Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-830/2024 06.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı "Prins Kredit İttifaqı " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Prins Kredit İttifaqı " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kreditin,faizlərin və zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı "Prins Kredit İttifaqı " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kreditin,faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "Prins Kredit İttifaqı " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X2 ərizə təqdim edərək, iddia tələbinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçı "Prins Kredit İttifaqı " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kreditin,faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "Prins Kredit İttifaqı " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kreditin,faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı "Prins Kredit İttifaqı " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən ödənilmiş dövlət rüsumu 46 (qırx altı ) manat geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-830/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-830/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver