Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-855/2021 12.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı Cavabdeh Cavabdeh Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh kreditlə almış olduğu “Samsung A71” markalı lazımı keyfiyyətdə olmayan mobil telefona ödədiyi 1080 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bərdə rayonu Soğanverdilər kəndində yaşayır. Cavabdeh 08 iyun 2020-ci il tarixdə 275 manat ilkin ödəniş edərək ona məxsus olan və özünün satıcılıq etdiyi Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “İ.Elektronik” reklamlı firma adı yazılmış mağazadan kreditlə “Samsung A71” markalı mobil telefon almışdır. Bir ay keçməmiş cihaz işləməmiş, öz-özünə yanıb-sönməyə başlamışdır. Telefona əl vurmadan, yəni heç bir mexaniki təsirə məruz qoymadan cavabdehə qaytarmışdır. Cavabdeh telefona baxaraq həqiqətən heç bir müdaxilə olunmadığına əmin olduqdan sonra telefonu ondan təhvil alaraq nasazlığı aradan qaldırıb geri qaytaracağını bildirmişdir. Bir müddətdən sonra cavabdeh telefonu ona qaytarıb təmir olunduğunu bildirmişdir. Az bir müddət işlətdikdən sonra cehaz yenə də işləməmiş, qaydaları bilmədiyindən cihaza toxunmadan mağazaya qaytarmışdır. Cavabdeh yenə də cihazda həqiqətən müdaxilə olunmadığına tam əmin olduqdan sonra telefonu ondan təhvil alaraq servizə göndərəcəyini bildirmişdir. Bütün bu vaxt ərzində cavabdehə ondan aldığı telefona ödəməli olduğu 1080 manat pulu tam ödəyib borcu bağlamışdır. Sonuncu dəfə cavabdehə məxsus olan “İ.Elektronik” firma adlı mağazadan kreditlə almış olduğu “Samsung A71” markalı mobil telefonu servizə təmir üçün göndəriləndən sonra ona bildirmişlər ki, guya onun təqsirindən baş vermiş mexaniki təsir nəticəsində telefon cihazı nasaz vəziyyətə düşmüşdür. Əlbətdə ki, bu bir bəhanədir, uydurmadır. Belə ki, ağlı başında olan heç kim 1000 manatdan çox pul ödəyib, sonra bu telefonla fudbolda top əvəzinə oynatmaz. Cavabdehə etiraz edərək cihaza hər hansı bir şəkildə müdaxilə edib, mexaniki təsirə məruz qoymağa səbəb olan heç nə etmədiyini, əgər belə bir təsirə yol vermiş olsaydı o zaman cavabdeh özü bu nöqsanı öz gözü ilə görə biləcəyini və həmin cihazı nə birinci, nə də ikini dəfə ondan qəbul etməyəcəklərini bildirmişdir. Belə ki, cihazın onun tərəfindən təsirə məruz qalmadığı göz qabağındadır. Bu nasazlıq onun istehsalçısı tərəfindən keyfiyyətsiz məhsul istehsal edilməsi nəticəsində əmələ gəlmişdir. Yaxud satıcının ona satdığı bu cihaz orjinal nüsxə deyildir. O və ya qeyri bir şəxs nəyə görə 1080 manat pul ödəyib sonra həmin bahalı cihazı mexaniki təsirə məruz qoyur ?. Əksinə telefon ilk dəfə cavabdehin birlikdə çalışdığı server tərəfindən açılaraq təmir edilmək üçün ona mexaniki təsir göstərilmişdir. Əgər telefon cihazı keyfiyyətli olsaydı heş əvvəldən nasazlıq olmazdı. Dəfələrlə cavabdehə müraciət edərək ona düz-əməlli cihaz verməsini, yaxud pulunu qaytarmasını tələb etməsinə baxmayaraq, cavabdeh onun tələbini yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh ona hansısa bir istehsalçının, yaxud tədarükçünün keyfiyyətsiz malını sataraq 1080 manat pulunu alaraq ona ziyan vurmuşdur. Bu barədə şikayət ərizəsi ilə Bərdə rayon polis şöbəsinə müraciət etmiş, lakin polisdə heç bir əsaslı araşdırma aparılmadan, telefonun hansı yolla Respublikaya gətirilməsi, telefonun ikinci dəfə server tərəfindən açılmış olduğu halda mexaniki təsir nəticəsində xarab edilməsi barədə verilmiş rəyi əsas tutaraq, araşdırmadan imtina edib məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Əslində isə bundan əvvəlki dəfə telefonda olan qüsuru aradan qaldırmaq məqsədi ilə cavabdeh tərəfindən təmirə göndərilərkən serverin özü bu cihaza müdaxilə edib açmış, mexaniki təsir göstərmək yolu ilə təmir etmişdir. Cihaza serverdən başqa heç kim müdaxilə etməmişdir. Cavabdeh ona lazımi keyfiyyətli olmayan mal sataraq 1080 manat pulunu almış, həmin cihazın qüsurunu aradan qaldırmaq mümkün olmamış, onu başqası ilə dəyişib ona verməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı bir neçə dəfə işlətdiyi mağazaya gələrək “Samsung A71” markalı mobil telefon almaq istəmişdir. Özündə həmin markalı telefon olmadığından başqa tanıdığı mağazadan “Samsung A71” markalı telefon götürərək iddiaçıya satmışdır. Bir ay sonra iddiaçı gələrək telefonun işləmədiyini, nasaz olduğunu, öz-özünə yanıb söndüyünü bildirmişdir. Telefonu iddiaçıdan alaraq servizə göndərmiş, servizdə telefon təmir edilmiş və telefonu iddiaçıya qaytarmışdır. Bir ay sonra idiaçı yenidən mağazaya gələrək telefonun yenə də xarab olduğunu, ümumiyyətlə açılmadığını bildirmişdir. İddiaçı ondan ya yeni mobil telefon verməsini, ya da ki, telefonun pulunu qaytarmasını tələb etmişdir. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) X3 Cavabdeh göstərdiklərini bir daha təsdiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cihazın təmirə yararsızlığı haqqında HHP102018 saylı 05.09.2020-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı məxsus “Samsung A715” markalı mobil telefon "xxxx" MMC-də yoxlanılmış və müəyyən edilmişdir ki, cihazda mexaniki təsir izləri vardır. Təqdim olunmuş telefon aparatında yaranmış nasazlıq istifadəçinin təqsiri üzündədir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. X5 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iş materiallarındakı sənədləri araşdıraraq müəyyən etdi ki, İddiaçı 08 iyun 2020-ci il tarixdə “İ.Elektronik” mağazasından “Samsung A715” markalı mobil telefon almış, sonuncu telefonu bir müddət işlətdikdən sonra xarab olması səbəbi ilə mağazaya qaytarmışdır. Mağaza tərəfindən mobil telefon servisə göndərilmiş, "xxxx" MMC-də mobil telefon yoxlanılmış və müəyyən edilmişdir ki, cihazda mexaniki təsir izləri vardır və telefonda yaranmış nasazlıq istifadəçinin təqsiri üzündədir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi “Samsung A715” markalı mobil telefonda yaranmış nasazlıq istifadəçinin təqsiri üzündə yarandığından və cavabdeh bu nasazlığa görə məsuliyyət daşımadığından iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-855/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-855/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver