Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-873/2021 22.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “ cavabdehin torpaq sahəsindən qeyri-qanuni istifadə etməsinin qadağan olunması və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7632 ədəd yonca kipinin naturada alınıb verilməsinə, olmadıqda isə dəyəri olan 22896 (iyirmi iki min səkkiz yüz doxsan altı) manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə və ona məxsus 1.59 ha torpaq sahəsindən qeyri-qanuni istifadə etməsinin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Ali Məhkəmənin qərarı ilə ona verilən 1.59 ha torpaq sahəsini zəbt edib və qeyri-qanuni istifadə edir. 8 ildir ki, ildə 4 dəfə olmaqla biçir. Hər biçində hər hektardan 150 kip çıxır. Bu da ümumilikdə 7632 ədəd kip edir ki, bu da 3 manatdan 22896 manat ziyan vurulmuş olur. O, cavabdehdən dəfələrlə torpaq sahəsindən çıxmasını tələb etsə də əhəmiyyət verməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərk, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 17975906 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 12.02.1953-cü il tarixdə Bərdə rayon Qaraqoyunlu kəndində anadan olmuşdur. Bərdə rayon Qaraqoyunlu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1037 saylı 10.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Qaraqoyunlu kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)553 saylı 25.05.2012-ci il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 17.06.2011ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh oğlunun mülkiyyətində olan 2.29 ha torpaq sahəsinin başqa konturda olan 0.76 ha və 414-cü konturda olan X2 mülkiyyətində olan 0.58 ha torpaq sahəsindən çıxarılma hissəsində və Cavabdeh oğlunun və onun ailə üzvlərinin mülkiyyətində olan 2.29 ha torpaq sahəsinin Azərbaycan Respublikaı DT VƏ XK-nin Bərdə rayon şöbəsinin əməkdaşları tərəfindən ölçülərək mülkiyyətçilərin istifadəsinə verilməsi hissəsində ləğv edilmiş, Cavabdeh oğlunun mülkiyyətində başqa konturda olan 0.76 ha və X2 mülkiyyətində olan 0.58 ha torpaq sahəsindən İddiaçı çıxarılması hissəsində təmin olunmamış, qətnamənin İddiaçı Cavabdeh oğlunun mülkiyyətində olan 414 saylı konturda yerləşən 0.95 ha torpaq sahəsindən çıxarılması hissəsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3386\2012 saylı 12.10.2021-ci il tarixli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)553 saylı 25.05.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 14.02.2013-cü il tarixli Aktdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)553 saylı 25.05.2012-ci il tarixli icra sənədinə əsasən tələbkar Cavabdeh mülkiyyətində 414 saylı kontorda yerləşən borclu İddiaçı istifadə etdiyi 0.95 sahəsindən çıxarılıb, Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə şəhər X13 tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı iddia ərizəsində göstərilən 3 ha torpaq sahəsinin zəbt edilmiş 1.59 ha torpağın yonca otunun məhsuldarlığı və qiyməti hal-hazrıki bazar qiymətinə uyğun olaraq ümumilikdə 8 ildə 1.59 ha-dan əldə edilən yonca kipinin qiyməti cəmi 22896 manat kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş “torpaq sahəsinin icarəyə verilməsi haqqında” 10.06.2002-ci il tarixli 10 saylı Müqavilədən görünür ki, Bərdə rayon Qaraqoyunlu Bələdiyyəsinin sədri 5.00 ha torpaq sahəsinin 99 il müddətinə İddiaçı icarəyə vermişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qaraqoyunlu Bələdiyyəsinin 10.06.2002-ci il tarixli 10 sayll iclas Proktokolundan Çıxarışdan görünür ki, Qraqoyunu kənd sakini İddiaçına Qaraqoyunlu Bələdiyyəsinin fondundan qalan 423-cü konturdan 4 ha və 414-cü konturdan 1 ha əkin üçün qismən yaralı torpaq sah\sindən cəmi 5 ha torpaq sahəsi ayrılıb 99 il müddətinə müvəqqəti istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-105 KOD 61005048 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.06.1999-cu il tarixli 07 saylı qərarına əsasən Bərdə rayonu Qaraqoyunlu kənd sakinləri Cavabdeh, X1, X6, X4 və X7 mülkiyyətinə 2.29 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Qanun üzrə vərəsəlik hüququ əsasında Şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsəi İddiaçıdur. X3 miras əmlakı HN-158 KOD 61005048 olan dövlət aktına əsasən Bərdə rayon Qaraqoyunlu kəndində yerləşən ümumi sahəsi 0.9245 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “X5”nin 86 saylı 09.03.201ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur: mübahisələndirilən ərazi mülki iş materiallarına əlavə edilmiş hüquqmüəyyəneici sənədlərə əsasən JN-105 saylı “Topağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh oğıuna və ailə üzvlərinin mülkiyyətinə verilən, həmçinin Bərdə rayon Qaraqoyunlu kəndində yerləşən 414 saylı konturun bölgü xəritəsindən çıxarış sənədində əks olunan 1.529 ha torpaq sahəsi ilə eynilik təşkil edir. JN-105 saylı Dövlət Aktının planında qeyd olunan 0.76 ha torpaq sahəsi mübahisə predmeti deyildir. (aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir) İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia cavabdehin torpaq sahəsindən qeyri-qanuni istifadə etməsinin qadağan olunması və maddi ziyan tələblərindən ibarətdir. Məhkəmə iş üzrə mütəxəsis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi hər iki hissədə təmin oluna bilməz. Belə ki, ekspert rəyində qeyd olunmuşdur ki, mübahisələndirilən ərazi mülki iş materiallarına əlavə edilmiş hüquqmüəyyəneici sənədlərə əsasən JN-105 saylı “Topağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh oğıuna və ailə üzvlərinin mülkiyyətinə verilən, həmçinin Bərdə rayon Qaraqoyunlu kəndində yerləşən 414 saylı konturun bölgü xəritəsindən çıxarış sənədində əks olunan 1.529 ha torpaq sahəsi ilə eynilik təşkil edir. JN-105 saylı Dövlət Aktının planında qeyd olunan 0.76 ha torpaq sahəsi mübahisə predmeti deyildir. Məhkəmə qeyd edir ki, cavabdehin torpaq sahəsindən qeyi-qaniuni istifadə etməsi sünbut olunmadıından maddi ziyan hissəsində də təmin oluna bilməz. Həmçinin maddi ziyan tələbi heç bir aqronom rəyi olmadan sadəcə olaraq qeyri müəyyən formada Bərdə şəhər X13 tərəfindən verilmiş istinad olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia təmin olunmadığından iş üzrə 300 manat ekspertiz xərci İddiaçı tutularaq X5 MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehlərin qanunsuz hətəkətlərinin qadağan edilməsi və maddi ziyan ” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə 300 manat ekspertiz xərci İddiaçı tutularaq X5 MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-873/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-873/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver