Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-812/2021 10.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 5000 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 6 ildir tanıyır. Belə ki, onun yaşadığı Meşəçilik İnstitutunda mağazası vardır. Cavabdeh onun mağazasında nisyə mal götürüb əmək haqqısını alanda vaxtında qaytarırmış. Beləliklə cavabdehlə aralarında münasibət yaranmışdır. O, 2018-ci ilin fevral ayında özünə məxsus avtomobili satmışdır. Cavabdeh onun avtomobilini satdığından xəbərdar olduğundan ona yaxınlaşıb qardaşı ilə internet klub açmaq istədiklərini, ancan kompyuter almaq üçün 5000 manat pul lazım olduğunu bildirərək, ondan pul istəmiş və 1 aya qaytaracağını bildirmişdir. Buna görə də o, cavabdehə 5000 manat pul vermişdir. Lakin daha sonra ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etdi. O həmçinin bildirdi ki, 2016-cı ildə 500 manat almış onuda artıqlaması ilə qaytarmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Göytəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 saylı, 19.01.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Ağdam rayon Göytəpə kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AA № 209672 saylı Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 573 saylı, 21.01.2021-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh oğlu ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Cavabdeh ərizəsindən görünür ki, İddiaçı 500 manat 2016-cı ildə 15%-lə pul aldığını və artıqlamasıyla ödədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 bildirdi ki, iddiaçı ilə qonşudur. Cavabdehə pul verdiyini görmüş, lakin məbləğini bilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı İddiaçı cavabdehə pul verməsinə dair hər hansı bir qəbz olmaması və ya müqavilə olmaması onun iddiasının rədd olunmasına əsas verir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci madəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2 ci madəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi iddiaçı 5000 manat tələb edir ki, o da qanunvericinin tələblərinə uyğun yazılı formada müqavilə bağlamamışdır. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, Cavabdeh oğlunun İddiaçı 5000 manat borcu olması sübut olunmur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh məhkəmə iclasında İddiaçı pul borcunun olmasını etiraf etməmişdir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-812/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-812/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver