Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-769/2025 05.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dələduzluq yolu ilə ələ keçirdiyi 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamənin qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu Otuzikilər kəndində yaşayır. Hazırki iş üzrə cavabdehi həmkəndlisi olduğu üçün tanıyır. Təxminən 12 il bundan öncə Cavabdeh 3500 manat ödəniş edərək 1 ha torpaq sahəsi almışdır. Qeyd etdiyi torpaq sahəsini cavabdehdən alsa da, rəsmi olaraq adına sənədləşmə etməmişdir, cavabdeh torpaq sahəsinin sənədlərində səhvlik olduğunu, düzəltdikdən sonra torpaq sahəsini onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Təxminən 2 il bundan öncə cavabdehdən yenidən 4000 manat ödəniş edərək 1 ha torpaq sahəsi almışdır. Həmin pulun 2000 manatı onda olmadığı üçün dayısı oğlu X5 alaraq vermişdir. Lakin həmin torpaq sahəsini də rəsmiləşdirməmişdir. Bununla cavabdeh arasında 2 ha torpaq sahəsi üzrə heç bir sənədləşmə işi olmamışdır. Hazırda o, cavabdehdən almış olduğu torpaq sahələrini öz adına sənədləşdirmək istəyir. Lakin cavabdeh hər səfər fərqli bəhanələr gətirərək torpaq sahəsini onun adına sənədləşdirməkdən imtina etmişdir. Yeni olaraq öyrəndi ki, cavabdehin ona satdığı 2 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan, zəbt olunmuş torpağı imiş. Bundan əlavə cavabdeh 2 il bundan öncə ondan borc olaraq 500 manat istəmişdir . Vermiş olduğu pulu 1 həftə ərzində qaytaracağını bildirsə də, cavabdeh borcunu qaytarmamışdır . 500 manat pulu o, X9 yanında vermişdir. Hazırda cavabdehdən torpaq sahəsi üzrə ödədiyi 3500 manat, 4000 manat pulun və borc verdiyi 500 manat pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh ona heç bir ödəniş etməmişdir. Pulunu istədikdə, verdiyi 4000 manat pulu ona geri verərək sənəd işini düzəltməyini təklif etsə də, cavabdeh öz sözünün üstündə durmamışdır. Cavabdeh törətdiyi bu dələduzluq əməli ilə əlaqədar o, Bərdə rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində bununla əlaqədar tədqiqat aparılmış, izahatlar alınmış, material toplanılmış və mülki iş olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Toplanılan materiallardan göründüyü kimi Cavabdeh ona borclu olduğu 3000 manat pulu etiraf edir. X6 polis bölməsində verdiyi saxta izahatında bildirir ki, işləri yaxşı getmədiyi üçün onun pulunu ödəyə bilməmişdir və qısa zamanda onun pulunu ödəyəcəkdir. Dəfələrlə pulunu tələb etməsinə baxmayaraq cavabdeh ödəməkdən imtina edir və günü günə sataraq onu yubadır. Hazırda cavabdeh ona borclu olduğu 8000 (səkkiz min) manat pulu geri vermədiyi üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq göstərmişdir ki, cavabdeh tərəfindən ona satılmış torpaq sahəsinin Şakir adlı şəxsə məxsus olduğunu bilməmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsinin sənədləşdirilməsini tələb etsə də, cavabdeh sənədlərin qaydasında olmadığını bildirərək, müxtəlif bəhanələrlə torpaq sahəsini onun adına sənədləşdirməkdən imtina etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həmkəndlisi Şakirlə aralarında olan şifahi razılaşmaya əsasən Şakirin torpağı ilə öz torpağını dəyişmişlər. Torpaq sahəsi Şakirə məxsus olsa da, öz istifadəsində olan torpaq sahəsini 10 il müddətinə iddiaçıya 3000 manata icarəyə vermişdir. İcarə vaxtının müddəti bitdiyindən həmin torpaq sahəsini qohumunun istifadəsinə vermişdir. Hazırda onun mülkiyyətində heç bir torpaq sahəsi yoxdur. Məhkəmə baxışında İddiaçı xx.xx.2025-ci il tarixdə kənd bələdiyyəsindən Cavabdeh mülkiyyətində heç bir torpaq sahəsinin olmadığını öyrənmişdir. Məhkəmə baxışında cavabdeh 2023-cü ildə mülkiyyətində olan 0,69 ha torpaq sahəsini 7000 manata iddiaçıya satdığını, bu torpaqdan başqa Bərdə rayonu, Otuzikilər kəndində mülkiyyətində heç bir torpaq sahəsinin olmadığını, qardaşının və anasının adına torpaq sahələri olduğunu, lakin həmin torpaq sahələrinin sənədlərinin qaydasında olmadığını, həmin şəxslər tərəfindən torpaq üzərində mülkiyyət hüquqularının həyata keçirilməsi üçün ona etibarnamə verilmədiyini, torpaq sahəsinin iddiaçıya verilərkən onun mülkiyyətində olmadığını bildiyini bildirdi. Məhkəmə iclasında çıxış edən şahid X12 izahatında göstərmişdir ki, tərəflərlə həmkəndli olmaqla yanaşı, iddiaçı onun həyat yoldaşının dayısıdır. 10 il bundan əvvəl iddiaçı cavabdehdən torpaq satın aldığını bildirərək, pulu tamamlamaq üçün ondan 2000 manat borc almışdır. Məhkəmə iclasında çıxış edən şahid X10 izahatında göstərmişdir ki, tərəflərlə həmkəndli olmaqla yanaşı, cavabdehlə qohumluq əlaqəsi var. Cavabdeh Bakı şəhərində yaşayıb, torpaq sahəsini Mübarizə icarəyə vermiş, 2024-cü ildə icarə müddəti bitdikdən sonra torpağı onun istifadəsinə vermişdir. 2024-cü ildə həmin torpaq sahəsinə iddiaçı tərəfindən arpa səpilsə də, o, torpaq sahəsini malaladaraq yenidən arpa səpmişdir. İş üzrə maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs məhkəmə iclasında izahat verərək illərdir ki, Cavabdehlə torpaqlarını şifahi razılaşma əsasında dəyişdiklərini, Əhmədin ona məxsus torpaq sahəsini Mübarizə verdiyini bilmişdir. Lakin o torpağın icarəyə verildiyini və ya satıldığını bilmir. İş materiallarına istinad: Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibari Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Otuzikilər kəndində yaşayır və daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş AN853368 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə dair sənəddən görünür ki, Bərdə rayonu Otuzikilər kəndində yerləşən 0,66 ha torpaq shəsi Cavabdeh məxsusdur. 06 iyul 2023-cü il tarixli, AN-İ1145230 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh və X1 hər birinə 0,66 ha məxsus olan torpaq sahəsini İddiaçı satmışdır. Bərdə Rayon Polis Şöbəsinin İddiaçı ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-13-68/2-i- 45896/2024 nömrəli müraciətdən görünür ki, Bərdə Rayon Polis Şöbəsinə ünvanlandığı müraciətdə göstərilmiş xüsusatlar mülki xarakterli olduğundan ona aidiyyəti üzrə rayon (şəhər) məhkəmə orqanına müraciət etmək hüququ izah edilmişdir. Bərdə rayon Polis Şöbəsində İddiaçı müraciəti əsasında toplanmış materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, vətəndaş İddiaçı təxminən 10 il bundan öncə həmkəndlisi Əhməd adlı şəxsdən 1.8 sot torpaq sahəsi almasını, hal-hazırda həmin torpaq sahəsinə arpa toxumu səpməsini, Əhməd və traktorçu Teyyub adlı şəxslər tərəfindən şumlanması və ona maddi ziyan vurulması səbəbindən narazılığını bilmişdir. Müraciətin həlli ilə əlaqədar olaraq vətəndaş X7 izahatı alınmış o izahatında əkdiyi torpaq sahəsinin Əhməd adlı şəxsə məxsus olduğunu bilməsini, həmin torpaq sahəsinin Mübariz adlı şəxsə məxsus olduğunu bilmədiyini izahatında qeyd etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Vət. İddiaçı müraciətində göstərdikləri xüsusatlar mülki xarakterlidir və etmiş olduğu müraciət barəsində mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olması barədə rəsmi cavab məktubu ünvanlanmışdır. Toplanmış materialın RPŞ-nin dəftərxanasında işə alınmasını məqsədə müvafiq hesab edilməsi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli İddiaçı Bərdə rayon X8 görünür ki, “Təxminən 10 il bundan əvvəl həmkəndlim Əhməd adlı şəxsdən 1.8 ha torpaq almışdım və hal-hazırda həmin torpağa arpa səpmişdim. Əhməd və traktorçu Teyyub adlı şəxslər mənim yerimi kotanla əkərək mənə ziyan vurmuşlar. Xahiş edirəm bu barədə tədbir görəsiniz.” Bərdə rayon Polis Şöbəsində İddiaçı müraciəti əsasında toplanmış materiala əlavə edilmiş X7 izahatının surətindən görünür ki, “Təxminən 10 gün bundan əvvəl həmkəndlim Əhməd adlı şəxs mənə özümə məxsus kotan traktor ilə əkməyimi bildirdi, mən həmin yeri əkəndən sonra Bəxtiyar adlı şəxs mənə həmin yerin ona məxsus olduğunu və bu barədə polisə müraciət edəcəyini bildirdi. Onu demək istəyirəm ki mən həmin yerin Mübarizə məxsus olduğunu bilməmişəm.” Bərdə rayon Polis Şöbəsində İddiaçı müraciəti əsasında toplanmış materiala əlavə edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixli izahatından görünür ki, “Bərdə rayonu 32-lər kəndində qardaşıma və anama məxsus pay torpağını həmkəndlim İddiaçı adlı şəxsə 10 il bundan əvvəl 3000 manat pul almışam ki, həmin şəxs oranı əksin. Amma mən həmi şəxsdən 4000 manat pul almamışam, torpaqların sənədləri qaydasında olmadığından heç bir sənədləşdirmə etməmişdim. Onun şikayəti ilə bağlı deyə bilərəm ki onun dedikləri şər böhtandır.” xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının 223-İİQ nömrəli 04 dekabr 2001-ci il tarixli Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği “30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi”nə bərabərdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, tərəflərin izahatlarını dinləyib, müəyyən etmişdir ki, Cavabdeh mülkiyyətində olmayan və sərəncam vermək hüququna malik olmadığı torpaq sahəsini İddiaçı pul müqabilində vermiş və nəticədə əsassız varlanmışdır. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məlum olduğu kimi, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, əsassız varlanma çərçivəsində müəyyən edilməli olan hallardan biri iddiaçının zərərə düşüb-düşməməsi deyil, cavabdehin iddiaçının hesabına varlanıb-varlanmamasıdır. Cavabdehin əldə etdiyi pulun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 8000 manat pul tutulmasını tələb etsə də, həmin məbləğin cavabdehə verilməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında Cavabdeh mübahisəli torpaq sahəsini iddiaçıya icarəyə vermək üçün iddiaçıdan ümumilikdə 3000 manat pul aldığını etiraf etmişdir. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumunun qalan 50 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pul və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi iddiaçı X3 aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-769/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-769/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver