Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-844/2025 04.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 26730 (iyirmi altı min yeddi yüz otuz) manat məbləğində pulun və 171 (yüz yetmiş bir) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2022-ci ilin mart ayında ortaq tanışları vasitəsi ilə xx xxxxxxx 1984-cü il təvəllüdlü, Bərdə rayonu, Məmmədli kənd sakini Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh qəssab işləyib, o, isə mal-qara alqı-satqısı ilə məşğul olmuşdur. Cavabdeh ilə tanış olandan sonra mal-qara alqı-satqısı ilə bağlı aralarında şifahi şifahi razılaşma olmuşdur. Razılaşmanın mahiyyəti ondan ibarət idi ki, o, orta bazar qiymətinə aldığı və ya özü bəslədiyi iribuynuzlu heyvanları (erkək danaları) Cavabdeh nisyə olaraq göndərmişdir, Cavabdeh həmin heyvanları alış qiymətinə kəsdikdən sonra mal ətini orta bazar qiymətinə satmışdır, satışdan sonra öz nəfini götürüb alış qiyməti kimi aralarında təyin edilmiş məbləği ona göndərmişdir. 2022-ci ilin mart ayından sentyabr ayına kimi olan müddətdə Murad ondan nisyə satın aldığı heyvanları kəsib satdıqdan sonra ona ödəməli olduğu məbləği ödəmişdir. Lakin Murad, ödəməli olduğu məbləğləri bəzən yubatdığı üçün onunla alveri dayandırmışdır. 2023-cü ilin yanvar ayında Murad yenidən onunla əlaqə yaratmış, onunla “alver” etməyə yenidən başlamaq istəyini bildirmişdir və nisyə aldığı heyvanların pulunu vaxtında göndərəcəyinə dair and içmişdir. Bundan sonra, o, Muradın andına inanıb yuxarıda qəbul etdiyi qaydada yenidən onunla “alver”ə başlamışdır. 2023-cü ilin mart ayına qədər olan müddətdə Murad yenidən 18600 (on səkkiz min altı yüz) manat dəyərində heyvanın pulunu ona göndərməmiş və müxtəlif bahənələr ilə həmin məbləği ona ödəməkdən yayınmışdır. O, Muraddan pulunu tələb edəndə övladları və anası üzərinə müxtəlif andlar içib, həmçinin g u y a onu aldatmadığını göstərmək üçün özü barəsində yalan danışanın ünvanına müxtəlif ağır söyüşlər söymüşdür və onu inandırmışdır ki, “alver”ə davam etsə ona verməli olduğu pulu tam ödəyəcək. O, da Murada yenidən inanıb onunla alverə davam etmişdir. Lakin, Murad yenə də onu aldatmışdır və qazandığı etibardan sui-istifadə edib 2023-cü ilin iyun ayına kimi daha 7400 manat dəyərində heyvanın pulunu ona göndərməmişdir, ona ödəməli olduğu məbləğ 26000 (iyirmi altı min) manata yüksəlmişdir və müxtəlif bahənələr ilə məbləği ona ödəməkdən yayınmışdır. O, artıq Cavabdeh ona qarşı dələduzluq edib 26000 manat pulunu ələ keçirdiyini başa düşmüşdür və həmin pulun taleyi ilə maraqlananda Cavabdeh həmin pullarla həyat yoldaşının adına Bakı şəhəri, Zabrat qəsəbəsində ev aldığını öyrənmişdir. Murad dələduzluq yolu ilə ondan ələ keçirdiyi pullara müxtəlif bəhanələr ilə “borc” süsü verdiyi üçün onu ifşa etmək üçün fürsət gözləmişdir, vaxtaşırı 26000 manat məbləği ondan istəsə də, Murad müxtəlif bahənələr ilə həmin məbləği ona ödəməmişdir. 2024-cü ilin fevral ayında ona “atdığı” 26000 manat məbləğində pulu Muraddan istəyəndə, Murad onunla alver etməyə yenidən onunla “alver” etməyə başlamaq istəyini bildirdi və nisyə aldığı heyvanların pulunu vaxtında göndərəcəyinə dair and içdi. Həmçinin guya onu aldatmadığını göstərmək üçün özü barəsində yalan danışanın ünvanına yenidən müxtəlif ağır söyüşlər söymüşdür və bildirmişdir ki, əgər kredit götürsə onunla “alver” davam etdirəcəyi təqdirdə həmin kreditin 26000 manat məbləğini özü ödəyəcək. Muradın ona vurduğu 26000 manat maddi ziyana görə başqa şəxslərə həmin məbləğdən də artıq borcu yaranmışdı və onsuzda kredit götürməyə məcbur olmuşdur. Bundan başqa, Muradın dələduz olduğunu göstərmək üçün gözlədiyi fürsət gəlib çatmışdı, onun vədlərinin yalan olduğunu başa düşümüşdür, onunla “alver” etsə onu yenidən aldadacığına əmin olmuşdur. Buna görə də, Murada yenidən heyvan göndərmişdir və ounun müqabilində Murad ona ödəməli olduğu 730 (yeddi yüz otuz) manat məbləği ödəməmişdir. Beləlikdə, Muradın ona ödəməli olduğu pul 26730 (iyirmi altı min yeddi yüz otuz) manat yüksəlmişdir. Həmçinin 2024-cü ilin mart ayında “Acsess Bank”dan 42000 (qırx iki min) manat məbləğində kredit götürsə də, Murad vədinə əməl edib həmin kredit məbləğinin ödənilməsində ona hər hansı köməklik etməmişdir. Əlavə olaraq bildirir ki, 2022-ci ildən hazıradək bazarda dana ətinin qiyməti vaxtaşırı dəyişdiyi üçün Muradla ona göndərdiyi heyvanların kəsildikdən sonra ətinin hər kiloqramı üçün ona ödəməli olduğu məbləğ 10 (on) manat 50 (əlli) qəpik ilə 13 (on üç) manat 30 otuz) qəpik arası dəyişib, bununla bağlı Muradla aralarında şifahi razılaşma olub, Muradla “whatsapp” mobil tətbiqində yazışmalarım və bir-birinə göndərdiyi səs yazıları ounu təsdiq edir. Bundan başqa, o, heyvanları Murada göndərdikdən sonra o, heyvanları ortaq tanışları X1 iştirakı ilə kəsmışdır, Mahmud heyvanın ətinin çəkisi barədə qeydlərini ona göndərmişdir. Murad onunla tanış olduğu müddətdə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrini istifadə edib, həmin nömrələr vasitəsi ilə onunla əlaqə saxlayıb, hazırda da sonuncu qeyd etdiyim mobil nömrəni istifadə edir. 10 iyul 2024-cü il tarixdə Cavabdeh əməlləri barədə Bərdə rayon polis şöbəsinə şikayət etmişdir və faktla bağlı ilkin araşdırma təyin olunmuşdur. Lakin, araşdırmanın nəticəsində Cavabdeh əməlində hər hansı cinayət tərkibinin əlaməti olmadığı, aralarında olan münasibtlərin mülki xarakterli olduğu qənaətinə gəlindi, 20 iyul 2024-cü il tarixdə Cavabdeh barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş və ona mülki iddia qaydasında müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Daha sonra Cavabdeh 26730 (iyirmi altı min yeddi yüz otuz manat məbləğində pulun və 171 (bir yüz yetmiş bir) manat iddia rüsumunun məbləğinin alınıb ona verilməsinə dair müvafiq qətnamə çıxarılması üçün Bərdə Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin hakimi cənab Fuad Babaşov tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmuna riayət olunmadan tərtib edilməsinə görə geri qaytarılması barədə 24 sentyabr 2024-cü il tarixli qərardad qəbul etmişdir. Həmin qərardad "xxxx" MMC-nin Ağdam poçt filialı tərəfindən 07 dekabr 2024-cü il tarixdə mənə təqdim edilmiş və qərardadda iddia ərizəsinin forma və məzmununa dair nöqsanlar aradan qaldırılmışdır. Beləliklə, Cavabdeh əməlləri nəticəsində mənə 26730 (iyirmi altı min yeddi yüz otuz) manat məbləğdə maddi ziyan dəyib, göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşəm. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, eyni zamanda cavabdeh də sahibkardır, cavabdehlə iri buynuzlu mal qaranın satışı ilə məşğul olmuşdur, hər ikisi qazanc əldə etmişdir, cavabdeh ona olan borcunu ödəməmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron Məhkəmə İnformasiya Sisteminə keçirilən baxış zamanı müəyyən olunur ki, tərəflərin hər ikisi vergi ödəyicisi olmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs qismində vergi orqanlarında qeydiyyata alınmış və vergi ödəyiciləri kimi statusları aktivdir. Göründüyü kimi tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri arasında qarşılıqlı bağlılıq olduğundan mübahisəyə kommerisiya məhkəməsində baxılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 97-98, 255-256, 258 və 263-264-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-844/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-844/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver