiya səbəbli sol qolun parezi” kliniki diqanozu qoyulmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, 13.01.2007-ci il təvəllüdlü Hüseynzadə Aysel Samir qızına “sinir köklərinin və kələtlərinin zədələnməsi, sol bazu kələfinin pleksopatiyası, sol qolun parezi” diqanozu qoyulmuşdur. Mülki işə əlavə olunmuş 17.11.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı qızına “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. Mülki işə əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı Mediasiya xidməti üçün 50 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-301/2014 saylı, 29.05.2014-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş 13 yanvar 2007-ci təvəllüdlü Hüseynzadə Aysel Samir qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 60 manatdan az olmamaq şərti ilə qazancın və ya başqa glirlərin ¼ hissəsi miqdarında alimentin alınaraq İddiaçı qızının xeyrinə verilməsi müəyyən olunmuşdur. Həmçinin, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 13 yanvar 2007ci təvəllüdlü Hüseynzadə Aysel Samir qızı “sinir köklərinin və kələtlərinin zədələnməsi, sol bazu kələfinin pleksopatiyası, sol qolun parezi” diaqnozu ilə xəstədir. Hazırda iddiaçı aliment məbləğinin artırılmasını və uşağa müalicə pulu tələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən: alimentin artırılması və əlavə xərcin tutulmasından ibarətdir. Məhkəmə iddia tələbinin alimentin artırılması hissəsinə münasibətdə hesab edir ki, tələb bu hissədə qismən təmin olumalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifə olduğunu nəzərə alır. İddia tələbi bir uşaq üçün 130 (bir yüz otuz) manatdan artıq alimentin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda iddiaçı İddiaçı qızı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi Cavabdeh oğlunun üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan aliment dəyişdirilərək 13 yanvar 2007-ci təvəllüdlü Hüseynzadə Aysel Samir qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh oğlundan hər ay bir uşağa görə 130 manat məbləğində aliment İddiaçı qızının xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . Məhkəmə, iddia tələbinin müalicə xərci hisəsinə münasibətdə hesab edir ki, “sinir köklərinin və kələtlərinin zədələnməsi, sol bazu kələfinin pleksopatiyası, sol qolun parezi” xəstəliyindən əziyyət çəkən 13 yanvar 2007-ci təvəllüdlü Hüseynzadə Aysel Samir qızının müalicə olunması üçün yetkinlik yaşına çatana kimi 50 manat məbləğində müalicə xərci kimi əlavə xərc məhkəməyə müraciət edildiyi tarixdən Cavabdeh oğlundan İddiaçı qızının xeyrinə tutulmalıdır. Həmin məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 227, 233.1, 234, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13 yanvar 2007-ci təvəllüdlü Hüseynzadə Aysel Samir qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)-301/2014 saylı, 29.05.2014-cü il tarixli məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilməklə Cavabdeh oğlundan alınaraq iddiaçı İddiaçı qızının xeyrinə ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. 13 yanvar 2007-ci təvəllüdlü Hüseynzadə Aysel Samir qızının yetkinlik yaşına çatanadək müalicə xərci üçün hər ay 50 manat əlavə xərc 19 yanvar 2022-ci il tarixdən Cavabdeh oğlundan tutularaq İddiaçı qızına ödənilsin. Qətnamə bu hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-741/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-741/2022
28.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver