Məhkəmə qərarları › İş №2(021)-791/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-791/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-791/2024 10.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, Kreditor İddiaçı borclu Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: Kreditor İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1996-cı ildə Bərdə şəhərində anadan olmuş Cavabdeh 1600 manat əsas borcun, 870 manat faiz borcunun , cəmi 2470 manat onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələb məhkəməyə MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunaraq təqdim olunmuşdur. Belə ki, tələb iddia icraatı qaydasında baxılan işlərə aid olduqda iddia ərizəsində tərəflər kreditor və borclu deyil, iddiaçı və cavabdeh kimi qeyd olunmaqla təqdim olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hazırkı iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, kreditor İddiaçı borclu Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Kreditor İddiaçı borclu Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar