Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-757/2022 04.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 oğlunun iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun qanunla qorunan şərəf ləyaqətinin və işgüzar nüfuzunun müdafiəsi ilə əlaqədar vurulmuş mənəvi ziyana görə 1000 manat pulun, ona borclu olduğu 1450 manat miqdarda pulun hüquq xidmətinə sərf etdiyi 110 manat miqdarda pulun və dövlət rüsumuna görə ödədiyi 55 manat miqdarında pulun cəmi 2615 manat miqdarında pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı teleqram göndərərək, anasının mərasiminə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, məhkəmə hesab edir ki, teleqramda qeyd olunanlara dair sübut yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. İddiaçıya həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-757/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-757/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver