Məhkəmə qərarları › İş №2(021)-797/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-797/2024

10.01.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-797/2024 10.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, xüsusi icraat qaydasında baxılan işlərə ərizəçi və maraqlı şəxsin iştirakı ilə baxılır. Hazırkı tələb xüsusi icraat qaydasında baxılan işlərə aid olduğundan təqdim olunmuş ərizədə tərəflər iddiaçı və maraqlı şəxs deyil , ərizəçi və maraqlı şəxs kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, hazırkı tələb xüsusi icraat qaydasında baxılan işlərə aid olduğundan ərizədə tərəflər düzgün qeyd olunmamış, MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş tələblərə riayət edilməmişdir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, İddiaçı Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149- 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar