Məhkəmə qərarları › İş №2(021)-810/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-810/2024

28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-810/2024 28.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X12 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, İddiaçı, Cavabdeh və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) və üçüncü şəxs X3 qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xüsusi mülkiyyəti olan “Ford Transit” yük markalı, istehsal ili 1999-cu il olan **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 1935 (bir min doqquz yüz otuz beş) manatın və zərərin qiymətləndirilməsi barədə rəy verilməsi üçün mütəxəssisə ödədiyi 50 manatın alınaraq ona ödənilməsinə, habelə iddia tələbinə baxılması üçün dövlət rüsumu kimi ödədiyi 40 manatın Cavabdeh Çərkəz qızından tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan “Ford Transit” yük markalı, istehsal ili 1999-cu il olan **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi var. Həmin nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixli ƏN-Vİ 441099 saylı Etibarnamə əsasında xx.xx.2026-cı il tarixədək idarə etmək hüququ ilə X3 vermişdir. X4 həmin nəqliyyat vasitəsi ilə 27 iyul 2023-cü il tarixdə saat 2115 radələrində Tərtər rayonu istiqamətində hərəkətdə olarkən Bərdə-Tərtər magistral yolunun Bərdə rayonu Zümürxan kəndi ərazisindən keçən hissəsində həmin kəndin sakini Cavabdeh Çərkəz qızına məxsus olan və onun tərəfindən nəzarətsiz qoyulmuş 1 baş inək heyvanı qəflətən qaçaraq avtomobilinin qarşısına çıxmış, sürücü Mütəllim Əkbərovun hadisənin qarşısını almaq üçün texniki imkanı olmamış və həmin heyvanın avtomobili ilə vurulması qaçılmaz olmuşdur. Hadisə nəticəsində inək ölmüş, avtmobilinə isə ciddi maddi zərər dəymişdir. Hadisə ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Xİİİ X14 Xidmətinin inspektoru polis serjantı X9 tərəfindən araşdırma aparılmış və Cavabdeh Çərkəz qızının barəsində 29 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)- 1281/2023 saylı qərarı ilə Cavabdeh Çərkəz qızı Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Səlahiyyətli mütəxəssis-********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “İlkin qiymətləndirmə Aktı”na əsasən həmin hadisə nəticəsində avtomobilinə dəymiş maddi zərərin həcminin 1935 manat olduğu müəyyən edilmişdir. Lakin sözügedən hadisədən 5 aydan çox müddət keçməsinə baxmayaraq Cavabdeh Çərkəz qızı ona vurduğu 1935 manat maddi zərəri könüllü olaraq ödəməkdən boyun qaçırır. Halbuki, onun maddi zərəri ödəmək üçün hər cür maddi imkanı vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, Mütəllim Əkbərov xx.xx.2023-cü il tarixdə, axşam saatlarında idarə etdiyi avtomobillə qardaşı oğluna məxsus olan bir baş inəyi vurmuş, nəticədə inək ölmüşdür. İndi isə iddiaçı ondan avtomobilə dəymiş ziyana görə maddi ziyan tələb edir. O, onkoloji xəstədir, müalicə alır. Maddi imkanı acınacaqlı vəziyyətdədir. Tələb olunan məbləği ödəməyə imkanı yoxdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mütəllim Əkbərov göstərdi ki, “Ford Tranzit” yük markalı **-GP-*** qeydiyyat nişanlı avtomaşın İddiaçı məxsusdur. Həmin avtomaşını etibarnamə əsasında idarə etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 2115 radələrində Bərdə-Tərtər yolunun 7-ci km-də “Ford Tranzit” yük markalı, **-GP-*** qeydiyyat nişanlı avtomaşınla Tərtər istiqamətində hərəkətdə olarkən qəflətən yolun sağından 1 baş inək yola çıxmış, nəticədə idarə etdiyi avtomaşınla inəyi vurmuş, inək yolun sağına düşmüşdür. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsinin Xİİİ X14 xidməti inspektoru polis serjantı X9 tərəfindən araşdırma aparılmış, Cavabdeh mal-qaranı nəzarətsiz buraxdığına və bunun nəticəsində idarə etdiyi avtomobilə ziyan dəydiyinə görə 29 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bərdə Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarı ilə Cavabdeh İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh idarə etdiyi avtomobilə dəymiş ziyanı tələb etsə də, sonuncu ziyanı ödəməkdən imtina etmişdir. İddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Bərdə rayonu Kürdborakı kəndində anadan olmuşdur, Bərdə rayonu Şatırlı kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx xxxxxxx 1970-ci ildə Bərdə rayonu Zümürxaç kəndində anadan olmuşdur, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.1989-cu ildə Laçın rayonu Ərikli kəndində anadan olmuşdur, Laçın rayonu Ərikli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli, 589 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayon Şatırlı kənd İƏD-nin Kürdborakı kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli, 371 saylı arayışdan görünür ki, X1 rayon Şatırlı kənd İƏD-nin Kürdborakı kəndində yaşayır. AE seriyalı 220105 nömrəli sürücülük vəsiqəsindən görünür ki, X2 “BC” kateqoriya sürücülük hüquqi vardır. AC seriyalı 206764 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Transit” yük markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. 21 fevral 2023-cü il tarixli, ƏN-Vİ 441099 reyestr nömrəli Etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “Ford Transit” yük markalı **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 3 il 1 ay 8 gün müddətinə idarə etmək səlahiyyətini X3 vermişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1281/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. 28 iyul 2023-cü il tarixli X5 görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Ford Transit” yük markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri və köməkçi materiallar almaq üçün 1235 manat, dəmirçi işi üçün 400 manat, rəngsaz işi və materiala görə 200 manat, çilingər və mühərrik işi üçün 100 manat olmaqla, cəmi 1935 (bir min doqquz yüz otuz beş) manat ziyan dəymişdir. 28 dekabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.2-ci maddəsinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Mülki mübahisənin gerçək hallarından görünür ki, iddiaçı mülkiyyətində olan “Ford Transit” yük markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək üçün Mütəllim Əkbərova etibarnamə vermiş, sonuncu 27 iyul 2023-cü ildə saat 2115 radələrində “Ford Transit” yük markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Zümürxan kəndi ərazisində hərəkətdə olarkən Cavabdeh nəzarətsiz qoyduğu bir baş iri buynuzlu heyvanın magistral yolda hərəkətdə olan həmin avtomobilin qarşısına çıxması nəticəsində avtoqəza törənmiş və avtomobilə maddi ziyan vurulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə 1935 manat dəyərində maddi zərər dəyməsi sübuta yetirildiyindən iddia həmin hissədə təmin edilməlidir. İddiaçının zərərin qiymətləndirilməsi barədə rəy verilməsi üçün mütəxəssisə ödədiyi 50 manat tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan tələbin təmin olunması üçün, yəni rəyin verilməsi üçün mütəxəssisə 50 manat ödəməsi barədə məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 40 mаnаt məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Ford Transit” yük markalı **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 1935 (bir min doqquz yüz otuz beş) manat məbləğində pul və 40 (qırx) manat məbləğində dövlət rüsumu, cəmi 1975 (bir min doqquz yüz yetmiş beş) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar