Məhkəmə qərarları › İş №2(021)-85/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-85/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-85/2021 16.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X13 və Cavabdeh Mejdun oğlunun iştirakları ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh Mejdun oğlu, X6, X5 və X14 qarşı “qətnamə ilə müəyyən edilmiş məbləğin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh Mejdun oğlu, X6,X2 və X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli, 2(021) 1848/2017 saylı qətnaməsi ilə cavabdeh X8 tutulacaq cəmi 11.586 manat əsas kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh Mejdun oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış tam mülkiyyət hüququ üzrə Cavabdeh Mejdun oğluna məxsus Bərdə rayonu Soğanverdilər kəndində mülkiyyətində olan 0,13 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 41.6 kv.metr yaşayış sahəsi, 56.7 kv. metr yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmasna, ipoteka predmetinin 18.000 manat dəyərində qiymətləndirilməsinə, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinə, fərdi yaşayış evinin hərracda satışından sonra qeydiyyatda olan X3, X11, X1 və yetkinlik yaşlarına çatmayan X9, X7 həmin evdən istifadə hüquqlarına xitam verilməsinə və ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh Mejdun oğlui arasında bağlanan 09 iyun 2015-ci il tarixli 5367 nömrəli kredit müqaviləsinin ləğv edilməsinə, İddiaçı ASC ilə Cavabdeh Mejdun oğlu arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 5367 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh Mejdun oğlundan 10108 manat məbləğində əsas, 2268 manat faiz borcu, 1000 manat cərimə olmaqla cəmi 13376 manat kredit borcunun, tutmanın Cavabdeh Mejdun oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış tam mülkiyyət hüququ üzrə Cavabdeh Mejdun oğluna məxsus Bərdə rayonu Soğanverdilər kəndində mülkiyyətində olan 0,13 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 41.6 kv.metr yaşayış sahəsi, 56.7 kv. metr yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsinə, fərdi yaşayış evinin ilkin satış qiymətinin 18.000 manat qiymətləndirilməklə açıq hərracda satılmasına və satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsinə və evin hərracda satışdan sonra evdə qeydiyyatda olan cavabdehlər X3, X1 və X11 həmin evdən istifadə hüquqlarına xitam verilməsinə və ən geci bir ay müddətində evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli, 2(021) 1848/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh Mejdun oğlu arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 5367 nömrəli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh Mejdun oğlundan 09 iyun 2015-ci il tarixli, 5367 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 9599,96 manat əsas, 1977.39 manat faiz borcu, 8,65 manat cərimə olmaqla cəmi 11586 (on bir min beş yüz səksən altı manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. 02 may 2017-ci il tarixli, 2(021) 1848/2017 saylı Bərdə Rayon Məhkəməsinin qərardadına əsasən tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia tələbinin baxılmamış saxlanması qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli, 2(104)2748/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli,2(021) 1848/2017 saylı qətnaməsi Cavabdeh Mejdun oğlundan 09 iyun 2015-ci il tarixli, 5367 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 1977.39 manat faiz borcunun tutulması hissəsində və Cavabdeh Mejdun oğluna münasibətdə dəyişdirilmədən saxlanmışdır. 09 iyun 2015-ci il tarixli, 5367 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh Mejdun oğluna tam mülkiyyət hüququ üzrə məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsində dövlət reyestində 25.09.2009-cu il tarixdə 11 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış Bərdə rayonu Soğanverdilər kəndində mülkiyyətində olan 0,13 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 41.6 kv. metr yaşayış sahədən, 56.7 kv. metr yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi bankda ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti qarşılıqlı razılığa əsasən 18.000 manat dəyərində qiymətləndirilmişdir. Həmin mənzildə X6, X18, X5 və yetkinlik yaşlarına çatmayan X16, X15 qeydiyyatdadırlar. Cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyinə görə kredit müqaviləsi üzrə ödənilməmiş məbləğ faizlərlə, hesablanmış cərimə borcu, habelə icranın gecidkdirilməsi ilə vurulmuş zərərlə birlikdə ipoteka qoyulmuş əmlaka,həmin əmlak kifayət etmədikdə cavabdehə məxsus digər əmlaka yönəldilməlidir. Odur ki, bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Mejdun oğlu iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Əlavə olaraq göstərdi ki, digər cavabdehlər onun arvadı, oğlu və gəlinidir və məhkəmə iclasından xəbərləri vardır. Borcunu yanvar ayından ödəməyə başlayacaqdır. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh Mejdun oğlu arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 5367 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh Mejdun oğluna 36 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə 10500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh Mejdun oğlu arasında bağlanmış 09 iyun 2015-ci il tarixli 5367 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh Mejdun oğlu arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 5367 nömrəli kredit müqaviləsinin təmiantı olaraq Cavabdeh Mejdun oğluna tam mülkiyyət hüququ üzrə məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsində dövlət reyestində 25.09.2009-cu il tarixdə 11 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış Bərdə rayonu Soğanverdilər kəndində mülkiyyətində olan 0,13 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 41.6 kv. metr yaşayış sahədən, 56.7 kv. metr yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi bankda ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Soğanverdilər kəndində 0,13 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41,6 kv. metr yaşayış, 56.7 kv. metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh Mejdun oğlunun adına 25.09.2009-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Soğanverdilər kəndində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, 15.06.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli, 2(104)2748/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli, 2(021) 1848/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh Mejdun oğlu arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 5367 nömrəli kredit müqaviləsi üzrə İddiaçı “ASC-nin xeyrinə 9599,96 manat əsas, 1977.39 manat faiz boercu, 8,65 manat cərimə olmaqla cəmi 11586 manat kredit borcu və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin həmin qətnaməsinə əsasən Bərdə Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli, 2(021) 1848/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 23.10.2019-cu il tarixli bildirişin surətindən görünür ki, ipotekaqoyan İddiaçı ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar olunmuşdur. 28.10.2019-cu il tarixli İpoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, ərizə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində 28.10.2019-cu il tarixdə qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli, UNİ/S79-676/21 nömrəli ekspert rəyindən görünür ki, Bərdə rayonu Soğanverdilər kəndində yerləşən 0,13 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 41.6 lv. Metr, köməkçi sahəsi 56.7 kv. metr olan, iki otaqlı fərdi yaşayış evinin və 0,13 ha torpaq sahəsi ilə birlikdə 06 oktyabr 2021-ci il tarixinə bazar dəyəri 106.600.0 (yüz altı min altı yüz) manat, likvid dəyəri 96.000 (doxsan altı min) manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bərdə rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli, 2(021) 1848/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh Mejdun oğlu arasında bağlanmış 09 iyun 2015ci il tarixli, 5367 nömrəli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh Mejdun oğlundan 09 iyun 2015-ci il tarixli, 5367 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 9599,96 manat əsas, 1977.39 manat faiz borcu, 8,65 manat cərimə olmaqla cəmi 11586 (on bir min beş yüz səksən altı manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. 02 may 2017-ci il tarixli, 2(021) 1848/2017 saylı Bərdə Rayon Məhkəməsinin qərardadına əsasən tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia tələbinin baxılmamış saxlanması qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli, 2(104)2748/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli,2(021) 1848/2017 saylı qətnaməsi Cavabdeh Mejdun oğlundan 09 iyun 2015-ci il tarixli, 5367 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 1977.39 manat faiz borcunun tutulması hissəsində və Cavabdeh Mejdun oğluna münasibətdə dəyişdirilmədən saxlanmışdır. Həmin müqavilə təminatı kimi Cavabdeh Mejdun oğluna tam mülkiyyət hüququ üzrə məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsində dövlət reyestində 25.09.2009-cu il tarixdə 11 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış Bərdə rayonu Soğanverdilər kəndində mülkiyyətində olan 0,13 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 41.6 kv. metr yaşayış sahədən, 56.7 kv. metr yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi bankda ipoteka ilə yüklü edilmişdir. Borclu müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh Mejdun oğlu, X6,X2 və X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli, 2(021) 1848/2017 saylı qətnaməsi ilə cavabdeh X8 tutulacaq cəmi 11.586 manat əsas kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh Mejdun oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış tam mülkiyyət hüququ üzrə Cavabdeh Mejdun oğluna məxsus Bərdə rayonu Soğanverdilər kəndində mülkiyyətində olan 0,13 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 41.6 kv.metr yaşayış sahəsi, 56.7 kv. metr yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmasna, ipoteka predmetinin 18.000 manat dəyərində qiymətləndirilməsinə, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinə,fərdi yaşayış evinin hərracda satışından sonra qeydiyyatda olan X3, X11, X5mnın və yetkinlik yaşlarına çatmayan X9,X7 həmin evdən istifadə hüquqlarına xitam verilməsinə və ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, müvafiq rəy məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Eyni Məcəllənin 317.1-ci mаddəsinə əsаsən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci mаddəsinə əsаsən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanununun 36.1-ci maddəsinə görə, isə ipoteka saxlayan həmin Qanunun 36.2ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Kredit müqaviləsində nəzərdə tutulmuş əsas borcun, kredit müqaviləsi üzrə hesablanmış faizin ödənilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbin ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. Məhkəmə ipoteka predmetinin qiyməti ilə bağlı qeyd edir ki, iş materiallarında olan İddiaçı ASC və ipotekaqoyan arasında bağlanmış 5367 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak 18.000 (on səkkiz min) AZN məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli, UNİ/S79-676/21 nömrəli ekspert rəyindən görünür ki, Bərdə rayonu Soğanverdilər kəndində yerləşən 0,13 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 41.6 kv. metr, köməkçi sahəsi 56.7 kv. metr olan, iki otaqlı fərdi yaşayış evinin və 0,13 ha torpaq sahəsi ilə birlikdə 06 oktyabr 2021-ci il tarixinə bazar dəyəri 106.600.0 (yüz altı min altı yüz) manat, likvid dəyəri 96.000 (doxsan altı min) manat təşkil edir. Belə olan halda, məhkəmə ipoteka predmetinin qiymətində olan fərqlə bağlı qeyd edir ki, likvid qiymət əsas götürülərək ipoteka predmetinin dəyəri 96.000 (doxsan altı min) manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddia tələbinin mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh Mejdun oğlu, X6,X2 və X18 və yetkinlik yaşlarına çatmayan X16, X7 həmin evdən istifadə hüquqlarına xitam verilməsinə və ən geci bir ay ərzində boşaldılmasına dair hissəsi təmin edilməlidir. MPM-in 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Avropa İnsan Hüquqları Məhkəməsinin» Delcour Belçikaya qarşı iş üzrə 19 yanvar 1975-ci il tarixli «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli, «X25» qarşı iş üzrə 26 oktyabr 2004-cü il tarixli Qərarlarında «hər bir məhkəmə aktından ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyinin aydın görünməli olduğu» xüsusi vurğulanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul tərəflərdən tutulаrаq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin VÖEN:**********, Hesab NAZN:AZ15GUNA********************,Bank:Günay Bank ASC,VÖEN:**********,müxbir hesabı:AZ25NABZ********************,KOD505596; SWİFT:GUNAYAZ22 nömrəli hesaba ödənilməlidir. Belə ki, MPM 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Odur ki, yuxarıda qeyd edilmiş məbləğ iş üzrə tərəflərdən tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmə iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli, 2(021) 1848/2017 saylı qətnaməsi ilə Cavabdeh Mejdun oğlundan tutulmalı olan cəmi 11.586 manat əsas kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Mejdun oğlu arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 5367 nömrəli müqaviləsinə əsasən Bərdə rayonu Soğanverdilər kəndində yerləşən yaşayış sahəsi 41.6 kv.m, köməkçi sahəsi 56.7 kv.m olan, iki otaqlı fərdi yaşayış evinə və 0,13 ha torpaq sahəsinə yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış qiyməti 96000 (doxsan altı min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi Cavabdeh Mejdun oğluna qaytarılsın. Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən yaşayış sahəsi 41.6 kv.m, köməkçi sahəsi 56.7 kv.m olan, iki otaqlı fərdi yaşayış evinə və 0,13 ha torpaq sahəsi satıldıqdan bir ay sonra X6, X18, X5 və X16 və X7 həmin evdən istifadə hüquqlarına xitam verilsin, fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılsın, həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılsın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh Mejdun oğlu, X6, X5 və X10 tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində puldan 100 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən və 100 manat isə cavabdehlər Cavabdeh Mejdun oğlu, X6, X5 və X10 tutulаrаq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin VÖEN:**********, Hesab NAZN:AZ15GUNA********************, Bank: Günay Bank ASC, VÖEN:**********, müxbir hesabı:AZ25NABZ********************, KOD505596; SWİFT:GUNAYAZ22 nömrəli hesaba ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar